Reyhanın vurulduğu yoldakı təhlükə... - Günahkar kimdir? - VİDEO
Azərbaycan çempionu Reyhan Məmmədovanın piyada zolağında vurularaq öldürülməsini əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirə olunub.
Gənc idmançı yol hərəkət qaydalarına tam əməl edərək piyada keçidindən keçsə də, sürətlə gələn maşın onun həyatına son qoyub.
Məlum hadisədən sonra sərnişinlər Nobel prospektindəki piyada zolaqlarının təhlükəli yerlərdə qoyulduğunu iddia edirlər.
Çoxzolaqlı yollarda piyada zolaqlarının salınması nə dərəcədə doğrudur?
BiG.AZ xəbər verir ki, qafqazinfo bu suala cavab tapmaq üçün ekspert Ərşad Hüseynovla əlaqə saxlayıb.
O bildirib ki, piyada keçidlərinin yaşayış məntəqələrinin yaxınlığındakı yollarda olması qaçılmazdır. Kim ki, yolun sürətli olduğunu və orada piyada zolaqlarının çəkilməməsini iddia edirsə, yanlışdır:
"Ümumiyyətlə, şəhər daxilində sürətli yol ola bilməz. Küçədən istifadə edən həm sürücülərin, həm də piyadaların təhlükəsizliyi üçün bütün qaydalara əməl etmək vacibdir. Hazırda ölkəmizdə yol hərəkətinin çoxsaylı iştirakçıları piyadalardır. Dedik ki, həmin yolda piyada keçidi ola bilər. Ancaq necə olmalıdır, bir də ondan danışaq.
Sözügedən yol çoxzolaqlıdır və iki hərəkət hissəsi, hər hissədə isə 4 zolaq var. Belə yollarda işıqforsuz piyada keçidi çox təhlükəlidir. Hətta piyada axını çox olduğu təqdirdə yaxşı olar ki, yeraltı və yerüstü piyada keçidi tikilsin. Bu, ən təhlükəsiz variantdır. Maddi baxımdan imkan olmadıqda isə, qeyd etdiyim kimi ən azı hərəkət işıqforla tənzimlənməlidir".
Videoya çox diqqətlə baxdığını vurğulayan ekspert yolda işıqlandırma probleminin olmadığını deyib:
"Düzdür, video məhdud bir sektoru göstərir, avtomobilin əvvəlki dinamikası barədə məlumat olsaydı, hadisəyə tam dəqiq hüquqi qiymət də vermək olardı. Burada incəliklər nələrdir? Prospektdə işıqlar normal qaydada yanır və burada hadisənin qaranlıq olduğu üçün baş verdiyini iddia etmək qəti olmaz. Paytaxtın elə küçələri var ki, işıqlar yoxdur və yaxud söndürülür. Ancaq burada işıqlandırma normal qaydada olub. Kamerada qız da, iti də açıq-aydın görünür".
Bəs sürücülər nə vaxt piyadalara yol verməlidir?
Ə. Hüseynov bildirib ki, videoda açıq-aşkar görünür ki, avtomobilin sahibi Yol Hərəkəti Haqqında Qanunun 54-cü maddəsinin piyadalara yol verməklə bağlı tələbini pozur:
"Qanun deyir ki, əgər nizamlanmayan piyada keçidi varsa və piyada həmin keçidə daxil olubsa, sürücü sürətini azaltmalı, hərəkətə mane olacaqsa, tam dayanmalıdır. Biz həmişə sürücülərə belə yerlərdə daha diqqətli olmağı məsləhət görürük.
Orada yol hərəkətinin tənzimlənməsi ilə bağlı başqa bir məqam da ondan ibarətdir ki, orada piyada keçid nişanı yolun sağ və sol tərəfində qoyulub. Bu kimi çoxzolaqlı yollarda yolayrıcı hissəsədə də nişan qoyulmalıdır.
Son olaraq qeyd edirəm ki, yol hərəkəti qaydaları normal dünyagörüşü, düzgün həyat tərzi olan, cəmiyyətdəki dəyərlərə normal yanaşan insanlar üçündür. Əks halda insanlıq problem olan şəxs hər bir qaydaya düzgün əməl olunan yolda belə piyadanı öldürəcək".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 2538 Tarix: 30 iyun 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşNəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568