Azərbaycanlı məşhur vəfat etdi - FOTO
Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma fakültəsinin tədris işləri üzrə dekan müavini Qabil Haşımov vəfat edib.
BiG.AZ report-a istinadən xəbər verir ki, Q.Haşımov uzun sürən xəstəlikdən sonra 56 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Haşımov Qabil Bəxtiyar oğlu 15 iyul 1961-ci ildə Azərbaycan Respublikası, Oğuz rayonunun Padar kəndində anadan olub. 1978-ci ildə Oğuz rayonunun Padar kəndində orta məktəbini müvəffəqiyyətlə bitirərək Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti (AzTU) ) "Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər" ixtisasına qəbul olub. 1983-cü ildə AzTU-nun məzunu olan Q. Haşımov "Bakı Məişət Kondisionerləri Zavoduna" yüksəkixtisaslı kadr kimi təyin olunub. 1987-ci ilin sonunadək həmin zavodda müxtəlif vəzifələrdə işləyib.
1988-ci ilin əvvəlindən ölümünədək AzTU-nun "Texnoloji komplekslər və xüsusi texnika " kafedrasında işləyib. Universitetdə fəaliyyət göstərdiyi 20 il müddətində həmin kafedrada mühəndis, baş mühəndis və müəllim vəzifələrində çalışıb. Q. Haşımov aktual mövzulardan biri olan "Rotasion kompressorunun funksional araboşluqlarının texnoloji təminatı" məsələləri üzrə böyük elmi araşdırma aparıb.
Onun 59 elmi və tədris metodik işinin 56-sı çap olunub. Q.Haşımov elmi fəaliyyətlə bərabər universitetdə idarəetmə işlərində də aktiv fəaliyyət göstərib. O, əvvəllər Texnoloji maşınlar, daha sonra isə Maşınqayırma fakültəsinin dekan müavini olub.
Ailəli idi. İki oğlu var.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 13598 Tarix: 30 iyun 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMilli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568