"Zəhranın qatilləri Axirət məhkəməsindən öncə..." - Hacı Şahin

"Zəhranın qatilləri Axirət məhkəməsindən öncə..." - Hacı Şahinİyulun 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini atəşə tutdu. Nəticədə kənd sakinləri - 50 yaşlı Sahibə ana və 2 yaşlı Zəhra bala qətlə yetirildilər. Bu körpə qətlini hansı insaniyyətlə, hansı mənəviyyatla, hansı əsgər qeyrəti ilə əsaslandırmaq olar? Kin və qorxaqlıq insanı necə vəhşiləşdirməlidir ki, bu cinayətə əl atsın və ya bu cinayətə qələbə kimi baxsın? Bu cinayəti törədən rejimin başçılarından soruşmaq gərəkdir ki, davanız torpaq davasıdırsa, o zaman o körpənin günahı nə idi? Məqsədiniz intiqam idisə, dilsiz qızcığaz sizə nə edib? Bu günə kimi "müharibədə hər şey ola bilər, kompromis yol tapın" deyə yol göstərən havadarlarınızın bundan sonra sözü nə olacaq?

Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq proses 25 ildir ki davam edir. Beynəlxalq hüququn imperativləri, BMT başda olmaqla müxtəlif beynəlxalq qurumların bəyannamələri, dünya qüdrətlərinin vasitəçiliyi, fərqli danışıq formatları, vətəndaş cəmiyyətlərinin bir birini əvəzləyən təşəbbüsləri ortada ola-ola, bir münaqişənin 25 il davam etməsi təəccüb doğurur. Daha doğrusu, mövcud beynəlxalq proses məyusluq yaradır.

Namərdcəsinə dinc sakinlərə gecə vaxtı həmlə etmək, məsum bir körpəni qətlə yetirmək vəziyyətin gərginliyini və dözülməzliyini göstərir. Məsələyə yanaşmada emosiyaları kənara qoysaq belə, qarşı tərəfin heç bir insani qanun tanımadığını görəcəyik. Belə bir halda onlardan beynəlxalq qanunlara riayət etməyi gözləmək mümkün deyil. Sülh prosesində durğunluğun davam etməsi, status-kvonu qorumaq cəhdləri meydanı uşaq qatillərinə vermək anlamına gələcək. Azərbaycan isə dəfələrlə bildirib ki, buna razı olmayacaq. Aydındır ki, yeni müharibə bütün regionu zorakılıq alovuna alacaq, ona görə də beynəlxalq ictimaiyyət ciddi ölçülər götürməlidir. Əks təqdirdə Azərbaycanın düşmənə layiqli cavab verməyi üçün kifayət qədər qətiyyəti və gücü var.

Son dövrdə cəbhə bölgəsində baş verən hadisələr bir gerçəyi üzə çıxardı: Azərbaycan xalqı və dövləti torpağının bir qarışını belə düşmənə güzəştə gedən deyil. Bu prinsipial mövqeyi xüsusilə gənclərimizdə görəndə fərəhlənməməyə bilmirsən. Gənc nəsil 30 il öncə müharibənin başlamasının şahidi olmayıb. O hadisələrdən sonra yeni nəsil formalaşıb və onlar üçün təbii görünən indiki şərait bizim üçün yenidir. Yeni dövlət, yeni tarix, yeni amallar, yeni ümidlər. Bizimlə onlar arasında böyük fərqlər var və bu fərqlər gənc nəslin xeyrinədir. Onların zehniyyəti totalitar rejimin propaqandası və yalanları ilə zəhərlənməyib. Fəqlənmək, özün kimi olmaq, azad yaşamaq, seçim etmək kimi ibtidai istəklər onların təfəkkürünə bir cinayət, cəzaya layiq günah kimi həkk olunmayıb. Bizim nəsil bu qorxunc zindandan çıxdıqdan sonra öz azadlığı ilə necə davranacağını bilmirdi. Biz buna hələ təzə-təzə alışmağa, taleyimizə görə məsuliyyətimizi dərk etməyə başlamışıq. Onlar isə dünyaya müstəqillik dövründə göz açıblar. Bu müstəqilliyi bizə qazandıranlardan daha çox, onu yaşadanlar məsuliyyət altındadır.

Onların bizdən bir üstünlüyü də var – onlar Qarabağı görmədən onun dərdini çəkirlər. Onlar Qarabağsız Vətəndə dünyaya göz açdılar, lakin Qarabağsızlığa heç cür alışmadılar. Özü də buna alışmamaq elə də asan iş deyil. Yad mədəniyyətlərin var gücü ilə təlqin etməyə çalışdığı təslimçilik ruhiyyəsi gənclərimizin qəlbində görmədikləri, gəzmədikləri, ətrini duymadıqları bir Vətən parçasının həsrətini boğa bilmədi. Bu mədəniyyətlər düşüncələrə nələri yeritmədi ki?! "Həyatını yaşa, başqalarından sənə nə?", "bir dəfə verilən ömrü bir parça torpağa qurban vermə, heyifdir!", "düşmənini sev, o da səni sevir", "cibini düşün, hər şeyi pul həll edir"... Gənclərimiz ayıq oldu, bu tələlərə düşmədi. Son illərdə canlarını bizə fəda edən şəhidlərimiz bunun bariz nümunəsidir. Onların mütləq əksəriyyəti Qarabağı heç zaman görməyənlər idi. Gənclərimiz sağlam yetişib, deməli cəmiyyətimiz də sağlamdır. Deməli, hadisələr düzgün məcrada cərəyan edir.

"Axı o hansı günaha görə öldürüldü?" soruşulacağı zaman..."Zəhranın qatilləri Haqq məhkəməsində mütləq cavab verəcəklər. Lakin Axirət məhkəməsindən öncə qatillər etdikləri cinayətlərin hesabını mütləq bu dünyada verəcəklər xalqımız qarşısında... İndiki gənclərimizin sayəsində.

mənbə: azxeber


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1853   Tarix: 07 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693