Afrikalı qaçqın azyaşlı azərbaycanlı qıza təcavüz edib

Afrikalı qaçqın azyaşlı azərbaycanlı qıza təcavüz edib

Almaniyanın Herford şəhərində yerləşən qaçqın düşərgələrinin birində 29 yaşlı Qana vətəndaşı 10 yaşlı azərbaycanlı qızı zorlayıb.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, insident iyunun 6-da 500-dən çox qaçqının yaşadığı düşərgədə baş verib.

Tibbi ekspertiza zorlama faktını təsdiqləyib.

Azyaşlı hadisədən dərhal sonra xəstəxanaya çatdırılıb. Cinayətkar isə polis tərəfindən saxlanılıb.

Məlumata görə, hadisədən sonra düşərgədə azərbaycanlılarla afrikalılar arasında toqquşmalar baş verib. Bundan sonra qızın ailəsi düşərgədən köçürülüb.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1370 Tarix: 26.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Fioletta
Fioletta 26.06.2017
uymusuz??? bu xeber qoyulmusduda a kisi ay arvad ay veten ovladi ne menasi var axi


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər