Hər səhər limonlu-ballı su için... - İNANILMAZ NƏTİCƏ

Hər səhər limonlu-ballı su için... - İNANILMAZ NƏTİCƏ1 il hər səhər limonlu-ballı su içdiyini açıqlayan avstriyalı yazıçı Crystal Davis sonradan bu barədə məqalə yazaraq sehrli içkinin təsirlərindən bəhs edib.

BiG.AZ ailem.az-a istinadən məşhur yazıçının limonlu-ballı içkinin faydaları haqda fikirləri ilə sizi də tanış edir.

O, bildirib ki, bir neçə il əvvəl qrip olanda ballı və limonlu içkilər alıb içib, ancaq heç bir faydasını görməyib. Bunun əvəzinə evdə təzə sıxılmış limon suyu ilə balı qarışdırıb içib. Bu dəfə o, öz hazırladığı təbii içkinin təsirini görüb: "12 ay boyunca hər səhər bu qarışımı hazırlayıb içdim. Həyatım tamamilə dəyişdi. Bütün il ərzində qrip, soyuqdəymə və ya hər hansı başqa bir xəstəliyə yoluxmadım. Təbii ki, ilk günlərdə bəzən burnum axırdı, başım ağrıyırdı, lakin bir müddət sonra bu simptomların heç birinə rast gəlmədim. Böyük ailəm var. Bəzən ətrafımdakı hər kəsin soyuqdəyməyə tutulduğunu görürəm. Buna baxmayaraq, qrip mənə keçmir".

C. Davis səhərlər oyanmaq üçün qəhvəyə ehtiyacı olmadığını da əlavə edib. Limon və balın qazandırdığı enerji ona gün boyu yetir: "Qəhvəyə vərdiş edən insan onu bir gün içməyəndə baş ağrıyır. Lakin limonlu-ballı suyun verdiyi enerjiylə səhərlər daha gümrah oluram. Əvvəllər yuxudan oyandıqdan sonra ən az 1 saata özümə gəlirdim. Artıq ailə üzvlərim də limonlu-ballı suya vərdiş ediblər. Bunun sayəsində ətrafımdakılar də daha sağlamdır".

Limonlu-ballı içkinin hazırlanma qaydası:

Yarım təzə limonun suyuna bir çay qaşığı təbii bal əlavə edin. Qaynatdığınız bir fincan su azca soyuyanda bu qarışımı əlavə edin. Hər səhər ac qarına için.

İnfeksiyalardan qoruyur

Səhər yuxudan oyanan kimi bu qarışımı içmək həzm sisteminə təsir edir və bağırsaqlara lazım olan maye ehtiyacını qarşılayır. Beləcə, qəbizliyin qarşısını alır. Eyni zamanda, sidikqovucu təsiri sayəsində sidik yollarını təmizləyərək, infeksiyaların qarşısını alır.

Həzmi yaxşılaşdırır

Limon qaraciyərin aktiv fəaliyyətini təmin edir və yeməklərin daha asan yandırılmasını şərait yaradır. Yeməklərdəki qidalandırıcı maddələr daha asan həzm sisteminə qarışar. Eyni zamanda, bal antibakterial xüsusiyyəti sayəsində infeksiyalara qarşı qoruyucudur. Bununla yanaşı, toksinlərin daha asan atılmasını və çəki tarazlığının qorunmasını təmin edir.

Dəri sağlamlığını təmin edir

Dəriyə bir çox faydası olan limon qanı təmizləyərək, yeni qan hüceyrələrinin istehsal edilməsinə kömək olur. Su və bal da dəri üçün qoruyucudur, antibakterial və kollagen artırıcı təsirə malikdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 10840   Tarix: 30 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113