Yehova Şahidləri"nin MTN-ə qarşı şikayətləri TƏMİN EDİLMƏDİ

Yehova Şahidləri"nin MTN-ə qarşı şikayətləri TƏMİN EDİLMƏDİ

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilən "Yehova Şahidləri" dini sektasının üzvləri İrina Zaxarçenko və Validə Cəbrayılovanın apellyasiya şikayətlərinə baxılıb.

BiG.AZ xəbər verir ki, məhkəmə onların şikayətini təmin etməyib.

Qeyd edək ki, adıçəkilən şəxslər qanunsuz olaraq dini ədəbiyyat paylamaqda təqsirləndirilərək Pirallahı rayon Məhkəməsinin qərarı ilə 7 min manat cərimələniblər. Lakin onlar istintaq dövründə 11 ay həbsdə qaldıqları üçün hakim cəriməni ləğv edib və 2016-cı ilin yanvar ayında İ. Zaxarçenko ilə V. Cəbrayılova məhkəmə zalından azadlığa buraxılıblar. Onlar həbsdən çıxdıqdan sonra Səbail rayon Məhkəməsinə müraciət edərək Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia qaldırıblar və həbs olunmalarına görə dövlət qurumundan maddi və mənəvi zərərin ödənilməsini tələb ediblər.

Məhkəmə sekta üzvlərinin iddiasını rədd edib. Onlar qərardan apellyasiya şikayəti verib. (APA)

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 872 Tarix: 01.07.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər