Təzə Bazar milyarderə satıldı - Kimliyini biləndə ŞOK OLACAQSINIZ - FOTO

Təzə Bazar milyarderə satıldı - Kimliyini biləndə ŞOK OLACAQSINIZ - FOTOBu günlərdə Vergilər Nazirliyinin saytında yerləşdirilmiş elana görə, Bakının Nəsimi rayonunda fəaliyyət göstərən "Təzə bazar" MMC-nin ləğv edilməsi prosesinə başlanılıb. Həmin MMC Bakıda eyni adlı məşhur bazarın mülkiyyətçisi idi.

Bəs "Təzə bazar" MMC-nin ləğvinin səbəbi nədir? Bakının bu məşhur bazarı fəaliyyətini dayandırır?

Məlum olub ki, "Təzə bazar" bu yaxınlarda mülkiyyətçisini dəyişib, bazar Rusiyada fəaliyyət göstərən məşhur azərbaycanlı milyarder Qod Nisanova satılıb. Sövdələşmənin təfərrüatları isə məlum deyil. Xatırladaq ki, Qod Nisanov Rusiyanın daşınmaz əmlak kralıdır.

"Təzə bazar"ın adı mətbuatda dəfələrlə qalmaqallarla bağlı çəkilib. Belə ki, bazarın keçmiş sahibi, iş adamı Məmmədağa İbrahimovla şəriki – "Bakı Mərkəzi Bazar" MMC-nin sahibi, Sabirabad rayonun keçmiş icra başçısı Vaqif Şıxəliyev arasında uzun müddətdir ki, mülk davası gedirdi. Hətta bu yaxınlarda Məmmədağa İbrahimov mətbuata açıqlamasında özünün və ailəsinin şəriki tərəfindən təhdid edildiyini bildirmişdi.

İş adamı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edərək, özünün və ailəsinin şəriki tərəfindən ölümlə hədələndiyi haqda məlumat vermişdi. Bundan əvvəl isə dəfələrlə Şıxəliyevin adamları ilə İbrahimovun adamları arasında münaqişələr, kütləvi qarşıdurmalar baş verib. Habelə bazarda bu ilin aprelində müəmmalı yanğın hadisəsi olub.

Nəhayət bu mübahisəli bazar mülkiyyətçisini dəyişib və aldığımız məlumata görə yeni mülkiyyətçi artıq bazarın məsul işçilərini dəyişib, yenilərini təyin edib. Lakin yeni sahibkarın bazarla bağlı gələcək planları məlum deyil. Bəzi şayiələrə görə bazar söküləcək və yerində yeni, daha müasir bazar tikiləcək.

Bazarın keçmiş sahibi Məmmədağa İbrahimovla əlaqə saxlamağa çalışılıb. Məlum oldu ki, bazar satılandan sonra iş adamı telefon nömrələrini dəyişib və "əhatə dairəsində" deyil. Buna görə də, onunla ünsiyyət yaratmaq mümkün olmadı.

Xatırladaq ki, "Təzə bazar" 2000-ci ilin əvvəlində səhmləşmə yolu ilə özəlləşdirilib. Sonra Səhmdar Cəmiyyət ləğv edilib və minoritarlar səhmlərini iri səhmdarlara satıb. "Təzə bazar" Bakı şəhərinin ən qədim bazarlarından biri hesab edilir.

Qeyri-rəsmi məlumata görə bazardan hər ay icarə haqqı şəklində 300 min manata yaxın vəsait yığılırdı.

Təzə Bazar milyarderə satıldı - Kimliyini biləndə ŞOK OLACAQSINIZ - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 20254   Tarix: 02 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 292
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

16:33 104
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 228
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24.04.2024 1036
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 590
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

10:09 307
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 1282
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 145
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

11:34 179