Azərbaycanda silah zavodu İŞƏ DÜŞDÜ: Prezident AÇILIŞDA - FOTOLAR

Azərbaycanda silah zavodu İŞƏ DÜŞDÜ: Prezident AÇILIŞDA - FOTOLARAzərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 23-də Müdafiə Sənayesi Nazirliyinin "Şərq" İstehsalat Birliyinin Şirvan şəhərindəki TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışında iştirak edib.

Müdafiə sənayesi naziri Yavər Camalov müəssisə barədə dövlət başçısına məlumat verib. Zavodun yaradılmasında əsas məqsəd tank və özüyeriyən artilleriya qurğuları, o cümlədən dinamik qoruyucu sistemlər ilə təchiz olunmuş, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq, bundan başqa açıq ərazilərdə, səngərlərdə yerləşən düşmənin canlı qüvvəsini məhv etmək üçün TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ - qəlpəli, kumulyativ tandem, termobarik və inert qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil edilməsidir. Bu sursatlar 700 metrədək məsafədə düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir.

Dövlət başçısı zavodu işə salıb.

Məlumat verilib ki, zavod 10 istehsal sahəsindən, o cümlədən avtomatlaşdırılmış mexaniki emal, termiki emal, kimyəvi cilalama, partlayıcı maddələrin preslənməsi, ekspres laboratoriya, yığma sahələrindən ibarətdir. Hərbi sursatın yaradılması və istehsalı üçün müəssisədə dünyanın bu sahədə qabaqcıl ölkələrindən olan Almaniyanın, ABŞ-ın, Fransanın, Hollandiyanın, İtaliyanın, Bolqarıstanın, Avstriyanın, Türkiyənin, Ukraynanın və Tayvanın müvafiq şirkətlərinin müasir standartlara cavab verən 45 texnoloji avadanlığı alınaraq quraşdırılıb. Bu avadanlıqlar arasında proqramla idarə olunan torna və frez dəzgahları, müxtəlif güclü hidravlik və mexaniki preslər, termoplast avtomatlar, termiki və kameralı elektrik sobaları, yoxlama və sınaqların aparılması üçün müxtəlif çeşidli laboratoriya avadanlığı var. Eyni zamanda, döyüş sursatlarının qəbul-təhvil sınaqlarında texniki nəzarət işlərini aparmaq üçün 280 adda xüsusi və universal ölçü alətlərinin və tərtibatların alınması təmin edilib. Zavodda 170 yeni iş yeri yaradılıb. Bütün işçilərə xarici mütəxəssislər tərəfindən müvafiq təlimlər keçirilib. Eyni zamanda, partlayıcı maddələrlə işləyənlər müvafiq kurs keçərək xüsusi sertifikat alıblar. Zavodun illik istehsal gücü birnövbəli iş rejimində 20 min atəş yığımı təşkil edir ki, bu da güc strukturlarının tələbatını ödəməyə imkan verəcək. Bu məmulatlara xarici dövlətlərdən sifarişlərin olduğunu nəzərə alaraq gələcəkdə ixrac imkanları nəzərdən keçiriləcək.

Azərbaycanda silah zavodu İŞƏ DÜŞDÜ: Prezident AÇILIŞDA - FOTOLARAzərbaycanda silah zavodu İŞƏ DÜŞDÜ: Prezident AÇILIŞDA - FOTOLARAzərbaycanda silah zavodu İŞƏ DÜŞDÜ: Prezident AÇILIŞDA - FOTOLARAzərbaycanda silah zavodu İŞƏ DÜŞDÜ: Prezident AÇILIŞDA - FOTOLARAzərbaycanda silah zavodu İŞƏ DÜŞDÜ: Prezident AÇILIŞDA - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2836   Tarix: 23 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

16:06 354
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 781
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

21:30 0
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

20:30 83
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

15:16 395
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

14:10 681
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

19:00 273
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

12:24 534
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

23:11 0