"Heç vaxt Raqufun sağ qayıtmayacağına inanmazdıq!" - Şəhid polkovnikin xanımı

"Heç vaxt Raqufun sağ qayıtmayacağına inanmazdıq!" - Şəhid polkovnikin xanımı2016-cı ilin "Aprel döyüşləri"ndə böyük hünər, rəşadət göstərərək, şəhidlik zirvəsinə yüksələn Vətən oğullarının hamısı ölməz qəhrəmanlardır. Onlar şəhid olsalar da, öz adlarını Azərbaycan xalqının qəhrəman oğulları kimi tarixə yazdılar.
Hamı onlardan danışır, döyüş yollarından, şərəflə yaşadıqları həyatlarından filmlər çəkilir, oçerklər yazılır, barələrində mahnılar qoşulur. "Aprel şəhidləri" arasında bir kəşfiyyatçı polkovnik də var ki, onun haqqında daha çox danışılır: polkovnik-leytenant Raquf Orucov. O, Azərbaycan Ordusunun polkovnik rütbəsində şəhid olan ilk zabitidir. Raquf Orucov şəhid olduğu günədək bir çox təltiflərə, o cümləndən Ali Baş Komandanın müvafiq fərmanları ilə "Hərbi xidmətlərə görə" və "İgidliyə görə" medallarına layiq görülüb.

Bu gün haqqında əfsanələr danışılan qəhrəmanın doğum günüdür. Modern.az şəhidin həyat yoldaşı Sevinc Alızadə ilə həmsöhbət olub.

"Pərvanə kimi çox fırlanırsan bu torpağın başına, bir gün özünü yandıracaqsan"
Düzü, şəhidin həyat yoldaşına yenidən eyni acını xatırlatmaqdan çəkinirdim. Amma Sevinc xanım söhbət zamanı bildirdi ki, "xatırlamaq" sözünü heç sevmir. Çünki Raquf Orucovu unutmaq mümkün deyil:

"Biz onu heç unutmadıq. Evimiz də Raqufun məzarına yaxındır, daim ordayıq. Mən onun məzarının üstünüə indiyə kimi süni gül qoymamışam. Nə qədər ki, sağam, fiziki gücüm var, çalışacam ki, onun məzarını tər güllərlə saxlayım. O insan süniliyi xoşlamazdı.

Yadınızdadırsa, "Bizim Cəbiş müəllim" filmində evlərə qara xəbər gəlir, həyat yoldaşının ölümünü eşidən qadın fəryad edirdi. Mən də Raqufun ölüm xəbərini ona bənzətdim. Yəni gözlənilməz bir şey idi. Çünki Raquf artıq çətin dövrləri geridə qoymuşdu, o mərhələləri keçmişdi. Bilirdim ki, mənə heç nə demirdi, eşitdirmirdi. Anasının qəbrini ziyarət etmək həvəsində idi. Sən demə Ağdamın işğal altındakı ərazilərinə gedib-gəlirmiş. Bunu daha sonra dost-tanışlarından öyrəndim. Onun ölüm xəbəri alacağıma heç vaxt inanmazdım. Çünki hara gedirdisə, salamat qayıdırdı. Bizim ailə dövrümüzdən qabaq da o, tanınmış hərbçi idi. Hərbçi kimi fəaliyyətinin dörd ilində Heydər Əliyevdən medal almışdı. Hər zaman çətin sınaqlardan sağ qayıtdığı üçün bizdə ona əminlik yaranmışdı. Raquf həmişə səngərdə olub, heç vaxt ayağından əsgər çəkməsi çıxmamışdı. Elə olub onu beş gün gözləmişəm, gəlməyib, uşaqlarla yalnız Toğana kəndində qalmışıq. Amma beşinci gün harda olsa, gəlirdi.

Onu bir pərvanəyə bənzədirdim. Həmişə deyirdim ki, sən çox fırlanırsan bu torpağın başına, bir gün özünü yandıracaqsan. Raquf vətəninə aşiq idi və buna görə də özünü fəda etdi".

