"Xocalı hava limanından təyyarələr uçsa, Azərbaycan əsgərinin kefi duranda onu vuracaq"

"Xocalı hava limanından təyyarələr uçsa, Azərbaycan əsgərinin kefi duranda onu vuracaq""Ermənilərin Xocalı hava limanını guya işə salması ilə bağlı iddiaları cəfəngiyyatdır. Oradan uçan aparatlar təyyarə deyil, "oyuncaq"dır. İndi kimsə həvəskarlıq edib, bir-iki nəfərlik kiçik uçan texnikaya minib foto çəkdirə bilər. Bu o demək deyil ki, oradan təyyarə enib-qalxır".

BiG.AZ xəbər verir ki, bu fikirləri olke.az-a açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

B.Səfərov deyib ki, bu, növbəti erməni təxribatıdır:

"Ermənilər çox istəyir ki, Xocalı hava limanından təyyarə enib-qalxsın, ancaq hünəri çatmır. Bilirlər ki, uçsa, Azərbaycan ordusu vuracaq. Ermənilər anlamalıdır ki, həmin ərazilər Azərbaycana məxsusdur, onlar orada müvəqqətidir. Azərbaycanın öz ərazi bütövlüyünü qoruması beynəlxalq hüququn da tələblərindən biridir".

B.Səfərov qeyd edib ki, Xocalı aeroportundan enib-qalxan təyyarələri Azərbaycan ordusu dərhal vuracaq:

"Azərbaycan ordusunun istədiyi zaman onları vurmağa ixtiyarı var. Bizim sərhəd qoşunlarımız istədiyi an onları göydə məhv edə bilər. Ona görə də Xocalı hava limanından böyük təyyarələr uça bilməz. Əgər uçacaqsa, o zaman Azərbaycan əsgərinin kefi duranda onu vuracaq. Hətta, mən də görsəm onları vura bilərəm. Əgər mən də hərbçi olsam, əlimdə silahım olsa, o təyyarələri vuraram. Erməni terrorçularının Azərbaycanın hava məkanında nə işi var? Onlar Azərbaycan sərhədini pozursa, deməli düşməndir".

İcma rəhbəri vurğulayıb ki, bütün dünya Dağlıq Qarabağ ərazisini Azərbaycanın ərazi bütövlüyü olaraq tanıyıb:

"Sadəcə olaraq Serj Sarkisyan rejimi hakimiyyətdə qalmaq və müddətini uzatmaq, məsuliyyətə cəlb etməkdən qorunmaq üçün bu cür addımlar atır. Əgər bu gün Ermənistan parlamentində Serj Sarkisyanın əleyhinə qalxırlarsa, deməli o vəzifədən gedəndən sonra görün nələr olacaq. Ermənilər özləri Serj Sarkisyanın boğazına kəndir salıb gətirib Azərbaycana təhvil verəcək. Serj Sarkisyan qatı cinayətkardır. O, məhkəmə qarşısında günahsız azərbaycanlılara tutduğu divana görə cavab verəcək. Bunu Allah gec-tez bizə qismət edəcək".

B.Səfərov hələ bir neçə il öncə Prezident İlham Əliyevin ermənilərə açıq xəbərdarlıq etdiyini diqqətə çatdırıb:

"Hələ bir neçə il öncə cənab Prezident İlham Əliyev tribunadan açıq şəkildə ermənilərə xəbərdarlıq etmişdi ki, Azərbaycan ərazilərinə soxulmasınlar. Əks halda Azərbaycan Ordusunun hərbçiləri tərəfindən məhv ediləcəklər. Ermənilər bunu əvvəldən anlamalı idilər. Daha bu gün parlamentdə müzakirəyə saxlamalı deyildilər. Möhtərəm Prezidentimiz zamanında deyəndə ermənilər bunu dərk etməliydilər. Əgər erməni deputatlar cəbhədə əsgər itirdiklərini başa düşürlərsə, buna da şükür!".

İcra başçısı həmçinin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi gündən bəri nəinki aprel döyüşçülərinə, o cümlədən bütün məcburi köçkünlərə və xalqa böyük diqqət və qayğı göstərilir:

"Cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın Azərbaycan xalqına və ehtiyacı olan insanlara böyük diqqət və qayğısından günlərlə danışmaq olar. Bunu təkcə Azərbaycan əhalisi deyil, bütün dünya bilir. Allah Prezident İlham Əliyevi və Mehriban Əliyevanı bu xalqın üstündən əksik etməsin. Allah onları daim var etsin!".

B.Səfərov qarşıdan gələn 26 iyun – Azərbaycan Silahlı Qüvvələr Gününün yaradılması bayramı münasibətilə ölkə əhalisini də təbrik edib:

"İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranması gününü qeyd edəcəyik. Mən bu münasibətlə Silahlı Qüvvələrdə xidmət edən bütün insanlarımızı təbrik edirəm, onlara can sağlığı və uğurlar arzu edirəm. Allahdan arzum budur ki, Prezident-Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan ordusu düşmən üzərində tam zəfər çalsın, işğal altında olan torpaqlarımız azad olunsun".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1129   Tarix: 24 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

16:43 264
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

21:45 0
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

21:00 0
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

11:04 1564
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

16:59 475
.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

11:59 252
.

Türkiyədə plastik məhsullar istehsal edən fabrikdə baş verib - VİDEO

Türkiyənin İzmir şəhərində plastik məhsullar istehsal edən fabrikdə yanğın olub. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə axtarış-xilasetmə əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Həmin videonu təqdim edirik:

11:58 98
.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

12:40 496
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18:01 138