Ermənilərin öldürdüyü Zəhranın atası ilə bağlı PREZİDENT qərar verdi

Ermənilərin öldürdüyü Zəhranın atası ilə bağlı PREZİDENT qərar verdi

İyulun 4-də erməni təxribatı nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyevanın atası Elnur Quliyev işlə təmin olunub.

BiG.AZ xəbər verir ki, bu barədə publika.az-a Füzüli Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, o, rayonun kommunal xidmət sahələrindən birində çalışacaq.

Qeyd edək ki, ölkə Prezidentinin tapşırığına əsasən 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının dəfn, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının isə müalicə xərcləri İcra Hakimiyyəti tərəfindən təmin edilib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4327 Tarix: 06.07.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Aaazeri
Aaazeri 06.07.2017
Bele qerarla razilawmadim. Bele cixir Zehra olmeseyiydi ata iwsiz qalacaymiw , ne qeder pulnan adam sakitlewdirmek olar. Hucum emrni verin ireli gedek qurtarsin muharibe
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər