Qızlarını oğlanla görüşməsin deyə 25 il bir otağa həbs etdilər - QANDONDURAN OLAY - FOTO

Qızlarını oğlanla görüşməsin deyə 25 il bir otağa həbs etdilər - QANDONDURAN OLAY - FOTO1901-ci ildə Fransanın Puatye şəhərinin polis idarəsinə naməlum məktub gəlir. Məktubda şəhərin ən hörmətli ailəsi Monye cütlüyünün evində 25 ildir ki, bədheybət yaşadığı bildirilirdi.

Publika.az xəbər verir ki, istintaq qrupu Monye ailəsinin evinə gedib, sirli otağın qapısını açanda, gözlərinə inana bilmirlər. Zülmət qaranlıq otaqda insanabənzər qəribə canlını güclə sezmək olurdu.

Qaranlığa bürünmüş bu otaqdan üfunət qoxusu gəlirdi. Otağın hər küncü zibil və nəcislə dolmuşdu. Kifli qida qalıqları, sınıq-salxaq çarpayı və otağın küncündə büzüşüb oturmuş qadın.

Onu ilk baxışdan qadına bənzətmək mümkün deyildi. O qədər arıqlamışdı ki, dərisi sümüklərinə yapışmışdı. 25 il öncə bütün kişiləri öz casibəsi ilə ovsunlayan bu sarışın qadından əsər-əlamət qalmamışdı.

Qızlarını oğlanla görüşməsin deyə 25 il bir otağa həbs etdilər - QANDONDURAN OLAY - FOTOOnun bərkiyib, üzünə yapışmış saçları, illərdir kəsilməyən daşlaşmış dırnaqları və gözlərindəki qorxu hissi insanı dəhşətə gətirirdi.
Qadın ən çox gün işığından qorxurdu. Çünki həyatının düz 25 ilini qaranlıq otaqda keçirmişdi.
İstintaq əməkdaşları bu bədheybətin keçmişini araşdırmağa başladılar. Məlum oldu ki, onun adı Blanş Monyedir. 25 ildir ki, valideynləri onu bu həyata məhkum ediblər.

Səbəb isə, çox kədərlidir. Blanş gənclik illərində çox gözəl xanım olub. O, respublikaçı bir vəkillə eşq macərası yaşayıb. Monarxiya sistemini dəstəkləyən əsilzadə ailə öz qızlarının bu adamla ailə qurmağına razı ola bilməzdilər.

Qızlarını oğlanla görüşməsin deyə 25 il bir otağa həbs etdilər - QANDONDURAN OLAY - FOTOValideynlərinin sərt qadağasını əhəmiyyət verməyən Blanş sevgilisindən ayrılmağı ağlına belə gətirmirdi. Hətta belə bir əhvalat var ki, gənc xanım respublikaçı məşuqundan övlad dünyaya gətirmişdi. Bu körpənin taleyi haqda isə, məlumata rast gəlinmir. Bəziləri onun doğulan kimi öldüyünü, bir çoxları isə, taleyin ümidinə buraxıldığını iddia edirlər.

Bu hadisədə əsas mübahisə mövzusu ailənin və Blanşın psixoloji durumu idi. Qonşuların dediyinə görə, gənc xanım bəzən dəlilik həddinə çatıb, gah huşunu itirir, gah da çılpaq halda evin pəncərəsinə çıxıb, qışqırarmış. Bu isə Monye ailəsinin cəmiyyətdəki qüsursuz reputasiyasına xələl gətirdi. Ailə bu utanca tab gətirə bilmirdi.

Günlərin bir günü Blanş yenə çılğınlıq edir. Anası öz həyat yoldaşına əmr edir ki, otağın pəncərələrini qalın dəmirlə tam bağlasın. Öncə Blanş valideynlərinin hərəkətini tam sakit qarşıladı. O ən doğma insanlarının bu qədər qəddar davranacağını ağlına belə gətirə bilməzdi.

İlk günlər Blanşın qeydinə onu böyüdən xidmətçisi Fazi qalırdı. Atası Blanşı sevirdi və onu bu qaranlıqdan çıxartmağa cəhd edirdi. Lakin qəddar ananın qərarı dəyişmirdi. Bir neçə ildən sonra Blanşın atası, ardınca isə xidmətçi Fazi dünyasını dəyişir. Blanşa xidmət etmək üçün evə iki xidmətçi dəvət olunur. Lakin hər ikisi işi yarımçıq qoyub, Monye ailəsinin malikanəsindən qaçırlar.

Qızlarını oğlanla görüşməsin deyə 25 il bir otağa həbs etdilər - QANDONDURAN OLAY - FOTOBlanş Monyenin 25 il dözdüyü məşəqqətdə qardaşı Marsel günahlandırılaraq, 15 ay azadlıqdan məhrum edildi. Marsel, şəhər məhkəməsinə apelyasiya məktubu yazıb, qərarı dəyişməklərini tələb edirdi: "Mən özüm də, ruhi xəstəyəm. Bacımla necə davrandığımı dərk etmirdim".

Bundan sonra Marsel öz cəzasını çəkmədən, şəhər qanunvericiliyi tərəfindən əfv olunur.
Blanşın sonrakı taleyi daha da faciəli idi. Onun çəkisi həkimləri heyrətə gətirirdi. Cəmi 24 kq olan bu qadın həyatda qalmağı bacarsa da, ömrünün son illərini psixiatrik xəstəxanada keçirdi. Bədbəxt qadının sevgilisi isə, onun azadlığa çıxmağına 15 il qalmış dünyasını dəyişmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3879   Tarix: 14 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

16:33 459
.

Pasterizə edilmiş süddə quş qripi aşkarlandı

Quş qripinə səbəb olan H5N1 virusunun fraqmentləri ölkədə bəzi pasterizə edilmiş süd nümunələrində tapılıb. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Qida və Dərman Administrasiyası məlumat yayıb. Səhiyyə orqanları virus və bakteriyaların çiy və ya pasterizə edilmiş süd nümunələrində aşkar edildiyini bildiriblər

11:28 48
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

16:28 479
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

16:06 354
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

14:42 505
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

20:15 82
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

14:25 124
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

21:45 0
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

18:07 386