Böyük sirləri özləri ilə o dünyaya aparan məşhurlar

Böyük sirləri özləri ilə o dünyaya aparan məşhurlarHər bir insanın özünəməxsus sirləri var və onlar heç vaxt bunu ətrafındakılara demir, onu özləri ilə o dünyaya aparmağa üstünlük verirlər. Lakin elə insanlar da var ki, onların bildikləri və gizli saxaldıqları sirlər bəşəriyyətin taleyində önəmli rol oynaya bilərdi. Bu baxımdan onların həmin sirləri özləri ilə o dünyaya aparmaları bəşəriyyəti ən azı yüz illər elmi-texniki, tarixi inkişafdan geri salıb.

Arne Byerlinq: T52 kodunun sirri
Böyük sirləri özləri ilə o dünyaya aparan məşhurlarBiG.AZ yeniavaz.az-a istinadən bildirir ki, İkinci dünya müharibəsi zamanı almanlar gizli məlumatların ötürülməsi üçün Eniqma adlı şifrə maşınlarından və onun təkmilləşdirilən digər modellərindən olduqca uğurla istifadə edirdilər. Amma İsveçdə şifrə maşınlarının sirlərini əldə etməyə imkan verən maşın hazırlanmışdı. T52 və ya sadəcə olaraq "Geheimschreiber" (gizli mirzə) adı verilən maşın Eniqmadan böyük və olduqca mürəkkəb texniki quruluşa malik idi. Onun kodunu bilmək və yadda saxlamaq heç də asan deyildi. Həmin dövrdə T52-nin sirrini və kodunu, işləmə mexanizmini bilən yalnız Arne Byerlinq adlı şifrəliyici idi. 1940-cı ildə İsveç Qərbdən Hitler Almaniyasının, Şərqdən isə Rusiyanın hücumu təhlükəsi qarşısında qalmışdı. 1939-cu ildə Rusiya Finlandiya ilə müharibə aparırdı və hər an sovet qoşunlarının İsveçə hücum edəcəyi gözlənilirdi. Belə bir vəziyyətdə İsveç kəşfiyyatı baş verən hadisələrdən xəbər tutmaq və ölkəni gözləyən təhlükəyə qarşı hazırlamaq üçün bütün cəhdlərini işə salmışdı. İlk vaxtlar T52-nin yardımı ilə bütün gizli məlumatların şifrəsini açmaq mümkün olmurdu. Ancaq riyaziyyat üzrə tanınmış alim Arne Byerlinq qısa müddətdə bütün gizli məlumatların şifrəsini açmağı öyrəndi. Nəticədə almanların bütün sirləri Arne Byerlinqin səyləri nəticəsində açılırdı və İsveç hökuməti dərhal bundan xəbər tuturdu.

Məsələn, İsveç hökuməti təxminən 1 ay əvvəl T52-nin vasitəsi ilə Almaniyanın Rusiyaya hücum edəcəyi vaxtı, günü, saatı öyrənə bilmişdi. O vaxt bunun sirrini açmağı Byerlinqdən xahiş edəndə o belə cavab vermişdi : "Fokus göstərən sirk ustaları heç vaxt bunun sirlərini açmırlar".

Byerlinq həqiqətən də ən gizli şifrələrin sirrini açmağın mahir ustası idi. Onun buna necə nail olduğunu heç kim bilmirdi. Yəni Byerlinq üçün sirr adlı məvhum yox idi. O soyuq müharibə illərində T52-ni vasitəsi ilə ABŞ-ın, SSRİ-nin, Fransanın, Böyük Britaniyanın və digər ölkələrin ən mürəkkəb şifrəli yazışmalarının üstünü açmış, onlara açar əldə etmişdi. 1986-cı ildə Byerlinq vəfat etdi. Ancaq ömrünün son günlərində, yəni öləcəyinə artıq özü şübhə etmədəyi halda belə gizli şifrələri neçə aça bildiyini söyləmədi. Ondan sonra bir nəfər belə T52-ninin kodunu tapa, onun hansı mexanizm əsasında işlədiyini müəyyən edə bilmədi.

Moris Uord və əbədi plastika düsturu
Böyük sirləri özləri ilə o dünyaya aparan məşhurlarÖtən əsrin 80-ci illərinin ortalarında məşhur ingilis ixtiraçı Moris Uord amerikalıların Xirosimaya atdıqları atom bombasının gücündən 75 dəfə çox olan və 10 min dərəcə temperatura

davamlı olan istiyə davamlı termoplastika ixtira etdi. İxtiraçı bu materialı "Starlite" adlandırdı. O öz ixtirasını yalnız bundan sözün əsl mənasında istifadə etməyi düşünən kompaniyalara satacağını bəyan etdi. Bu ixtira ilə dərhal ABŞ Kosmik Agentliyi- NASA maraqlandı. Çünki olduqca yüngül və istiyə davamlı olan bu materialdan istifadə kosmik uçuşlar və kosmik texnologiyalar sahəsində sahəsində böyük elmi sıçrayışa səbəb ola bilərdi. Moris Uordun ixtirası ilə həmin dövrdə onlarla məşhur kompaniya maraqlanırdı. Lakin heç bir kompaniya ixtiraçının əməyinə yüksək qiymət vermək istəmir və onun sahibinin gec-tez yeni termoplastik materialın sirrini açacağını gözləyirdi. Kompaniyaların əməyini və yeni materialın əhəmiyyətini yüksək dərəcədə qiymətləndirmədiyini və onun bu sirri açmağa məcbur olacağını gözlədiyini anlayan Moris Uord ixtirasını daha satmayacağını bəyan etdi. Amma heç kimi buna inanmırdı. 2011-ci ildə Uord dünyasını dəyişdi. Ölüm ayağında ondan ixtirasının sirrini açmağı xahiş etdilər. O isə bunun mümkün olmayacağını deyərək onların xahişini rədd etdi. Bununla da kosmik texnologiyalar sahəsində elmi texniki inqilaba gətirib çıxaracaq ixtirasının sirrini o özü ilə o dünyaya apardı.

Nikola Tesla və məftilsiz elektrik
Böyük sirləri özləri ilə o dünyaya aparan məşhurlarMəşhur fizik Nikola Teslanın adı fizikadan uzaq olan adamlara belə məlumdur. O elmi sahədə böyük kəşflərə imza atmışdı. Tesla dünyanı məftilsiz elektriklə təchiz etmək barədə məşhur bir layihə hazırlamışdı. O bu məqsədlə Vordenklif (Tesla ) adlı yüksək bir qüllə inşa etməyi planlaşdırmışdı. Tesla yerin ionesferindün istifadə etməklə elektrik cərəyanını dünyanın ən uzaq nöqtəsinə belə nəql etmək niyyətində idi. 1905-ci ildə Tesla öz layihəsini reallaşdırmaq üçün işə başladı. Lakin həmin dövrdə ABŞ-da başlayan iqtisadi böhran layihənin reallaşmasına ayrılan maliyyə vəsaitinin ixtisar edilməsinə səbəb oldu. Nəticədə layihə üzərində işlər yarımçıq saxlanıldı. Bunun ardınca başlayan I Dünya müharibəsi və ondan sonrakı ağır iqtisadi vəziyyət yenə də Teslaya bu nəhəng ideyasını həyata keçirməyə iman vermədi. 1943-cü ildə Tesla vəfat edərək bu sirri özü ilə o dünyaya apardı. O özündən sonra layihə ilə bağlı hər hansı iz qoymadı. İş orasındadır ki, Tesla indiki dillə desək kompyuter yaddaşına malik idi və o layihənin bütün detallarını yaddaşında saxlamışdı. Beləliklə dünya elmi elmi elektrik enerjisinin məftillər olmadan dünyanın ən ucqar nöqtəsinə çatdıra biləcək və trilyonlarla dollar gəlir gətirəcək fantastik bir kəşfdən məhrum oldu. Bu kəşf reallaşsaydı, onda o digər nəhəng kəşflərə də yol açaraq bəşəriyyəti yeni elmi texniki inkişaf mərhələsinə daşyacaqdı...

