Leyla Əliyeva Zəhranın ölümünə sarsıldı: "Bağışla ki, səni tanımırdım..." - FOTO

Leyla Əliyeva Zəhranın ölümünə sarsıldı: "Bağışla ki, səni tanımırdım..." - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş Füzuli rayon sakini 2 yaşlı Zəhraya şeir yazıb.

BiG.AZ xəbər verir ki, L.Əliyevanın sözügedən şeiri "Zəhranın xatirəsinə" adlanır.

Həmin şeiri təqdim edirik.

Zəhranın xatirəsinə...
Niyə öldürdülər, de, səni axı?
O körpə canına necə qıydılar?
İki yaşlı qızın nəymiş günahı –
Aparıb soyuq bir qəbrə qoydular!
Dağları, düzləri sevirdin yəqin,
Qaçırdın otluqda ayağıyalın…
Zərif izlərini kim sildi sənin –
O hansı cəlladdı, o hansı zalım?!_
Heç mavi dənizdə çimmişdinmi sən,
Durub baxmışdınmı uçan quşlara?
İndi hara qaçaq dərdin əlindən,
Kim bizi qərq etdi göz yaşlarına?
Cəllad gülüşüylə durub, yaxından
Tutdular gülləyə, qurşuna səni;
Sənsə köçüb getdin şirin yuxuda...
İlahi, sən özün bağışla məni!
Sıxır ürəyimi, sıxır bu ağrı –
Bu yara heç zaman sağalan deyil!
Nədən o körpəyə qıydınız axı?
Axı neyləmişdi sizə o tifil?
Bağışla məni ki, deyildik tanış!
İndi bütün ölkə yas tutub sənə…
Həyat yollarında addım atmamış
Uçdun mələk kimi uca göylərə!
Niyə öldürdülər, de, səni axı?
Nə cavab verəcək zalım, nə üzlə?
Solan çiçəklərin nədir günahı
O bircə qarışlıq məzarın üstdə...

Tərcümə: Mahir Qarayev

Leyla Əliyeva Zəhranın ölümünə sarsıldı: "Bağışla ki, səni tanımırdım..." - FOTO

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3881 Tarix: 06.07.2017
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Sevdamiz
Sevdamiz 06.07.2017
Cox tesirli werdi..Allah rehmet elesin
olmus_arzular
olmus_arzular 06.07.2017

Allah rehmet etsin


 
Anaveten
Anaveten 06.07.2017
təsirli şeirdi


 
sunly_
sunly_ 06.07.2017
Çox təsirli yazıb:(Sağolun Leyla xanım .İnşallah Zəhranın qisası alınacaq birgün...


 
Aida_ali
Aida_ali 06.07.2017
ureyine sagliq kukulka


 
Bushmeyster
Bushmeyster 06.07.2017
gozel sheirdi


 
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər