Qohumunun arvadının yataq otağına girərkən yaxalandı - CİNAYƏT

Qohumunun arvadının yataq otağına girərkən yaxalandı - CİNAYƏTBakı Ağır Cinayətlər Məhkəməsində qohumunun yataq otağından qızıl oğurlamaq istəyən Səbuhi Həmidovun cinayət işi üzrə məhkəmə prosesi baş tutub.
BiG.AZ xəbər veirr ki, hadisə bu ilin martında baş verib. S.Həmidov martın 7-də həbs edilib. O, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə təqsirləndirilir.

Belə ki, işsiz olan S.Həmidovu qohumu və qonşusu Habil Sultanov evinə qonaq çağırıb. Gecə qohumugildə qalan S.Həmidov içkili halda H.Sultanovun arvadının yataq otağına girib. Otaqdan qızıl götürmək istəyərkən ev sahibinin arvadı Sahibə Mirzəyeva oyanıb.

S.Həmidov Sahibənin ağzını tutaraq səs salarsa, onu və uşaqlarını öldürəcəyini deyib. Bundan sonra Habil Sultanov oyanıb, S.Həmidov qaçaraq evdən çıxıb.

İfadə verən Səbuhi Həmidov ailəli olduğunu və bir övladının olduğunu deyib:

"Daş kariyerində işləyirdim, son vaxtlar işsiz idim. Buna görə də günümün çoxu Habilgildə keçirdi. İşsiz olduğum üçün atamla münasibətlərim yaxşı deyildi. Ehtiyacım olduğu üçün oğurluq etmək istədim. Səhər Habilgildən çıxıb iş axtarmağa getdim. Habil dedi gəlib bizdə qala bilərsən. Həmin gün də iş tapa bilmədim. Yarım litr araq, 100 qram kolbasa və 1 çörək aldım. Yolda yeyib-içdim. Öz evimizə gedirdim, çatana yaxın fikirləşdim ki, atam içdiyimə görə mübahisə edəcək. Həm də anam namaz qılandı, ona görə getmədim. Habilgilə getdim, yatmaq üçün yerimi göstərdilər. Yerimdə nə qədər elədim, yata bilmədim. Borclarımı fikirləşməkdən gözümə yuxu getmirdi. Birdən ağlıma gəldi ki, evdən qızıl oğurlayım. Buna görə gecə saat 1-də yataq otağına girdim. Sonra nə olduğu da bəllidir".

Sahibə Mirzəyeva ifadəsində deyib ki, S.Həmidovu görəndə qışqırmaq istəyib: "Əli ilə ağzımı tutib, sakit olmasam uşaqlarımı öldürəcəyini dedi. Onun əlindən qaçanda qolum qapıya dəydi, səsə yoldaşım oyandı. Onda Səbuhi qaçdı, Habil də onun dalınca çaynik atdı".

S.Həmidovun atası Mirhəmid Həmidov deyib ki, oğlu həmin gecə evə gəlməyib: "Gecəykən Sahibəgil bizə gəlib olanları danışdılar. İnanmadım, səhər saat 8-də Səbuhi gəldi, hər şeyi etiraf etdi. İşsiz olması və borclarıan görə belə etdiyini dedi". (Qafqazinfo)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5105   Tarix: 26 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

18.04.2024 285
.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) BİG.AZ-a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17.04.2024 523
.

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər

18.04.2024 0
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18.04.2024 0
.

3 avtomobilin iştirakı ilə baş verən qəza - VİDEO

Türkiyənin Kayseri şəhərində 3 avtomobil iştirakı ilə zəncirvari qəza olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb. Hadisənin baş vermə səbəbləri məlum deyil. Qəzanın baş vermə səbəbi məlum deyil. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb

18.04.2024 172
.

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Tokat şəhərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barəsində məlumat verilməyib

18.04.2024 154
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 0
.

"Bu layihə ölkəmiz üçün çox faydalı olacaq" - Deputat

"Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli v

18.04.2024 139
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 0