İş qurmaq istəyən qadınlara külli miqdarda pul "atdılar"

İş qurmaq istəyən qadınlara külli miqdarda pul "atdılar"
Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.
BiG.AZ lent.az-a istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsinə müraciət edən 32 yaşlı Səlminaz Rəcəbzadə bildirib ki, keçən ilin noyabrında tanışı Eldar adlı şəxsə 40 min manat verib. Lakin birgə iş qurmağı vəd etsə də, həmin şəxs buna əməl etməyib və pulları mənimsəyib.

Araşdırmalar nəticəsində məlum olub ki, qadının haqqında bəhs etdiyi şəxs 1961-ci il təvəllüdlü Eldar Usmanovdur.

Bundan başqa Pərinisə Cəfərova adlı qadın da oxşar məsələ ilə bağlı polisə müraciət edib. O, bildirib ki, 2011-ci ildə tanışı Mirsaleh Sarıyevlə iş qurmaq qərarına gəlib və bu məqsədlə həmin şəxsə 49 min manat verib. Lakin M.Sarıyev verdiyi vədə əməl etməyib və pulları geri qaytarmaqdan da imtina edib.

Hər iki müraciət əsasında araşdırmalar davam etdirilir.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2032 Tarix: 25.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
DUZLU_NIK
DUZLU_NIK 25.06.2017
Kul bawuva , 39 min pulun varsa ged ozun iw qurda kefun isteyen kimi , acindan olene pul noc verirsenki atsinda sene
Hiss edirəm sayilidi nəfəsim, Can üstəyəm ay vəfasiz durma gəl.


 
Fioletta
Fioletta 25.06.2017
elinde subut yoxdusa batdiz ipde getdi itde


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər