Bakının məşhur "tolkuçka"sı söküləcək - FOTOLAR

Bakının məşhur "tolkuçka"sı söküləcək - FOTOLAR"20 Yanvar" metro stansiyasının çıxışında yerləşən və "Velotrek tolkuçkası" kimi tanınan Bakının köhnə alış-veriş mərkəzi ən ağır günlərini yaşayır. Son illərə kimi paytaxtın ən qaynar ticarət mərkəzlərindən olan "Velotrek" demək olar ki, boşalıb. Mağazaların çoxu alıcı üzünə həsrət qaldığından bağlanıb. Girişdə yerləşən dükanlarda alıcı gözə dəysə də, içərilərə doğru alver tamamilə "ölüb".

BiG.AZ xəbər verir ki, bunu virtualaz.org-a ticarət mərkəzində işləyən satıcılar da təsdiqləyirlər. Onların sözlərinə görə, mağazaların boşalması prosesi artıq ötən ildən başlanıb və hələ də davam edir. Alıcı olmadığından ticarətçilər gətirdikləri malı sata bilmirlər: "Mən 12 ildir ki, burada alver edirəm. Heç vaxt bazarı belə boş görməmişdim. Alverin zəiflədiyi vaxtlar olub, hətta mağazaların müflis olub bağlandığı vaxtlar da olub, amma heç vaxt bazar belə boşalmayıb. Bir az irəliyə gedin, bayquş ulayır...", - satıcı Yaşar kövrələrək bildirir.

Bakının məşhur "tolkuçka"sı söküləcək - FOTOLAR"Nə imkanlı bura gəlir, nə də kasıb..."

Satıcılar deyir ki, mağazaların bağlanma prosesi ticarət mərkəzinin içərilərində yerləşən mağazalardan başlayaraq üzü çıxışa doğru gəlir. Əvvəllər girişdə yerləşən mağazalar daha əlverişli hesab olunurdusa, indi onlara da baxan yoxdur. Satıcılar mağazalarda günlərlə alverin getməməsindən şikayətlənir: "Əvvəllər burada 3 parça mağazam var idi. Alver olmadı, bir tərəfdən də nisyə mal aparanlar pulumu qaytarmadılar, daha təzə mal gətirə bilmədim. Mağazaların kirayəsini ödəyə bilmədim deyə, ikisi bağlandı. İndi ancaq biri işləyir. Ona da işləmək demək olarsa... Parça onsuz da "xodovoy" satılan mal deyil, olur ki, günlərlə heç nə satmırıq", - deyə özünü Zərifə kimi təqdim edən mağaza sahibi bildirir.

Mağazaların çoxunda kondisioner işləmir, istidən nəfəs almaq mümkün deyil. Sərinkeşi qoşub yanında oturan satıcı isə qonşu mağazanın satıcısı ilə diaqonal boyu dərdləşir: "Ay girəndən hələ əməlli alver eləməmişəm. Kreditin vaxtı çatıb, hansı pulla ödəyim? Alver var ki?! Ucuz da verirsən almırlar. Nə imkanı olan bura gəlir, nə də kasıb..."

Bakının məşhur "tolkuçka"sı söküləcək - FOTOLARAyaqqabı satışı ilə məşğul olan digər bir satıcı isə deyir ki, ümid ancaq sentyabr ayına, dərslər başlanan vaxta qalıb: "Gündə 5-10 manat qazanırıq, onu da yerpulu veririk. Alıcılıq qabiliyyəti aşağı düşüb, müştərilərin çoxu buranı bəyənmir, durub "Sədərəy"ə, "Binə"yə gedirlər. Belə getsə, bu bazara insan ayağı dəyməyəcək. Ancaq ümidimizi sentyabrda dərslər başlanan vaxta bağlamışıq. Onda da hamı, az qala meyvə-tərəvəz satanlar da məktəbli ləvazimatı vururlar",- deyə satıcı bildirir.

"...Belə getsə, hamımız müflis olacağıq"

Bakının məşhur "tolkuçka"sı söküləcək - FOTOLARBoşalmış mağazaların şüşə arakəsmələrinin yanında üst-üstə tökülmüş paltarlar diqqətimizi çəkir. Üzərində "nə alırsan al, 10 manata" sözləri yazılmış lövhə də keçib gedənləri cəlb etmir. Qonşu mağazada işləyən satıcı bildirir ki, bunlar bir həftə öncə bağlanan geyim mağazasından qalanlardır. Türkiyə istehsalı olan geyimlər öz dəyərindən bir neçə dəfə aşağı verilsə də, alıcı tapılmır: "Bu mallar türk satıcınındır. Bir həftə olar ki, mağazanı bağladı. Mallarını mənə tapşırıb ki, gələn olsa baxım. İnanın ki, bu bir həftə ərzində cəmi 3 köynək satmışam", - deyə satıcı köynəyinin üst cibinə qoyduğu 20 və 10 manatlıq əskinasları çıxarır.

"Alıcı yoxdur, yer pulunu ödəyə bilmirik. Bu qonşu satıcı 200 manat aylıq kirayə haqqı verirdi. Elə adam var 300 manat verir, yeri darısqal olanlar 150 manat ödəyir. Çox çətindir, yerpulunu verə bilmirik. Əgər bunu aşağı salmasalar, hamımız müflis olub bağlanacağıq", - deyə satıcı sözlərinə davam edir.

Amma ticarət mərkəzinin boşalması ilə razılaşmayan satıcılara da rast gəldik. Məsələn, Kərim adlı satıcı bildirir ki, artıq bazarda vəziyyət stabilləşib. Onun sözlərinə görə, ticarət mərkəzinin birinci mərtəbəsində təzə yaradılan meyvə-tərəvəz bazarı burada da canlanma yaradacaq: "Mən deməzdim alver ölüb, əvvəl bundan daha pis idi. Artıq bazarın birinci mərtəbəsində yerləşən meyvə-tərəvəz bazarı salınandan sonra bura da gələnlərin sayı artıb. Məncə get-gedə bazarda canlanma yaranacaq", - deyə uşaq paltarları satılan mağazanın sahibi bildirir.

"Sədərəy"in adı çıxıb, bura daha sərfəlidir..."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2471   Tarix: 07 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

28.03.2024 238
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

28.03.2024 318
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28.03.2024 851
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28.03.2024 656
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105