Abutalıbovu yıxıb sürüdülər: "Bakıda tikinti xaosu yaradıblar"

Abutalıbovu yıxıb sürüdülər: "Bakıda tikinti xaosu yaradıblar"Son vaxtlar tez-tez ciddi tənqidi materiallarla çıxış edən Milli Məclisin mətbu orqanı - "Azərbaycan" qəzeti bu dəfə Bakıdakı tikinti özbaçınalığından söz açaraq, üstü örtülü olsa da, şəhər meri Hacıbala Abutalıbov hədəfə alıb.

BiG.AZ xəbər verir ki, dövlət qəzeti "Bakıda xaotik tikinti dövrü başa çatdı" başlıqlı yazıda ayrı-ayrı tikinti şirkətlərini tənqid edir, paytaxtda tikinti sahəsində biabırçı mənzərənin olduğu bildirilir:

"Məktəblərin, uşaq bağçalarının, xəstəxanaların ərazisində yaşayış binalarının inşası ilə bağlı kifayət qədər fakt göstərmək olar. Bəzən isə binalar yaşayış məhəllələrində məsafə gözlənilmədən tikilib.

Təbii ki, bu da həmin məhəllədə darısqallığa səbəb olmaqla orada yaşayan sakinlərin rahatlığını pozub. Həm də hər dəfə bu binalar tikiləndə məhəllədə olan ağaclar kəsilib, uşaqların əyləncəsi üçün nəzərdə tutulan ərazilər ləğv edilib".

Yazıda qeyd olunub ki, tikinti şirkətləri yaşayış binalarını daha çox birmərtəbəli yaşayış evlərinin yerində inşa ediblər:

"Bu zaman da şəhərsalma prinsipləri kobud şəkildə pozulub. Məsələn, birmərtəbəli evlərdən ibarət hansısa böyük ərazidə bir neçə şirkət tərəfindən binalar inşa olunub. Bu zaman kim harada gəldi sakinlərlə anlaşıb və bir neçə evi satın alıb.

Beləliklə, ərazidə ara məsafələrinə riayət edilmədən xaotik şəkildə binalar tikilib. Bu binalar həm bir-birinə son dərəcə yaxın inşa edilib, həm də yersiz şəkildə aralı. Həmin aralı binaların arasında qalan birmərtəbəli evlər isə artıq heç kimə lazım deyil.

Çünki onları söküb yerində hündürmərtəbəli binalar inşa etmək mümkün deyil. Beləliklə, bir-biri ilə yanaşı olan hündürmərtəbəli binalar və birmərtəbəli evlər indi Bakının görkəminə xələl gətirən ciddi problemlərdən biri kimi qalmaqdadır. Bu həm də ekoloji və sanitar problemlərin yaranmasına səbəb olan amillərdəndir".

"Azərbaycan" qəzeti yazıb ki, digər bir problem isə tikinti şirkətlərinin həyata keçirdiyi layihələrin bir-birindən fərqli olması nəticəsində yaranan acınacaqlı mənzərədir: "Belə ki, eyni ərazidə bir şirkət 16 mərtəbəli bina, digəri isə onun yanında 12 mərtəbəli bina tikib.

Digər şirkət isə iki 10 mərtəbəli bina inşa edib. Bu binalardan biri 3 bloklu, biri 1 bloklu, digərləri 6 blokludur. Hər biri də binanı fərqli şəkildə boyayıb. Beləliklə, arxitektur tələblərin pozulması nəticəsində şəhərin görünüşü korlanır.

Tikintinin vüsət almasından sonra yaranan problemlər isə bununla bitmirdi. Belə ki, tikinti üçün torpaq sahələri ayrılarkən mühəndis-axtarış işlərinin lazımi səviyyədə aparılmaması, tikinti işlərinin mövcud kommunikasiya xətlərinin təhlükəsizlik zolaqlarında həyata keçirilməsi, layihələndirmə sənədlərinin düzgün hazırlanmaması, tikintidə keyfiyyətsiz, standartlara cavab verməyən materiallardan istifadə olunması, tikinti norma və qaydalarının kobud pozulması son dövrlər bu sahədə ortaya çıxan problemlər kimi diqqəti çəkib.

Bir sıra hallarda isə tikinti şirkətləri tərəfindən müəyyən olunmuş tələblərə və təhlükəsizlik qaydalarına əməl olunmaması bu tikintilərdə qəza halları, yanğınlar və orada çalışan insanların həyatlarını itirmələrinə gətirib çıxaran bədbəxt hadisələrlə nəticələnib".

Qeyd edək ki, Bakıda binalar yalnız Bakı Şəhər İcra Hakimiyyətinin təsdiqlədiyi layihələr və sərəncamlar əsasında tikilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3306   Tarix: 30 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 314
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

25.04.2024 132
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25.04.2024 266
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

25.04.2024 98
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25.04.2024 514
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25.04.2024 843
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 414
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 332
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 586