Maşın piyadanı vuraraq sürüdü

Maşın piyadanı vuraraq sürüdü
Göygöldə mübahisə zamanı avtomobil kənd sakinini sürüyüb.

BiG.AZ unikal.org-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. Kənd sakini, 1971-ci il təvəllüdlü Tağıyev Zabit Sabir oğlunu vuran "Opel” markalı maşın hadisə yerindən uzaqlaşmaq istəyən zaman Z. Tağıyev avtomobildən yapışıb və maşın bir neçə metr onu yerlə sürüyüb. Xəsarət alan Z. Tağıyev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1329 Tarix: 25.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər