"Ana, bax pensiyan necə sürətlə gedir" "Formula 1"-dən REPORTAJ - VİDEO - FOTOLAR

"Ana, bax pensiyan necə sürətlə gedir" "Formula 1"-dən REPORTAJ - VİDEO - FOTOLARÖlkəmiz artıq ikinci ildir ki, "Formula 1" yarışmasının həyəcanını yaşayır. Ölkəmizlə yanaşı kimisi yarış izləmək həyəcanı, kimlər isə izləyə bilməmək, izləmək nəsib olmamaq, yolda qalmaq və s. həyəcanı...

Heç də maraqlı gəlmir yarışma izləyənlərin süni həyəcanları. "Vızz" edir maşınlar o tərəfə gedir, "vızz" edir bu tərəfə gəlir. Nə aləmdir, nə işdir ölkəmizin başına gəlib bu başqa mövzudur amma bir günlük Bakının yarışın çərçivələrindən kənarda qalan, kağız örtüklərin arasından gizlincə sürətlə şütüyən maşınlara baxan sakinlərinin gözü ilə yarışmaya baxaq.
Nizami küçəsində, "Tarqovı" adlanan ərazidə giriş məntəqəsi qoyulub. Hər kəs ciddi – ciddi yoxlanılır, belə desək quş da səkmir. Maşınların səsi o qədər möhkəm gəlir ki, hər kəs ayaq barmaqlarının üstünə qalxaraq boylanır, sanki görəcəkmişlər kimi... Yuxarıdan da sarı "şeytan arabası" tez-tez sağa-sola cövlan edirdi.

Ara yolla keçib Dənizkənarı Milli Parka tərəf getdim. Ora da tora (red: setkaya) alınmışdı, tor azmış kimi hələ bir F1 vinili ilə qapamışdılar, birdən vızıldayan maşınların rəngini kimsə görər... Bir narazılıq vardı paytaxt sakinlərinin üzündə. Əsgərlərin rəngi qaralmışdı, deyəsən yaman susamışdılar, şaxıyan gün Allah bilir nə vaxtdan onların başına vururdu. Turistlər kafelərdə ayaqlarını ayaqları üzərinə aşırdıb yeyib-içirdilər. Nə veclərinədir ki, mən də başqa ölkədə turist olsam elə edərdim, nə bilim...

Sanki bu ritmi pozacaqlarmışlar kimi səmadan da güclü nəzarət vardı. Sarı rəngli vertolyot sağa-sola qanadlanırdı. Polislər də tor boyu gəzişirdilər. Hələ rəisləri görməsin deyə tinə çəkilib gizlincə "dönər" yeyən polisi demirəm.

Artıq onlar da usanmış görünürdülər. Tünd bənövşəyi rəngli vinilini aralayıb gizlincə şütüyən maşınlara baxanlara, hündür yerə çıxıb video çəkənlərə də toxunmurdular. Onlar da başa düşürdülər hər şeyi...

Dənizkənarı Milli Parka giriş də bağlı idi. Yalnız bileti olanlara və "Formula 1" qeydiyyatı olanları yoxlayaraq buraxırdılar. Bir tək "Park Bulvar" ticarət mərkəzinə giriş bağlanmamışdı. Görünür ticarət və gəlir insanların konstitusyon hüquqlarından daha öndə gələn məsələdir. Orda da polis müdaxiləsi vardı. Çünki paytaxt sakinləri ikinci və üçüncü mərtəbəyə çıxsaydılar bilet almadan yarışı izləyə bilərdilər. Giriş qapısı qarşsında da 4-5 polis dayanmışdı. Ticarət Mərkəzindən çıxanları dayanmağa belə imkan vermirdilər. Hər ehtimala qarşı, birdən kimsə ticarət mərkəzinin qarşısından yarışmanı izləyərdi deyə...

Ticarət Mərkəzində də çox dayanmadım, hər tərəfi qapadılmış yerüstü keçiddən keçib metroya yan aldım. İngilis bayrağı dalğalanan eyvan da diqqətimdən yayınmadı. Eyvandan ingilis bayrağını dalğalandırıb necə şad-xürrəm yarışı izləyirdilər İlahi... Üzlərindəki təbəssüm adamı xoşbəxt edirdi.

