Qadın ərini sevgilisinin köməyi ilə öldürdü – "Cəsədi parçalara ayırmaq üçün…"

Qadın ərini sevgilisinin köməyi ilə öldürdü – "Cəsədi parçalara ayırmaq üçün…"

İzmirin Aliağa Mahalında qadın sevgilisinin köməyi ilə ərini öldürüb.

Bir barda ofisiantlıq edən Neslihan Zengi həyat yoldaşı Bedran Ölkeri 50 yaşlı sevgilisi T.T. ilə birlikdə bıçaqlayaraq öldürüb. Daha sonra cəsədi hamamda gizlədiblər. Cinayətdən bir gün sonra cəsədi aparmaq üçün avtomobil gətirəcəyini söyləyərək evdən çıxdığı deyilən T.T.-nin geri dönmədiyini görən Zengi bir yaxınından ona kömək etməyini istəyib. Neslihanın kömək istədiyi adam qorxub vəziyyəti jandarmaya bildirib və bununla da cinayət ortaya çıxıb. Neslihan Zengi jandarma tərəfindən nəzarətə alınıb.

Neslihan Zenginin dindirilməsi zamanı cinayəti uzun zamandır planlaşdırdığını, 2 aydır görüşdüyü və bu mövzuda kömək istədiyi T.T.-nin gecə evə gəlib cinayəti törətdiyini deyib. Qətlin tötədildiyi zaman T.T.-nin sağ əlini kəsdiyi məlum olub. Neslihan cinayətdən sonra cəsədi hamama apararaq, oradan da çölə daşımaq üçün böyük bir çamadan aldıqlarını və T.T.-nin parçalamaq üçün kəsici alət alacağı bəhanəsi ilə evdən çıxdığını deyib.
Jandarma Neslihanın ifadəsinin izi ilə T.T.-ni İzmirin Buca mahalında ələ keçirib.

mənbə: milli.az

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3254 Tarix: 01.07.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Sevdamiz
Sevdamiz 01.07.2017
Kul bawiniza ozunuzu niye evezi olmayan azadliqdan mehrum edirsiniz ərinle yawamaq istemirsen bowan getsin
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər