"Bakı Medikal Plaza"nın həkimindən ŞİKAYƏT: "700 manata görə ananı körpəsindən etdi"

"Bakı Medikal Plaza"nın həkimindən ŞİKAYƏT: "700 manata görə ananı körpəsindən etdi"Tibbimizdəki səriştəsizlik, məsuliyyətsizlik, ruşvətxorluq, dələduzluq davam edir!

Son zamanlar Azərbaycandakı səhiyyənin aşağı səviyyədə olması vətəndaşları artıq dərəcə narahat edir desək, yerinə düşər. Mediada, xəbər portallarında, əsasən də sosial şəbəkələrdə bu barədə dəfələrlə müzakirələr aparılıb və aparılmaqdadır. Cəmiyyət narazılığını vurğulamaqdan təngə gəlsə də, məmurlar şikayətçiləri dinləməməkdə israrlıdır.

Neçə-neçə məmurun cibinə işləyən özəl klinikalarda çalışan tibb işçilərinin savadsızlığı ucbatından dəfələrlə ölüm halları baş verib. Və təəssüflər ki, bu açınacaqlı hal davam etməkdədir. Eləcə də dövlət tibb müəssisələrində də bu cür xoşagəlməz hadisələr olur.

Rüşvətxorluğun, soyuqqanlığın, savadsızlığın, özbaşınalığın, dələduzluğun baş alıb getdiyi faktlarla, dəlillərlə sübuta yetirilib. Lakin səhiyyə naziri Oqtay Şirəliyev nədənsə bütün bunlara göz yumur. İnsanların həyat riski bu qədərmi önəmsizdir? Ananın baladan, balanın valideyndən, qadının ərdən, ərin həyat yoldaşından olması, ölüm-dirim savaşı bəzi tibb işçlərimiz üçün (bəzi deyəndə ki, yarıdan çoxu nəzərdə tutulur!-K.A.) adiləşib. Xəstəyə xərçəng olduğunu demək (demək yox, üzünə sillə kimi şappıldatmaq), hamilə qadına övladının və ya xəstəxana önündə gecə-gündüz gözləyən doğmalara ölüm xəbərini vermək bu qədərmi normaldır bunlar üçün? İnsanlıq həqiqətənmi ölüb? Ya Hipokrat andı yerinə, tibb universitetində, müəssisələrimizdə bunlara rüşvət almağı, xəstələrlə sağlam tək kimi davranmağı, acı-kədər hiss etmədən qarşılarındakını hər nə yolla olursa-olsun, soğan kimi "soymağı"mı öyrədiblər-nədir

... Dəfələrlə sosial şəbəkələrdə tibblə əlaqədar başlarına gələnləri paylaşanları oxumuşdum. Tibb sistemimizdə insanlığın yerin dibinə gömüldüyünü yavaş-yavaş anladığım bir vaxtda Tərlan Akçayın (H.Sarabski adına teatrın rəhbəri) paylaşdığı status bu haqda yanılmadığımı bir daha sübut etdi:
" Azərbaycan səhiyyəsi ölüb, yerdən götürəni yoxdu sadəcə!!!!! Səhiyyənin bərbad halından, bəzi savadsız, çoban həkimlərin səhlənkarligindan bu günə qədər çox oxumuşdum, hətta iki yaşlı qızıma ABSAMS xəstəsi adını da vermişdilər....bunları keçdim!
Aglıma gəlməzdi ki, daha betərinin canlı şahidi də olacam, nə yazıq ki...

26 həftəlik hamilə bacımı ayın 20-si saat 19.00-da kəskin sancılarla "həkimi " Sədaqət Bayramovanın təkidi ilə məşhur pul tələsi olan "Bakı Medikal Plaza" ya apardıq. Axşamüstü 8-in yarısından gecə 2-nin yarisina qədər şiddətli sancısı olan hamilə qadına həkim sadəcə telefon vasitəsilə "heç nəyi yoxdur, doguş sancısı deyil" deyərək heç bir tibbi mudaxilə eləmədən gözlətdirdi. Və xəstəyə "panikadasan" adını qoydu.

