"Qayçını verdi oğlunun əlinə ki, onu tərbiyələndir" -Əri tərəfindən başı qırxılan Suzannanın FACİƏSİ

"Qayçını verdi oğlunun əlinə ki, onu tərbiyələndir" -Əri tərəfindən başı qırxılan Suzannanın FACİƏSİNərgiz və Nəzrin. Onlar Nəsimi rayonu, Qoqol küçəsi 28-38 ünvanındakı binanın üçüncü mərtəbəsindən özünü ataraq intihar edən 1986-cı il təvəllüdlü Suzanna Şakir qızı Şərifovanın övladlarıdır. İndi onlara Suzanna Şərifovanın vətəndaş nikahında yaşadığı həyat yoldaşı Əbülfəz Baxşıyevin anası, şair-publisist Simuzər Nüsrətbəyli baxır. Özünün dediyinə görə, AYB-nin üzvüdür, 10 kitabın müəllifidir.

Suzannanın ölümü ilə bağlı həbs olunan Əbülfəz Baxşıyev Simuzər Nüsrətbəylinin yeganə oğul övladıdır. Gəlininin başına gələn hadisəni nəql edən qayınana deyir ki, ona bu addımı atmaması üçün yalvarıb:

"Bu divanda oturmuşdum. Oğlum bu otaqda deyildi. Bir də gördüm o tərəfdən sallanıb. Uşaq da mənimlə idi, əlindən tutmuşdum. Videolara da düşüb. Gördüm, şok oldum. O anda məni infarkt vurmayıbsa, bu, Allah möcüzəsidir. Uşaq da əlimdə yalvarıram ki, Suzanna, yalvarıram, keç bu tərəfə. Beynim tormozlanıb, gözlərim bərəlib. İsti hava, balkon açıq, pəncərə açıq. Bir də görürəm bu qız... Axı gözlənilməzdir. Mən yaxınlaşdım, o, əlini taxtalardan tutmuşdu, taxtadan əlini buraxıb keçdi dəmirlərə. Onda aramızda sədd yarandı. Suzanna setkanın o yanında qaldı. Bu an gücüm ancaq yalvarışa çatdı. Amma bir onu gördüm ki, getdi... Oğlum yan otaqda idi. O da qorxusundan yaxınlaşa bilmədi ki, qız özünü atar. Amma balkondan sallanmış vəziyyətdə olanda qışqırıb kömək də istəmədi, "məni öldürürlər, döyürlər" də demirdi. Elə sakit balkondan sallanmışdı. Yaxşı ki, onun intihar zamanı çəkilmiş videoları var. Həmin videoda hər şey açıq-aşkar görünür. Təcili yardımı gözləməyib oğlumla birgə xəstəxanaya çatdırsaq da, gec idi."

Ana oğlunun sözügedən məsələyə görə həbs olunmasını ədalətsiz hesab edir:

"Elə bir ailə yoxdur ki, orada söz-söhbət olmasın. Mənim oğlum müasir fikirli, ali təhsilli, ziyalı insandır. "Torqovı"da doğulub böyüyüb. Bir şeyi bilin ki, ata ananı incidəndə övlad atanı sevmir. Bu uşaq atasını çox istəyir. Bu intihara səbəb tam başqa şeylərdir. Psixoloji cəhətdən normal olmayan Suzanna Şərifovaya ailədə həmişə gözəl qayğı göstərilib".

Balaca Nərgizə sual verdik ki, o, evdə atasının anası ilə dalaşdığının heç şahidi olubmu? Sualımıza nənəsi Simuzər xanım müdaxilə etdi:

"O qızın ailəsi, bacısı, anası ona heç vaxt düz yol göstərmədilər. İki il oğlumu qoydu getdi. Oğlum yenidən onu qəbul elədi balasına görə. Gəlinim tez-tez evdən qaçıb 22-ci polis bölməsinə şikayət edirdi. İşgəncəyə məruz qalan qadın necə qaça bilər? Xeyr! O, gör necə azad bir qadın olub ki, dəqiqəbaşı polislərə qaçırdı. Mən burada idim, mənə şikayət edə bilərdi. Mən ona həmişə analıq eləmişəm".

Mərhum Suzanna Şərifova əslən lənkəranlıdır. Elə ailəsi də orda yaşayır. Mövzu ilə bağlı onların da fikrini öyrəndik.