İoqan Besler və əbədi mühərrik
Böyük sirləri özləri ilə o dünyaya aparan məşhurlar1712-ci ildə alman ixtiraçı İoqan Besler əbədi mühərrik ixtira etdiyini bəyan etdi. 5 il ərzində o öz ixtirasını təkmilləşdirərək onu əyani şəkildə tədqiqatçıların gözləri qarşısında nümayiş etdirməyə başladı. Yeni ixtira diametri 2 metr olan təkər formasında idi və yükü hündürlüyə qaldıra bilirdi. 54 gün ərzində təkər heç bir yanacaq tələb etmədən işlədi və məşhur fizikləri heyrətə saldı. Amma onların heç biri yanacaq olmadan bu ixtiranın neçə işləməsi sirrini anlaya bilmirdi. Həmin dövrdə Bessler 20 min funt sterlinq veriləcəyi halda bu sirri açacağını bəyan etdi. Amma əbədi mühərriklə maraqlananlar pulu verməzdən əvvəl ixtiraçıdan onun işləmə mexanizminin sirrini açmasını istəyirdilər. Besler isə yalnz pul alandan sonra bu sirri aça biləcəyini bəyan etdi. Nəticədə əbədi mühərriki almaq istəyənlərlə Besler ortaq məxrəcə gələ bilmədi. Halbuki əbədi mühərriki almaq istəyənlər dönə-dönə onun sınaqdan çıxarılmasını istəyərək cihazın işlədiyinə əmin olmuşdular. Pul almadan ixtirasını satmaq istəməyn İoqan Besler əbədi mühərriyin də sirrini özü ilə qəbirə apardı.

Edvard Lidskalnin və onun iri qaya parçalarını hərəkətə gətirməsi

Böyük sirləri özləri ilə o dünyaya aparan məşhurlarABŞ-da yaşayan latviyalı immiqrant Edvard Lidskalnin Florida ştatında özünə "Qırmızı qəsr" adı verilən bir malikanə tikmişdi. 1,60 boyu və 50kq çəkisi olan Lidskalnin təkbaşına 30 tonluq daş qaya parçasını yerindən tərpədərək hərəkətə gətirə bilirdi. Onun bunu necə etdiyini heç kim anlaya bilmirdi. O özü də bu barədə danışmağı sevmirdi. Həmin dövrdə latviyalı immiqrantın iri qaya parçasını hərəkətə gətirmək üçün kiçik qara qutudan-sabit əbədi mühərrikdən istifadə etdiyi məlum idi. Lidskalnin vəfatından sonra bu qəsr turistlərin sevimli yerinə çevrildi. 1986-cı ildə qəsrdəki 5 yaşlı uşağın belə hərkətə gətirə bildiyi 9 ton ağırlığı olan karusel qapısı sıradan çıxdı. Mühəndislər heç cür onu təmir edə bilmədilər. Nəticədə qaldırıcı kran çağırmalı və onu yenisi ilə əvəz etməli oldular. Halbuki bu ağır karusel qapısını Lidskalnin öz ixtirası ilə heç bir əlavə texnika tətbiq etmədən hərəkətə gətirə, onu yerindən asanlıqla çıxararaq yenidən əvvəlki vəziyyətinə qaytara bilirdi. Lidskalnin ixtirasını Misir piramidalarının işləmə mexanizmi əsasında hazırladığını bəyan etmişdi. Lakin onun ixtirası ilə nə üçünsə ABŞ-da maraqlanan olmadı. Nəticədə Lidskalnin də bu sirri özü ilə o dünyaya apardı...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4461   Tarix: 25 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

28.03.2024 261
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 507
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

28.03.2024 198
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125