6 saatın sonunda qanama və acılış olandan sonra həkim özünün dediyi kimi "bagdan gəlirəm, üzürlü sayın" sözləri ilə nəhayət təşrif buyurdu. Bacımın yanına qalxıb, ordan "pul ödəyirsiz dogusa alaq, ya yox?" sualini verdi bizə. Gorun bu bəzi həkimlər insan həyatını nə qədər dəyərsiz hesab edirlər ki, acılış olmuş hamilə qadını doguma pul verilərsə alırlar, əks halda, "nə halı varsa görsün" deyirlər, uzun sözün qisasi, 1000 azn depozit pulu alandan sonra doguma aldılar bacımı və 26 həftəlik, 870 qramlıq usaq dünyaya gəldi. Bizdən uşagın yaşaması üçün 7000 azn depozit istədilər, uşagin dərmanları ucun və sağalacağına dair də heç bir qaranti vermədən.

Əslində guya bu iki gündə uşaga istifadə elədikləri "bahalı" dərmanlar dövlət xəstəxanalarında pulsuzdur. "Adam tapın, köçürə bilirsinizsə, OMD-də köçürün" dedilər (guya ürəkləri yanırmış kimi) . "Bizdə dərmanın qiyməti 700 azn dir"
Dövlət xəstəxanasından gələn həkimin diaqnozu uşağın bir gün artıq orda qalması oldu. Heç olmazsa həmin bu günü usağa yaxsi baxsaydılar və ya körpəmizi sağaltsaydılar... Ama yox, harınlamış "həkim" toplusu guya iki gün körpəni küveysde saxladılar və sonda ciyərinə qan sızdığını dedilər. "Bakı Medikal Plaza"nın nə genekoloqu, nə də usaqla məşğul olan həkim tipi oz işlərinə məsuliyyətsiz yanaşdılar və daha bir anaya bala acısı yaşatdılar. Bu azmış kimi "ödəniş etməsəniz, yaraladığımız ananı sizə verə bilməyəcəyik" dedilər. Biz onlara pulu tapıb gətirənə qədər "uşaq tələf oldu" dedilər. Və "Mehriban xanıma müraciət edəcəm" - desəm də, "get kimə nə deyirsən de " - dedi "həkimcik" Sədaqət Bayramova!

Beləliklə də Azərbaycan səhiyyəsi ana və uşaq qətliamına davam edir! Bir mələk daha anasının qoxusunu almadan cənnətə getdi... Peşman olmağımın əsas səbəbi də bacımı bu "həkimə" yönləndirməyim oldu!"

Bu əlbəttə ki, bir bacının vicdanının harayı idi. Doğmasını naşı bir həkimə yönləndirdiyi və nəticədə peşmançılıqla üzləşməsindən irəli gələn haray… Bacısının övlad dərdində özünü təqsirləndirdiyi üçün qopardığı fəryad… Əlindən bu gəlirdi. Başqa nə edə bilərdi? Zamanı geri qaytarmaq mümkündürmü? Əsla! Amma günahkar barədə ölçü götürməyin başqa yolları da var. Özünün dediyi kimi, ölkənin birinci xanımı, 3 uşaq ANAsı olan Mehriban xanım Əliyevaya müraciət etmək. Həmçinin nizam-intizama nəzarət edən orqanlar- məhkəmə! Necə deyərlər, imansızın öhdəsindən dinsiz gələr. Daha bir ananın göz yaşları axmasın deyə, daha bir bacıya dağ çəkilməsin deyə, daha bir xəstə əziyyətlər içərisində qıvrılmasın deyə, bu səriştəsizliyin, bu haqsızlığın qarşısı alınmalıdır! Mütləq alınmalıdır!

Bu günlərdə Sənaye və Energetika naziri Natiq Əliyevin yaxın dostlarından olan milyarder Fərhad Əhmədov da Facebook səhifəsində Azərbaycandakı tibbin aşağı səviyyədə olmasından şikayətlənmişdi. Hətta nazirin ölümündə həkimlərin səriştəsizliyinin böyük rolu olmasından bəhs etmişdi. Təsəvvür edin! Bir ölkənin naziri dövlət müssisəsinin həkim personalının savadsızlığı tərəfindən dünyasını dəyişib. Baş neftçi Neftçilər Xəstəxanasının məsuliyyətsiz işçiləri tərəfindən canından oldu. Tibbimizlə bağlı başqa yazmağa nəyəsə ehtiyac varmı?!

mənbə: mediainfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3424   Tarix: 23 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

17:11 149
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

17:54 247
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

10:02 812
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

21:30 0
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 210
.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

11:37 882
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 589
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

14:57 287
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

17:47 131