DTX gömrük rəisini həbs etdi: xaricə dollar daşıyan dəstə ifşa edildi

DTX gömrük rəisini həbs etdi: xaricə dollar daşıyan dəstə ifşa edildiSadaxli Gömrük Postunun rəisinin evindən 800 min, maşınından 100 min dollar götürülüb

Azərbaycan-Gürcüstan sərhədindəki Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənov saxlanılıb. Onun iş yerində, maşınında və evində axtarış aparılıb. Verilən məlumatlara görə, əməliyyatı Dövlət Təhlükəsilzik Xidmətinin əməkdaşları gerçəkləşdirib. İddia olunur ki, M.Həsənovun maşınından 100 min, Ağstafadakı evindən isə 800 min dollar götürülüb. Əməliyyat zamanı gömrük postunun rəisi ilə yanaşı, bir neçə qaçaqmalçı da saxlanılıb. Həmin şəxslərin mütəmadi olaraq Azərbaycandan Gürcüstana və geriyə qaçaqmal daşıdıqları, əsasən ölkədən böyük məbləğlərin çıxarılması ilə məşğul olduqları haqda məlumatlar var.

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, M.Həsənovun həmin şəxslərə dəstək verdiyi haqda çox ciddi məlumatlar olduğundan məsələ araşdırılıb və əməliyyatın gerçəkləşdirilməsi qərarı verilib. Əməliyyat zamanı M.Həsənovla yanaşı, 4 şəxs də tutulub. Həmin şəxslərin Gəncə sakinləri olduqları da bildirilir. Hazırda M.Həsənov istintaqa cəlb olunsa da, barəsində həbslə əlaqəli olmayan tədbir seçilib. 4 Gəncə sakini isə həbsdədir. Tutulanlar ölkədən külli miqdarda pul vəsaitlərini - əsasən dollar şəklində çıxarıb və ölkəyə qaçaq yolla mobil telefon, psixotrop maddələr daşıyıblar. Ağstafada dolaşan söhbətlərdən belə aydın olur ki, M.Həsənov ona etibar edilən postdan tez-tez öz şəxsi maraqları üçün istifadə edib. Onun tapşırığı əsasında istənilən maşın heç bir yoxlama aparılmadan Gürcüstan ərazisinə adlaya bilib. Gürcüstan tərəfindəki postdan belə həmin maşınların yoxlamasız keçməsini M.Həsənov təmin edə bilirmiş. İddialara görə, M.Həsənovun özünün xüsusi maşınları olub. Həmin maşınlar Gürcüstana və geriyə heç bir yoxlamadan keçmədən sərbəst hərəkət edə bilirmiş. Həmin maşınlar vasitəsilə daşınınların nədən ibarət olmasını istintaq araşdırır.

Qeyd edək ki, 2013-cü ilin sentyabrında Gürcüstan-Ermənistan sərhədindəki Sadaxlı gömrük-buraxılış məntəqəsinin rəisi Kaxaber Musenidze saxlanılmışdı. Məntəqə rəisi Kaxaber Musenidze vəzifəsindən sui-istifadə ittihamı ilə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdu. Həmin dövrdə yayılan məlumatlarda bildirilirdi ki, istintaq nəticəsində gömrük-buraxılış məntəqəsinin növbə rəisi Kaxa Arçvadze də cinayət məsuliyyətinə cəlb edilib. "İstintaqın gedişi zamanı məlum olub ki, 2013-cü il sentyabrın 21-də Sadaxlı gömrük-buraxılış məntəqəsinin rəisi Kaxaber Museridzenin tapşırığı ilə məntəqənin növbə rəisi Kaxa Arçvadze vəzifəsinin icrası zamanı müvafiq gömrük və baytarlıq sənədləri olmadan satış məqsədilə müxtəlif növ dekorativ quşlar yüklənmiş və ümumi dəyəri 10 min 103 lari (6 min dollara qədər) olan, iş adamına məxsus avtomobili gömrük yoxlama və nəzarəti olmadan buraxıb", deyə nazirliyin məlumatında bildirilirdi.

Qeyd edək ki, M.Həsənov YAP-ın Siyasi Şurasının üzvü Məlahət İbrahimqızının (Həsənova) qardaşıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2441   Tarix: 01 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 181
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24.04.2024 616
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24.04.2024 252
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24.04.2024 1583
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 125
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

14:10 226
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 736
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24.04.2024 1271
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

10:35 408