Elə bu dəm bir bir xanımın üzündə ironik gülüşlə anasına səslənməsi diqqətimi çəkdi. "Ana, ana, bax axırıncı ayın pensiyasıdır, gör necə sürətlə gedir" deyə barmağını aralanmış vinildən azacıq görünən "F1" maşınlarına uzatdı. Ana da sanki, pensiyasını görəcəkmiş kimi sumkasından eynəyini asta-asta çıxarıb gözünə taxdı, gözünü həmin aralı qalmış yerdən zilləyib maşınlara baxdı. Sakit-sakit eynəyini gözündən çıxarıb çantasına qoydu. Eybi yox qızım, gör necə qürurvericidir, biz ölmərik ki, olmaz lap gələn il də alarıq pensiyaları. Söhbətin davamı artıq onlar uzaqlaşdıqca eşidilməz olurdu.

Metronun ətrafında da sıxlıq idi, səs-səsə qarışmışdı. Gördüklərimi kifayət qədər təsir etmişdi deyə daha da təsirli mənzərələri görməmək üçün işə qayıtdım.

Öz ölkəsində, öz şəhərində beynəlxalq yarış keçirildiyi halda tordan kənar qalan şəhər sakinlərinin yaşadıqları anlaya bilənlər üçün ağır mənzərədir...

"Ana, bax pensiyan necə sürətlə gedir" "Formula 1"-dən REPORTAJ - VİDEO - FOTOLAR"Ana, bax pensiyan necə sürətlə gedir" "Formula 1"-dən REPORTAJ - VİDEO - FOTOLAR"Ana, bax pensiyan necə sürətlə gedir" "Formula 1"-dən REPORTAJ - VİDEO - FOTOLAR"Ana, bax pensiyan necə sürətlə gedir" "Formula 1"-dən REPORTAJ - VİDEO - FOTOLAR"Ana, bax pensiyan necə sürətlə gedir" "Formula 1"-dən REPORTAJ - VİDEO - FOTOLAR"Ana, bax pensiyan necə sürətlə gedir" "Formula 1"-dən REPORTAJ - VİDEO - FOTOLAR"Ana, bax pensiyan necə sürətlə gedir" "Formula 1"-dən REPORTAJ - VİDEO - FOTOLAR"Ana, bax pensiyan necə sürətlə gedir" "Formula 1"-dən REPORTAJ - VİDEO - FOTOLAR"Ana, bax pensiyan necə sürətlə gedir" "Formula 1"-dən REPORTAJ - VİDEO - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6207   Tarix: 26 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

12:03 203
.

"Hizbullah" İsrailə raket yağdırdı

"Hizbullah" silahlıları İsrailin Yuxarı Qalileydəki yaşayış məntəqələrini çox sayda raket sistemləri ilə atəşə tutub. Məlumata görə, İsrail ərazisinə azı 30 raket atılıb. 14 yaşayış məntəqəsində hava hücumu xəbərdarlığı səslənib. Bildirilir ki, Livanla sərhəddən 20 kilometr uzaqlıqda yerləşə

22.04.2024 426
.

Rusiyanın Voronej şəhərində fabrikdə baş verən yanğında 3 nəfər ölüb

Rusiyanın Voronej şəhərində elektromexanika zavodunda baş verən yanğın nəticəsində 3 nəfərin ölüb, 2 nəfər yaralanıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib. Hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib. Bildirilib ki, yanğın söndürülüb, başvermə səbəbləri araşdırılı

22.04.2024 202
.

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məlumatı onun vəkili Bəhruz Bayramov da təsdiq edib

22.04.2024 454
.

Mələkxanım Eyubovanın qızının toyundan ilk görüntülər -VİDEO

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toydur. -ın məlumatına görə, müğənni Mərdan Kazımovla ailə quran Nəzrin toy çəkilişindən ilk görüntüləri sosial media hesabında paylaşıb. Videoda Mərdan "Sənə də qalmaz" mahnısını ifa edib. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötə

22.04.2024 1037
.

Elçin Əfəndiyev əməliyyat olunub

Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda əməliyyat olunub. xəbər verir ki, bu barədə APA-ya Xalq yazıçısı özü məlumat verib. O, əməliyyatın iki gün əvvəl baş tutduğunu bildirib. Yazıçı əməliyyatın uğurlu keçdiyini qeyd edib

22.04.2024 491
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

11:48 190
.

"Azərbaycan və Rusiya rəhbərləri arasındakı şəxsi münasibətlər sistemi iki ölkə münasibətlərinin inkişaf etməsinə böyük təkan verib"

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib. Mövzu ilə bağlı -a danışan politoloq Tura

13:10 146
.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

12:14 203