"Heç vaxt Raqufun sağ qayıtmayacağına inanmazdıq!" - Şəhid polkovnikin xanımı"Evə girəndə ailə başçısı, qapıdan çıxanda hərbçi idi"

Adətən əksəriyyət hərbçi ilə ailə həyatı qurmaqdan çəkinir. Amma Sevinc xanım çətinlikləri gözə almışdı:

"Ətrafımızda hərbçi ailələri çox idi. Bəziləri dözə bilmirdi, ayrılırdı. Amma bizim aramızda ayrı bir bağlılıq var idi. Biz ər-arvaddan çox dost, sirdaş idik. Çətin günlərdə bir-birimizin əsas dayağı olmuşuq. İnanın, Raqufun sağlığında, istər xidmətinin ilk illərində olsun, istər sonrakı vaxtlarda yaşadıqlarım çətinlik deyildi. Raquf sağ olanda elə bil o mərhələlərdən keçməmişik, Toğanada o şəraitdə uşaq böyütməmişik. İndi maddi cəhətdən hər şeyimiz var, amma onun yoxluğunda adi bir problem çox çətin gəlir. İnsan sanki öz tayını itirir. Ayaqqabının bir tayı ilə gəzə bilərsiniz?. Təbii ki, yox. Yar da belədir. Elə bilirəm, hər şey üstümə gəlir, problem yaradır və qorxuram. Çünki sirrimi paylaşdığım, dərdimi dediyim insan yoxdur. Onun öldüyü vaxt şəhid yoldaşı kimi yox, vətən övladı, sirdaşı, dostu kimi ağladım.

Raquf heç vaxt mənimlə hərbi fəaliyyəti ilə bağlı danışmazdı. Deyərdi "sən öz işinlə məşğul ol, belə şeylər sənlik deyil".

Amma ordan-burdan xəbərlər eşidirdim, hansısa problemlər olduğunu biləndə narahat olurdum. Raquf bircə kəlmə "fikir vermə" deyərdi. Yəni işi heç vaxt evə gətirməzdi. Evə girəndə ailə başçısı, qapıdan çıxanda hərbçi idi. Həm də onun vətən sevgisinə, xasiyyətinə bələd idim.

Heç nə yox, bizi tək istirahətə göndərdiyi vaxtlar mənə daha çox təsir edir. Tanış ailələr bizi qonaq çağırardı, amma Raquf bizimlə getməzdi. Vaxtının olmadığını deyib, qardaşına tapşırardı bizi. Birlikdə keçirmədiyimiz vaxtların itkisi məni yandırır".

"Sən bəlkə də Azərbaycanın ən kasıb hərbi hissə komandirisən"

"Heç vaxt Raqufun sağ qayıtmayacağına inanmazdıq!" - Şəhid polkovnikin xanımıDeyirlər, hərbçilər zəhmli və sərt olur. Raquf Orucov isə elə görünsə də, kövrək biri imiş. Şəhidin həyat yoldaşı onun hər zaman ana həsrəti ilə yaşadığını bildirir:

"Raquf ana itirmişdi, ailəsində şəhidlər var idi. Ona görə kövrək insan idi. Onun ürəyində o qədər ana həsrəti vardı ki...Türklərin anadan bəhs edən "Çinar ağacı" filmi var. Raquf şəhid olandan sonra o filmə nə qədər baxmışam.

Yay vaxtı idi, bu filmi televiziyada verirdilər. Raquf da işığı söndürüb ona baxırdı. Filmdə anaya laqeyd münasibətdən bəhs edilirdi, sonda ana ölmüşdü. Bəlkə də mənim anam olduğu üçün ona ötəri fikir verdim. Amma Raqufa tərəf baxanda hiss etdim ki, o ağlayır. Qıraqdan baxan onun zəhmli, sərt komandir olduğunu düşünür. O zaman bildim ki, Raqufun içində bir həsrət var. Amma kövrək olduğunu qəbul etmirdi.

