Millət vəkilinin qızı rayonluları TƏHQİR ETDİ: "Kənddən gəlib Bakıda..."

Millət vəkilinin qızı rayonluları TƏHQİR ETDİ: "Kənddən gəlib Bakıda..."Milli Məclisin deputatı Ziyad Səmədzadənin qızı, Əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadə rayon camaatını təhqir edib.

BiG.AZ xəbər verir ki, onun sözlərinə görə, təhsil müəssisələrində rüşvət almağı məhz rayon adamları "dəbə gətirib". Onun sözlərini təqdim edirik:

"Yerlipərəst və qohumbaz deyiləm. Düşünürəm ki, milləti geriyə aparmağın ən asan yollarından biri məhz sadaladığım keyfiyyətlərdir. İnsanın zəkasını, savadını, istedadını, qabiliyyətini yerliçiliyə qurban vermək böyük bəladır. Bu məsələdə nə qədər səmimi olduğumu mahnılarımın ifaçılarının Azərbaycanın müxtəlif bölgələrindən olması sübut edir.

Yerlibaz söhbətlərini həmişə Bakıya sonradan gələnlər salıb. Yəqin düşdükləri yer, təklik, ev üçün darıxmalar da müəyyən aqressiya, özünümüdafiə halları yaradıb, bunu da anlayıram, amma bu, Bakını sevməməyə səbəb deyil. Bakı mənim üçün doğmadır. Mənə çox maraqlıdır, Bakını və bakılıları bu qədər sevməyən adamlar niyə burada yaşayır? Hər bölgənin yalnız öz balaca vətənini sevən adamı qayıtsın yurduna, orda da yaşasın onda. Ora da həkim, müəllim, jurnalist, vəkil lazımdır. Nə danışsaq, nə proqnozlar versək də, Azərbaycanı yalnız mütəşəkkil aydınlıq inkişaf etdirə bilər.

Gəlin, nə Azərbaycanı incidək, nə də hər gələnə qucaq açan Bakını. Ara-sıra paylaşdığınız Bakı və bakılılardan narazı statuslarınıza münasibətimi Bakılılar günündə bildirdim. Misal var, deyərsən, mərd olar, deməzsən, dərd olar.

"Rəhmətlik anam deyərdi ki, biz oxuyanda ali məktəblərdə rüşvət yox idi. Rayonlardan imtahan götürənlərə səbət-səbət çolpa və motal pendiri və sair gələnəcən. Və bu gün on yumurta, 5 kiloqram ətlə universitet bitirənlər professor olub, camaata dərs keçir. Yerlibaz şərhlərə ehtiyac yoxdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2713   Tarix: 04 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Moskvada mühüm görüşün pərdəarxası məqamları" - Politoloq detalları açıqladı

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

10:34 184
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

00:22 267
.

"Azərbaycanın turizm potensialı Qafqazda ön sırada dayanır" - Turizm eksperti

"Bu gün Azərbaycanın turizm potensialı Qafqazda ön sırada dayanır. Təbii ki, bu, Azərbaycanın günü-gündən beynəlxalq səviyyədə artan nüfuzu, ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasət və Azərbaycanda ictimai asayişin yüksək səviyyədə olması əsas verir ki, Azərbaycan Qafqazda birinci olsun"

22.04.2024 306
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22.04.2024 335
.

Mələkxanım Eyubovanın qızının toyundan ilk görüntülər -VİDEO

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toydur. -ın məlumatına görə, müğənni Mərdan Kazımovla ailə quran Nəzrin toy çəkilişindən ilk görüntüləri sosial media hesabında paylaşıb. Videoda Mərdan "Sənə də qalmaz" mahnısını ifa edib. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötə

22.04.2024 1026
.

Bu insanlara tatu olmaz – Həkimdən XƏBƏRDARLIQ

Tatu bəzi insanlar üçün qəti şəkildə zərərlidir. xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Svetlana Jaboeva müsahibəsi zamanı deyib. Həkimin sözlərinə görə, tarixdə dəri xərçəngi, melanoma, skuamöz hüceyrəli və ya bazal hüceyrəli karsinoma olan insanlar döymələrdən çəkinməlidirlər. Ailəsində melanom

22.04.2024 546
.

MEDİA çağırış etdi

"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur". Bu barədə "Qafqazinfo"ya Medianın İnkişafı Agentliyində

22.04.2024 293
.

Nigeriyada atışmalarda 21 nəfər öldü

Nigeriyanın Plateau ştatında yerli əhaliyə qarşı hücumlar olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 21 nəfər ölüb. Hücumun fermerlərə qarşı olduğu bildirilib. Gənclər Hərəkatının milli sədri Sunday Dankaka müxbirlərə bildirib ki, hücum ştatın Manqu və Kuru vilayətlərində qeydə alınıb. Hücumlard

22.04.2024 190
.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

12:14 133