8-ci hamiləliyi olan anaya abort qadağası qoyuldu, öldü: Oğlan doğmaq istəyirmiş...

8-ci hamiləliyi olan anaya abort qadağası qoyuldu, öldü: Oğlan doğmaq istəyirmiş...Dünən Respublika Perinatal Mərkəzində ana ölümü baş verib. Şamaxı rayon sakini, 1984-cüil təvəllüdlü Bəkirova Kəmalə Kazım qızı doğuşdan sonra dünyasını dəyişib.

Respublika Perinatal Mərkəzin direktoru, baş mama-ginekoloq Sevinc Məmmədova publika.az-a açıqlamasında bildirib ki, 34 yaşlı Bəkirova Kəmalə Şamaxı rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə Respublika Perinatal Mərkəzinə müraciət edib:

"Səbəb ana ilə bətnində inkişaf edən uşaq arasında qan rezuslarında konflik olmasıdır. Belə ki, ananın qanı mənfi rezus, uşağınkı isə müsbət olub. Buna görə ana bətnindəki uşaqda hemolitik xəstəlik inkişaf edib. Qadın iyulun 10-da mərkəzə daxil olub, bir gün ərzində bütün müayinələr aparılıb, diaqnoz təsdiqlənib. Bu xəstənin hamiləliyinin sonlandırılması qərarına gəlinib. Qanuna uyğun olaraq qadını doğuşa buraxmışıq. 3.7 kiloqramlıq uşaq dünyaya gəlib".

S.Məmmədovanın sözlərinə görə, doğuşdan sonra qadının uşaqlıq divarı nazik olduğu üçün yığılmayıb və bu qanaxmaya səbəb olub:

"Qanaxmaya qarşı bütün tədbir görülüb. Lakin uşaqlıq divarını bir yerə toplamaq üçün əməliyyata götürülüb. Əməliyyat zamanı qadının ürəyi dayanıb. Ürəyin fəaliyyəti bərpa edilib, əməliyyat tamamlanıb. Lakin əməliyyatdan bir gün sonra qadın iyulun 12-də 09:25-də ürək dayanmasından dünyasını dəyişib".

S.Məmmədova bildirib ki, bu qadının 8-ci hamiləliyidir:

"Qadın 5 dəfə uşaq dünyaya gətirib. Bu doğuşdan iki qızı sağ qalıb, dünyaya gətirdiyi 3 oğlan ölüb. 3 uşağın hamısında ana ilə uşaq arasında qan rezuslarında uyğunsuzluq olub, ona görə də ölüblər. Ana 5 dəfə iri, yəni 4-5 aylıqda abort etdirib. Buna səbəb isə qadının oğlan uşaq dünyaya gətirmək istəyi olub. Axırıncı abortundan sonra həkimlər qadına hamilə qalmaq qadağası qoyublar. Səbəb uşaqlığın divarındakı nazilmədir. Həkimlərin sözlərinə baxmayaraq qadın hamilə qalıb və oğlan uşağı olduğuna görə onu dünyaya gətirmək istəyib. Hamiləliyi 36 həftəyə qədər çatdırıb".

S.Məmmədova qadın əməliyyata girərkən onun ürəyində problem olmadığını, lakin nə üçün ürək dayanması baş verdiyinin araşdırıldığını dedi:

"Bütün məlumatlar və meyit təşrih üçün məhkəmə ekspertizasına verilib. Xəstə ürək-damar çatışmazlığından vəfat edib, təşrih nəticələnəndən sonra qadının ürəyində əvvəldən hansı problem olub-olmadığı bəlli olacaq.

Sənədlər bizə təqdim ediləndən sonra Doğuşayardım Komissiyasında baxılacaq, rəy veriləcək. Lazımı şəxslər də cəzalandırılacaq. Araşdırma müddətində doğuşda və əməliyyatda iştirak edən tibb işçiləri doğum işindən kənarlaşdırılıblar. Bundan başqa, qadını 12 həftəlikdən sonra əməliyyat edən həkimlərlə bağlı da araşdırma aparılacaq. Hər halda bu məlumatlar kənddəki hər kəsə, ailə üzvlərinə və kənd həkimlərinə bəllidir".

S.Məmmədova uşaqda əvvəldən məlum olduğu kimi hemolitik sarılıq olduğunu deyib:

"Ana ilə qan uyğunsuzluğuna görə uşağın qırmızı qan hüceyrələri partlayıb. Ona qan köçürülüb. Vəziyyəti stabildir, lazımı müalicəvi tədbirlər aparılır. Ümumiyyətlə, ana ilə uşaq arasında rezus uyğunsuzluğu hər zaman bu cür nəticələnmir. Qadın vaxtında məsləhətxanaya müraciət etsə, o müayinə edilib, ehtiyac olduğu halda Ruqan dərmanı verilir, xüsusi zərdab vurulur, uşaqlığı, səhhəti imkan verirsə, onun hamiləliyi davam etdirməsinə razılıq verirlər. Lakin qadınlarımız çox zaman hamiləliyi həkimlərdən gizlədir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3024   Tarix: 14 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə ilə Rusiya arasında sərnişindaşıma ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında həlak olduğu bildirilib. Vətən müharibəsind

24.04.2024 548
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

24.04.2024 262
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24.04.2024 476
.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

24.04.2024 141
.

İsrail Qəzzaya hücum etdi: 6 fələstinli öldü

İsrail Qəzza sektorundakı Rafah şəhərinə və Nusayrat qaçqın düşərgəsinə hücum edib. BİG.AZ xəbər verir ki, hücumu nəticəsində azı 6 fələstinli ölüb, bir çox insan isə yaralanıb. Məlumata görə, hadisə nəticəsində bir çox insan xəsarət alıb və dağıntılar altında olan itkin düşənlərin axtarışı davam edir

24.04.2024 56
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 149
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 726
.

Yaponiyada hava limanına eniş edən sərnişin təyyarəsi xarab olub

Göyərtəsində 213 sərnişinin olan təyyarənin Yaponiyanın şimalındakı hava limanına enərkən qanadından tüstü qalxıb. xəbər verir ki, Yaponiya dövlət televiziyası NHK xəbərlərinə görə, paytaxt Tokiodakı Haneda Beynəlxalq Hava Limanından havaya qalxan All Nippon Airways (ANA) 71 nömrəli reysi yerli vaxtl

24.04.2024 162
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

24.04.2024 137