Bir gün Raquf mənə zəng edəndə oğlum Nihad telefona cavab verdi. O, Nihaddan halını soruşanda "heç ata, ürəyim sıxılır" demişdi. İnanırsız, o söz Raqufa dərd olmuşdu. Sabahısı gün məktəbin qabağına gəlib "Nihadı özüm götürəcəm, hara istəyir aparım, təki ürəyi sıxılmasın uşağın" dedi. Yəni Raquf belə insan olub. O, uşağı heç vaxt acılamazdı, baxışı ilə tərbiyə edərdi.

Raquf özündən sonra da çox yaxşı dostlar qoyub gedib. Onlar bizə mənəvi dəstək olur, müdafiə edirlər. Eyni zamanda, onun ölümündən hardasa iki ay sonra "Raqufsevərlər" kimi klub formalaşdı. Raquf adına nələrsə etmək istəyənlər, onu yaşadanlar çoxdur. Həmin insanlarla daim əlaqədəyik, gəlib-gedirlər. Mən Raqufa "sən bəlkə də Azərbaycanın ən kasıb hərbi hissə komandirisən" deyəndə "kasıb olsam da, mənim əqidəm var və insanlar qədrimi bilir" deyərdi".

"Raquf hər kəsin gözündə Milli Qəhrəmandır"

"Raqufun itkisini heç vaxt qəbul etməmişəm. Mənə elə gəlir ki, onu əməllərimizlə yaşadırıq. Dövlətdən və ya başqa birindən hər hansı gözləntim yoxdu. Sadəcə öz cızdığım bir xətt var və o yolla Raqufu yaşatmaq istəyirəm. Kimsə gəlib bizə kömək etmək istəyəndə, onları daha imkansız şəhid ailələrinə yönəltmişəm. Kiməsə nə minnət qoyuram, nə də bir şey umuram. Belə daha yaxşıdır.

Raqufa "Milli Qəhrəman" adı da verilmədi. O adı kağız üzərində ala bilmədim, amma hər yerdə Raqufa olan sevgini gördüm. Həm rəsmi, həm də qeyri-rəsmi hər kəs Raqufun onların gözündə Milli Qəhrəman olduğunu deyir. Ağdamda olan zaman tribunaya çıxanda insanlar imkan vermədi danışam. Onlar mənə Raqufu anlatdılar. Məni qonaq kimi qəbul edib, özləri danışdılar. Yəni bu insan o adı artıq qazanıb. Raqufun kağız üzərində ada ehtiyacı yoxdur. Əsas xalqın sevgisidir və onu qazanmaq çətindir".

"Millət apreldə özünü sübut etdi"

"Bilirsiniz, mən dəfələrlə deyirəm, bu milləti belə kişilər qurtaracaq. Qoy camaat da görsün ki, belə insanlar var. Bu, real tarixdir, gözümüzün qabağında baş verən hadisələrdir. Müharibəyə, döyüşə gedənlər bilir ki, geri dönməmə ehtimalı var. Onlar uşaq deyil, zaman aşırmış kişilərdir. Raquf da onlardan biridir. Vətən uğrunda bilə-bilə canını fəda edənlərdən danışmaq lazımdır ki, millət bəlkə təsirlənə. Millət gözəl millətdir. Millət apreldə özünü sübut etdi. Belə ənənələri yaşatmaq önəmlidir. Bu qədər parçalanmaq olmaz. Bunun bir sonu olmalıdır. İnanın ki, Raquf Orucovu ziyarət edənlər əskilmir. Demək ki, bu insanlarda sevgi var. Raquf kimi insanlar xalqımıza nümunə olmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2753   Tarix: 12 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28.03.2024 851
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28.03.2024 656
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

28.03.2024 133
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

28.03.2024 318
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144
.

Quzu ətindən baha olan göbələk növü - VİDEO

Bəzi rayonlarda quzu ətindən baha olan quzuqarnı göbələyi satılır. Şabran rayonu, Gəndob-Yalama yolunun kənarında satışına daha çox rast gəlinən göbələyin qiyməti ötən illə müqayisədə artıb. Quzuqarnının yığımı və satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda kiloqramı 30-45 manat aralığında təkli

10:50 0
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122