Azərbaycan sürücülərinə Gürcüstan gömrükçüləri ZÜLM EDİR - DÖVLƏT GÖMRÜK KOMİTƏSİ SUSUR

Azərbaycan sürücülərinə Gürcüstan gömrükçüləri ZÜLM EDİR - DÖVLƏT GÖMRÜK KOMİTƏSİ SUSURAzərbaycanlı sürücüləri Gürcüstan Gömrük Keçid məntəqəsində o qədər incidib cərimə etdilər ki, onlar çıxış yolunu dövlət rəhbərlərinə müraciət ünvanlamaqda gördülər.

BiG.AZ redaksiyasına daxil olan müraciətdə bildirilir ki, yüzlərlə TIR sürücüləri Gürcüstan Gömrük Keçid məntəqəsində bürokratiyaya və külli miqdarda əsassız cərimələrə məruz qalıblar. Gürcüstanın aidiyyatı strukturlarına müraciətlər edilsə də, onların müraciətlərinə baxılmayıb. Xeyli müddət bundan öncə Azərbaycanın yerli strukturlarına müraciət etdikdən sonra məsələ həllinə qovuşsa da, son günlərdə yenə vəziyyət xoşagəlməz hal alıb.
Onlar isə yenidən dövlət qurumlarına səslənərək bu məsələnin köklü həll olunmasını və problemin mediada işıqlandırılmasını istəyiblər.

Daxil olan müraciəti sizə təqdim edirik:

- Əvvəlcə bunu bildirmək istəyirəm ki, Azərbaycan dövlət qeydiyyat nişanlı Azərbaycanda və digər ölkələrdə minlərlə sürücülərimiz yollarda şütüyür. Bunlar Azərbaycanın ixrac və idxal potensilana birbaşa dəstək verən zəhmətkeş, amma bir o qədər də cəmiyyətdən kənarlaşdırılımış (əfsuslar olsun ki) çox dəyərli vətəndaşlarımızdır.
Qısa zaman öncə Rusiya Federasiyasının cənub bölgəsindən keçən sərhəd xidməti ərazisində Azərbaycan qeydiyyatlı maşınların daş-qalaq edilməsinin mətbuat tərəfindən aydınlanmasından sonra hökümətin məsələyə müdaxilə etməsi bu sahədə işləyən zəhmətkeş fiziki və hüquqi şəxslərimizin diqqətdən kənar qalmasından xəbər verir.

Əfsuslar olsun ki, bu istiqamətdə atılmış ciddi addımlar yoxdur. Azərbacandan transit keçən İran İslam Respublikasının, Türkiyə Cümhuriyyətinin, Ukrayna Respublikasının, Rusiya Federasiyasının, Gürcüstan Respublikasının və bir çox MDB və Avropa ölkələrinin qeydiyyatında olan TIR-sürücüləri çox rahat şəkildə ölkəmizdən digər ölkələrə rahat keçməkdə və ya Azəbaycana yük gətirməkdədirlər.

Bunun tam əksinə Azərbaycan sürücülərinin Gürcüstanın Qırmızı körpü və digər sərhəd keçid məntəqələrində, Rusiya Federasiyasından Ukrayanaya və ya əks istiqamətə, eləcə də, bir çox əcnəbi məmləkətlərdə yersiz maddi cərimələrə və mənəvi əziyyətə məruz qalmaları bizləri dərindən məyus etməkdədir. Onların yaşayış şəraitləri gecə və gündüz idarə etdikləri yük maşınlarıdır. Onlar həmin avtomobili ikinci doğma evləri kimi qəbul edirlər.
Qısa zaman öncə yüzlərlə müraciətin daxil olmasından sonra bu məsələni bir daha qabartmaq istədim. Son 10 gündə azərbaycanlı sürücülərə yenidən Gürcüstan Respublikasının Gömrük keçid məntəqəsində maddi cərimələrin yazılması narazılıqlara səbəb olmuşdur. Sürücülərimizin kimə və hansı rəsmi quruma müraciət etmək istəməsi isə onların səriştəsizliyindən meydana gəlir. Məsələ ilə bağlı sürücülərin telefon nömrələri və yazılmış cərimələri və səs yazılarını sizə təqdim edirik. Sizdən xahişimiz, bu zəhmətkeş insanların səsini rəsmi qurumlara çatdırmağınızdır.
Azərbaycandakı Gürcüstan Respublikasının Səfirliyi, Azərbaycanın Gürcüstandakı Səfirliyi və diasporu, Azərbaycanın Rusiyadakı Səfirliyi, Azərbaycanın İran İR-dakı səfirliyi və konsulluğu, Azərbaycanın Türkiyədəki Səfirliyi və Konsulluqları, Azərbaycanın Ukraynadakı Sərifliyi və diasporaları bu məsələdə bizə köməklik göstərsinlər. Biz istərdik ki, güclü və qüdrətli dövlətimizə arxalanaq və dövlətimiz də biz vətəndaşlarını diqqətindən kənar qoymasın, bizim problemimiz həllinə qovuşsun".

BiG.AZ olaraq məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin Rəisi, Gömrük Xidməti Polkovniki Natiq Axundova müraciət etdik. O, məsələnin ciddi şəkildə araşdırılacağını və tədbirlər görüləcəyini bildirsə də, xeyli müddət keçməsinə baxmayaraq görülən tədbirlər və araşdırmaların nəticəsi barədə redaksiyamıza heç bir məlumat verilmədi.

BiG.AZ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2731   Tarix: 13 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18.04.2024 515
.

"Rusiya XİN sözçüsünün Ermənistandan qovulan azərbaycanlılar faktını təsdiqləməsigörüləcək işlərin həcmcə böyük olacağına işarədir"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov qeyd edib ki, Qər

18.04.2024 404
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 165
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 167
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17.04.2024 808
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 393
.

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi

İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. xarici mediaya istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehin

18.04.2024 338
.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

18.04.2024 278
.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 287