Samirə Şərifova bacısının o ailəyə getdikdən sonra xoş gün görmədiyini deyir:

"2009-cu ildə mərhum bacıma elçi gəldilər. Amma anam rus olduğundan elə gələn günü dedilər ki, biz rusdan qız almaq istəmirik. Öyrəndik ki, Əbülfəz narkoman idi. Ailələri haqda da yaxşı heç nə eşitmədik. Qız bizi dinləmədi. Lənkəranda toy oldu, amma Bakıda toy eləmədilər. Sən demə, oğlan bir dəfə evli olubmuş. Ailə qurandan 2 ay keçməmiş qayınanası ilə münaqişələri başlayıb. Oğlan narkotik üçün evdən pul, telefon oğurlayırdı. 2011-ci ildə Əbülfəzi narkotiklə bir dəfə həbs elədilər. Elə o zaman bacım zəng elədi ki, Əbülfəz yoxdur, qayınanam evə başqa adamlar gətirir, mən burada qala bilmirəm. Biz də getdik onu gətirdik ata evinə".

Samirə Şərifova deyir ki, 11 ay azadlıqdan məhrum edilmiş Əbülfəz Baxşıyev azadlığa çıxdıqdan sonra ailəsini geri istəyib və Suzanna da uşağı ilə geriyə - Bakıya qayıdıb. Amma ailədaxili münaqişə bu dəfə Suzannanı yenidən atası evinə qayıtmağa məcbur edib: "2011-ci ilin son ayları olardı, 2015-ci ilin avqustun sonuna kimi bizdə qaldı. Demək olar ki, onlarla heç bir əlaqəsi olmadı".

Samirə xanım deyir ki, sonra yenidən ailə arasında barışıq olub. Amma hər iki tərəfin böyükləri bu izdivaca qarşı olublar: "Dedi, uşağım atasız qalmasın, mən qayıdıram. Oktyabr ayında yenidən zəng elədi ki, Əbülfəz məni döyür. Gəldi evimizə. Bu vaxt əri 5 nəfər dostu ilə həyətimizə gəldi, qardaşımı hədələdi və yenidən Suzannanı zorla götürüb apardı. Onda qayınanası deyib ki, rusun tərbiyəsi budur, sən onu tərbiyələndir. Vermişdi qayçını oğlunun əlinə ki, Suzannanı tərbiyələndir. O da götürüb Nərgizin yanında bacımın saçını keçəl qırxmışdı. 8 martda yenidən bacımın saçını keçəl edən əri deyib ki, bu, mənimlə anamın sənə hədiyyəsidir".

Bacısı deyir ki, mərhum Suzanna dəfələrlə işgəncələrə məruz qalıb. Hər dəfə də üz tutduğu ünvan yalnız atası evi olub. Hətta onun mobil telefonunu belə Əbülfəz tez-tez əlindən alırmış. Bununla bağlı dəfələrlə polis idarəsinə və Ombudsman Aparatına müraciət ediblər. Amma Suzanna Şərifovanın səsinə səs verən olmayıb.

Lənkəranda illərdir Suzanna Şərifovanın qonşusu olan Xeyransa İsmayılova deyir ki, mərhum çox zirək qız olub, işləməkdən heç vaxt çəkinməzdi: "Paltarlar və poliverlər toxuyardı. İnanın, yorulmazdı, işgüzar idi. Tək məndən yox, 50 qonşudan soruşsanız, deyər, o necə qız olub. Heç bir psixoloji problemindən də söhbət gedə bilməz. Bu, şərdir. Biz onun ölümünə hələ də inanmırıq. O qədər həyatsevər və şən xasiyyətli idi".

Əbülfəz Baxşıyevi də qonşularından soruşduq. Pis deyən olmadı.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla Baxşıyev Əbülfəz Yusuf oğlunun 2009-cu ildən etibarən rəsmi nikahları qeydə alınmasa da, faktiki ər-arvad kimi birlikdə yaşadığı və maddi cəhətdən asılı olmuş Suzanna Şərifovanı dəfələrlə döyüb işgəncə verməsində, habelə amansız rəftar etməklə və ləyaqətini mütəmadi olaraq alçaltmaqla onu özünü öldürmə həddinə çatdırmasında əsaslı şübhələr olduğundan, Ə.Baxşıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib və barəsində həbs-qətimkan tədbiri seçilib.

İndi son sözü qanun deyəcək!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3452   Tarix: 14 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28.03.2024 656
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

28.03.2024 1575
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

28.03.2024 261
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

28.03.2024 369
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575