İşdən çıxarılan general: "Oğlumun tərbiyəsinə söz ola bilməz, sürücü..."

İşdən çıxarılan general: "Oğlumun tərbiyəsinə söz ola bilməz, sürücü..."Ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilən general-mayor Novruzəli Orucov ölkə.az-a müsahibə verib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

"Avtobus sürücüləri vəhşi kimi maşın sürürlər"

– Baş verən son hadisələrlə bağlı cəmiyyət ən çox sizi qınayır ki, nə üçün general belə bir övlad böyüdüb?

– Vallah nə bilim, bir hadisə idi, oldu. Mən oğlumun günahlarını etiraf edirəm. Doğrudur, oğlumun da səhvləri var. Ancaq avtobus sürücüsünün də günahı çoxdur. Hər kəs yaxşı bilir ki, bu gün Azərbaycanda avtobus sürücüləri necə vəhşi kimi maşın sürürlər. Oğlumla avtobus sürücüsü arasında mübahisə də məhz bu üzdən baş verib. Həmin avtobus sürücüsü ilə oğlum dalaşıb-barışıb, sürücü şikayətini də geri götürüb.

Oğlum elə pis uşaq da deyil. Sadəcə olaraq, həmin avtobus sürücüsü oğluma qarşı var-yox söyüşü söyüb. Oğlumun da 21 yaşı var, cavan oğlandır, kim belə söyüşü götürər? İndi axmaq bir avtobus sürücüsü maşını vəhşi kimi idarə edirmiş. Oğlum da bunu görüb, səbri çatmayıb, sürücüyə iradını bildirib. Sürücü də oğluma ağır söyüşlə cavab verib. Bunun nəticəsində də oğlumla sürücü arasında dava olub.

"Oğlum həbsdədir, gedib görüşməmişəm də!"

– Oğlunuz hərbi xidmətdə olubmu?

– Oğlum Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında oxuyurdu. Akademiyada 5 illik təhsil müddətinə hərbi xidmət də daxildir. Bu hadisələrə görə oğlum üçüncü kursdan akademiyadan xaric olunub. Sonra da oğlum özü imtahan verərək, Ukrayna Daxili İşlər Nazirliyinin Polis Akademiyasına bərpa olunub. Oğlum Ukrayna Polis Akademiyasına yeni bərpa olunmuşdu ki, son hadisələr yaşandı. İndi bilmirik ki, nəticəsi necə olacaq? Hazırda da oğlum həbsdədir. Heç özü ilə gedib görüşməmişəm də!

"Oğlumun tərbiyəsinə söz ola bilməz"

– Ölkə başçısı sizi sırf oğlunuzun hərəkətlərinə görə işdən azad edib?

– Bəli, oğluma görə vəzifədən çıxarılmışam. Yoxsa ki, mənim başqa nə pis hərəkətlərim olub? Mən nümunəvi xidmət edən zabitəm. Məni oğluma görə vurdular. Ancaq Allah cənab Prezidentin canını sağ etsin. Mən onun əsgəriyəm. Mənə vəzifəni verən də, alan da odur. Onun qərarlarına heç bir etirazım yoxdur. Ali Baş Komandan əmr versin, bu gün burada, sabah isə cəbhədə düşmənlə döyüşəcəm.

Mən çox əzab-əziyyətlə, yetim böyümüşəm. Öz bacarığım hesabına gəlib müəyyən pillələrə qalxmışam. Macarıstanda, Belarusda və Azərbaycanda xidmətlər etmişəm. İndi də uşağın bir hərəkətinə görə vəzifədən azad olunmuşam. Etiraf edirəm ki, bunun da səhvi məndə olub. Mən günhlarımı boynuma alıram. Mən uşağa vaxtında lazımı diqqəti göstərməmişəm. Oğlumun tərbiyəsinə isə söz ola bilməz. Tərbiyəsini vermişəm. Sadəcə olaraq avtobus sürücülərinə bəraət qazandırmaq doğru deyil. Göz qabağındadır, hamı yaxşı bilir ki, avtobus sürücüləri yollarda oyun çıxarırlar. Məsələnin bu tərəfinə də nəzər salmaq lazımdır. Oğlum bu cür hadisələrin şahidi olub, həmin avtobus sürücüsünə irad bildirib. Avtobus sürücüsü var-yox söyüşü söyüb, oğlum da cavab verib. Var-yox söyüşünü kim götürərdi? Avtobus sürücüsü deyib ki, sür dalımca gəl, gəlməsən belə-belə olarsan. Oğlum da nə etsin, cavan oğlandır, gedib dalınca, orada da dava düşüb. Oğlum həmin avtobus sürücüsünə bir yumruq vurub, aləm dəyib bir-birinə. Ancaq sürücünün hərəkətlərinə də qiymət vermək lazımdır. Doğrudur, bu gün oğlumun hərəkətlərinə heç bir haqq qazandırmıram. Məni vəzifəyə qoyan da, çıxaran da cənab Prezidentdir. Allah onun atasına qəni-qəni rəhmət etsin, 1982-ci ildə məni oxumağa göndərən o kişi olub. O vaxt kasıb və yetim bir oğlan idim. Göstəriş verdi ki, belə uşaqları oxumağa göndərin. Bu gün də cənab Prezidentimizə Allah can sağlığı versin! Mən onun əsgəriyəm. Sabah desə ki, get ayaqyalın ermənilərin üzərinə, mən gedəcəm. O ayağını qoyduğu yerə mən başımı qoymağa hazıram.

