Oğruları iş başında tutan kişi ölümcül döyüldü - VİDEO

Oğruları iş başında tutan kişi ölümcül döyüldü - VİDEO
Cəlilabadda sahəsindən noxud oğurlayan şəxslər onları iş başında yaxalayan torpaq sahibini avtomobillə vurub daha sonra ölümcül doyüblər. Polis hadisə törədənləri axtarır.

Noxud oğrularını iş başında tutan kişi onların hücumuna məruz qalıb, ölümcül döyülüb.
BiG.AZ xezerxeber.az-a istinadən bildirir ki, hadisə Rayonun Əliqasımlı kəndində baş verib. 55 yaşlı Akif Həsənov naməlum şəxslərin onun sahəsində əkib-becərdiyi noxudları yığdığını görüb həmin şəxslərə yaxınlaşmağa çalışıb. Biri qadın digəri kişi olan 2 nəfər dərhal hadisə yerində olan avtomobillərinə minib oradan uzaqlaşıblar.
Üstəlik avtomobili dayandırmağa çalışan Akif Həsənov onlara oğurladıqları noxudu qaytarmağı tələb edib. Bu zaman həmin şəxs avtomobili Akif Həsnovun üzərinə sürüb. Daha sonra yerə yığıxıldığını görən oğrular küt alətlə yaşlı kişinin baş nahiyyəsinə ağır zərbələr edirib hadisə yerindən qaçıblar.
Xəsarət alan Akif Həsənov yaxınları tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.Hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədənlərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1170 Tarix: 25.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Fioletta
Fioletta 25.06.2017
utanmirsan bacioglu zontik ogruyursan?
acinacaqli veziyyetdi gor rayonlarda necedi veziyyetki noxuda gore adam oldururler. hele bu harasidi


 
_Galatasaray_Awk_
_Galatasaray_Awk_ 25.06.2017
Türkiyədə oğurluq həddən artıq çoxdur səbəbi isə , Türkiyədə oğurluq edən şəxs tutulur və 1-2 aya sərbəst buraxlır ,,, Amma Azərbaycanda oğurluq edən şəxsə 6-7 il iş verilir , buna görədə Azərbaycanda oğurluq o qədərdə çox deyil


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər