Rayonluları təhqir edən məmur qızını PƏRT ETDİLƏR: Atan Heydər Əliyevə danışmaq üçün "vaxt verirdi"

Rayonluları təhqir edən məmur qızını PƏRT ETDİLƏR: Atan Heydər Əliyevə danışmaq üçün "vaxt verirdi"Xəbər verdiyimiz kimi, millət vəkili Ziyad Səmədzadənin qızı Aygün Səmədzadə sosial şəbəkədə status yazaraq rayon camaatını təhqir edib.

BiG.AZ xəbər verir ki, "Kənddən gəlib Bakıda camaata dərs keçirlər" kimi xoşagəlməz ifadələr işlədən A.Səmədzadəyə eks millət vəkili, yazıçı Xeyrəddin Qocanın cavabı gecikməyib.

O, Aygün Səmədzaəyə atası - millət vəkili Ziyad Səmədzadənin keçmişini də xatırladıb:

"Hörmətli Aygün Səmədzadə! "Yerlipərəst və qohumbaz deyiləm..." yazaraq, statusunuzda sığortalanmağa çalışmısınız, lakin tam əksinə alınıb. "Kim Bakını sevmir, qayıtsın yurduna, orada da yaşasın..." demişsiniz... Vaxtilə bəzi "bakılılar" Ümummilli lider Heydər Əliyevə də deyirdilər: "Bakıya gəlmə!" Və hər vəchlə onun Bakıya gəlməsinə mane olmaq istəyirdilər!

Atanız Ziyad Səmədzadə vaxtilə uzun illər Heydər Əliyevlə birlikdə işləyib. Sonralar millət vəkili olan atanız Milli Məclisdə Heydər Əliyevə danışmaq üçün "reqlament" qoyurdu, "vaxt verirdi". H.Əliyev də ona əsəbləşərək deyirdi: "Ziyad Səmədzadə, sən konyukturaya xidmət edən adamsan!" Qəribədir, indi də televiziyalarda Milli Məclisdəki həmin "səhnələr" dönə-dönə göstərilsə də, atanız yenə deputat "işləyir". Nə isə... O zaman Heydər Əliyev mətbuata verdiyi müsahibələrində deyirdi ki, Bakı təkcə bakılılar üçün deyil, bütün Azərbaycan vətəndaşlarının paytaxtıdır.

Bəli, kimsə Bakını bəyənməyə bilər və məcburiyyət qarşısında ömrünü burada çürüdə bilər. Elə çoxumuz kimi... Amma bu, sizə haqq vermir insanlara harada yaşamaları üçün yol göstərəsiniz! Unutmayın ki, Azərbaycanı və Bakını çox illər rayondan Bakıya gələn insanlar idarə ediblər və edirlər! Bir də təhsil müəssisələrində rüşvəti rayon adamlarının yaratdıqlarını deməklə böyük səhvə yol verirsiniz!

Dediyiniz "Bakılılar günü" nə məna verir? Həmin gün necə təsis edilib? İndi nə edək, hər rayonun şərəfinə xüsusi gün təsis edək? Birdəfəlik bilin, bakılılar Azərbaycan əhalisinin bir hissəsidir və onların xüsusi bir fərqi yoxdur. "Korennoy bakılıyam!" sözləri ilə üstünlük qazanmağa çalışmağı da tərgitmək lazımdır!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6188   Tarix: 04 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693