"Vəzifə təklif etsələr, onu icra etməyə tam hazıram"

– Bundan sonra nə işlə məşğul olmağı düşünürsünüz?

– Hazırda Sərəncamdayam. Nə vaxtsa çağırıb vəzifə təklif etsələr, onu icra etməyə tam hazıram. Mən 36 ildir ki, xidmət edirəm. Sabah Ali Baş Komandan məni hara göndərsə, əsgər kimi getməyə hazıram. Yenə deyirəm ki, hər şey ölkə başçısının səlahiyyətlərində olan məsələdir. Bu gün məni buradan çıxarıb, sabah başqa yerə verə bilər. Hələlik Sərəncamdayam. Yenə deyirəm ki, sabah Ali Baş Komandanın bir əsgəri kimi istənilən yerə getməyə hazıram. Elə çox qocalmamışam, yaşım da o yaş deyil ki, pensiyaya çıxım. Xəstəliyim də yoxdur ki, xəstəliklə tərxis olum. Xidməti dövrümdə də neqativ hallarım olmayıb. Fəaliyyətim dövründə Vətən üçün xidmətlərim çox olub. O vaxt Ağdamda ermənilər snayperlə Farizi vuran zaman biz dərhal Azərbaycanda snayper kursu açdıq. Həmin kursu bitirən insanlardan biri İslam Həmrəyliyi Oyunlarında üçüncü yerə çıxmışdı.

Bundan başqa, biz ulu öndərin ad günü münasibəti ilə bütün MDB ölkələrinin iştirakı ilə yarışlar keçirirdik.

"Balalarımla bir yerdə cənab Prezidentə qurbanıq!"

– Heç baş verənlərə görə övladınızı tənbeh etdinizmi?

– Yox, oğlumu cəzalandırmadım. Ancaq mənim işdən çıxarılmağım oğlum üçün ən böyük cəzadır. Bundan böyük nə cəza ola bilər?
Biz Ali Baş Komandanın əsgərləriyik. Sabah Ali Baş Komandan əmr versə, nəinki mən, bütün övladlarımla ön cəbhəyə gedib döyüşməyə hazırıq. Balalarımla bir yerdə cənab Prezidentə qurbanıq!

İndiyədək mən Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişəm. Bundan sonra da iştirak etməyə hazıram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5727   Tarix: 12 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

12:53 0
.

Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 18-ci günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:04, iftar isə 19:15-dədir. İmsak duası:. "Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin". Tərcüməsi:

27.03.2024 276
.

"Crocus City Hall"da baş verən terror aktında ölənlərin sayı artıb

Rusiya Fövqəladə Hallar Nazirliyi "Crocus City Hall"da törədilən terror aktı nəticəsində həlak olanların yenilənmiş siyahısını dərc edib. Orada 143 nəfərin adı var. Yeni siyahı Rusiya Federasiyası Səhiyyə Nazirliyinin 27 mart Moskva vaxtı ilə saat 20:00-a qədər olan məlumatlarına əsaslanır

27.03.2024 343
.

"Aİ Ermənistana namizəd statusu təklif etməyə hazır olduğunu bildirməlidir"

"Viza rejiminin liberallaşdırılması üzrə Aİ-Ermənistan dialoqunun başlanması münasibətlərin dərinləşməsi üçün mühüm addım olardı". xəbər verir ki, Bu barədə Danimarkanın keçmiş baş naziri və NATO-nun baş katibi Anders Foq Rasmusse deyib. Hesabata görə, Aİ Ermənistana namizəd statusu təkli

27.03.2024 208
.

"Gəlinimə səsimi də ucalda bilərəm"

"Oğlum Adili evləndirib, gəlini evə gətirdim. Bundan sonra 3 ay onlarla yaşamadım. Onlara ara-sıra baş çəkirdim ki, bilim evdə nə edirdilər. Gəlinin mənə olan əzizləməyini gördüm. Bundan sonra qərar verdim ki, tez-tez onlara baş çəkəcəyəm. Yalandan deyirdim ki, səhər efirə gedəcəyəm, amma tezdə

10:18 0
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

16:43 0
.

Moskvada növbəti terror təhlükəsi!

Rusiya paytaxtı Moskvanın şimal-qərbində yerləşən "Şuka" ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb. "Qafqazinfo"xəbər verir ki, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib. "Şuka ticarət mərkəzindəki insanlar partlayış təhlükəsi ilə əlaqəda

27.03.2024 437
.

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır - TƏSİRLİ GÖRÜNTÜLƏR + VİDEO

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır. xəbər verir ki, yeniyetmə ATV-də yayımlanan "Bizimləsən" verilişinə gələrək atasının kim olduğunu bilmədiyini və onu axtardığını deyib. Belə ki, anası ağciyər xəstəliyindən əziyyət çəkdiyi üçün 13 yaşlı övladını internat məktəbin

27.03.2024 409
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0