"Bu Ramazan ayında fitrə vermək fikrim olmayıb" tanınmış xadimlər bayram fitrəsi verdilərmi - SORĞU

"Bu Ramazan ayında fitrə vermək fikrim olmayıb" tanınmış xadimlər bayram fitrəsi verdilərmi - SORĞUArtıq müqəddəs Ramazan ayının başa çatdı. Adət-ən-ənəyə görə bu ayın son günlərində kasıblara, imkansız ailələrə fitrə verilməlidir.
"Bu Ramazan ayında fitrə vermək fikrim olmayıb" tanınmış xadimlər bayram fitrəsi verdilərmi - SORĞUBiz də tanınmış insanlarla sorğu edib onların da fitrə verib-vermədiyini öyrəndik.
BiG.AZ-a danışan tanınmış yazıçı Cəlil Cavanşir bu il fitrə vermək fikrində olmadığını bildirdi: "Düz 12 il fitrə vermişəm. Amma bu il belə fikrim olmayıb. Çoxdandı bu fikirdəyəm ki, yardım etmək üçün "Ramazan" ayını gözləmək lazım deyil. Nə zaman paylaşmaq, yardım etmək imkanım olsa paylaşıram. Bunun üçün xüsusi aksiyalar, bayramlar gərəksizdir. Paylaşmaq istəyi olan hər zaman paylaşa bilir. Və bunun nümayişkaranə olmaması da vacibdir".
"Bu Ramazan ayında fitrə vermək fikrim olmayıb" tanınmış xadimlər bayram fitrəsi verdilərmi - SORĞUİqtisadçı-ekspert Qadir İbrahimli də Ramazan ayında fitrə verdiyini bildirdi: "Təbii ki, fitrə verdim. Fitrə vermək üçün meyarlarım da var. Həmin insan fiziki məhdudiyyətli, yaxud son dərəcə yoxsul insan olmalıdır. Nəinki xüsusi günlərdə, il ərzində rastıma çıxan, köməyə ehtiyacı olan adam çıxırsa imkanım həddində dəstək verirəm və ya buna cəhd edirəm. Təəssüflər olsun ki, bu gün məzlum görkəmi alan xeyli dələduz peyda olub, əvvəlcə dəqiqləşdirmə aparıb sonra qərar qəbul edirəm".
"Bu Ramazan ayında fitrə vermək fikrim olmayıb" tanınmış xadimlər bayram fitrəsi verdilərmi - SORĞUHərbi-siyasi icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədli qaydaya uyğun olaraq Ramazan ayının son günündə fitrə verəcəyini bildirdi: "Fitrə verməmişəm. Qaydaya uygun olaraq sabah firə verəcəm və hesab edirəm ki, bu əməl xüsusi günlərdə deyil, imkan olduğu zaman hər zaman edilməlidir. İmkansız insanlara əl tutmaq insanlığın ən üstün əməli sayılır".
"Bu Ramazan ayında fitrə vermək fikrim olmayıb" tanınmış xadimlər bayram fitrəsi verdilərmi - SORĞU"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev hər Ramazan ayında fitrə verdiyini bildirdi: "Hər Ramazanda fitrə verirəm. Ümumiyyətlə isə fitrənin ehtiyac sahibi olan insanlara verilməsinin tərəfdarıyam. Bu haqda çox danışmaq istəmirəm, çünki insan etdiyini heç vaxt deməməlidir".
"Bu Ramazan ayında fitrə vermək fikrim olmayıb" tanınmış xadimlər bayram fitrəsi verdilərmi - SORĞUTəhsil eksperti Kamran Əsədov gərgin iş rejimi ilə bağlı Ramazan ayında oruc tuta bilməsə də oruc tutanlar üçün dəfələrlə iftar süfrəsi təşkil etdiyini, ehtiyacı olan insanlara imkanı çərçivəsində kömək etdiyini bildirdi: "Mən ramazan ayı boyuncə oruc tuta bilmədim. Buna gərgin iş rüjimim imkan vermir. Çünki həm abituriyent hazırlığı, həm elmi tədqiqat işi, həmdə unievrsitet dərsləri və sair gərgin, çox enerji itirdiyim işlərlə məşğul olduğuma görə bu niyətimi həyata keçirə bilmədim. Amma Orucluq ayı boyunca dəflələrlə oruc tutmuş şəxslərə iftar süfrəsi təşkil etdim. Bu gün isə axşam saatlarında ailə üzvlərimin sayı üzrə, yəni iki qızım, həyat yoldaşım və özümdən ibarət dörd nəfərlik ailə üzvlərimin adambaşına 24 manatlıq kasıb insana fitrə verdim. Bilmirəm bu necə tənzimlənir, amma bu sahədən təcrübəsi olan şəxs bunun yetərli və doğru olduğunu dedi. Hesab edirəm ki, məncədə bu məbləğ həmən imkansız ailənin normal bayram qeyd etməsi üçün yetərli fitrə olar. Hər halda bir müəllim üçün büdcəsi bu qədər imkan verir. Düzdür, qazancımızın 40 faizi bizim deyil, onu Allah rızası üçün ehtiyacı olanlra verməliyik. Lakin nəzərə alaq ki, gəlirimizdən də 20 faiz dövlətə vergi veririk (14 faiz gəlir, 3 faiz DSMF, 2 faiz Həmkarlar, 1 faiz partiya)".
"Bu Ramazan ayında fitrə vermək fikrim olmayıb" tanınmış xadimlər bayram fitrəsi verdilərmi - SORĞU"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə ailə üzvlərinin sayına görə deyil, fitrə verdiyi ailənin adam sayına görə fitrə verdiyini bildirdi: "Ümumiyyətlə fitrə vermək üçün 11 ay gözləmək lazım deyil. Çalışıram imkanım daxilində nəsə edim. Ramazan ayında isə fitrə vermişəm. Ailə üzvlərimin sayına görə yox, fitrə verilməli adamların sayına görə (tanıdığım,bildiyim) İmkanım yol verdiyi qədər. Fitrə verərkən bayram günü ailəsi üçün süfrə aça bilməyən kasıblara, ailədən heç olmasa kimsə namaz qılan insanlara daha çox üstünlük verirəm".

Rövşən Əsədov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3810   Tarix: 26 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Elza Seyidcahan Cavanşir Məmmədov haqqında: "Dahi sənətkar idi" - VİDEO

"Çox gözəl insan idi. Məclislər yaraşığı idi". xəbər verir ki, bu sözləri bu gün dünyasının dəyişən Əməkdar artist Cavanşir Məmmədov haqqında danışarkən müğənni, Əməkdar artist Elza Seyidcahan deyib. O vəfat xəbəri barədə məlumatı jurnalistlərdən aldığını deyib. "Evdən çıxırdım ki, jurnalis

14:50 0
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 266
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 660
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 451
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19.04.2024 385
.

İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO

Paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsində yeniyetmənin piyada işıqforuna zərbə vurmasını əks etdirən görüntülər araşdırılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib. Bildirilib ki, polis əməkdaşları tərəfindən yetkinlik yaşın

14:44 28
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

19.04.2024 226
.

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

11:19 379
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

19.04.2024 327