Azad edilmiş ərazilər uğrunda YENİ SAVAŞ: Müharibə indi BAŞLANIR

Azad edilmiş ərazilər uğrunda YENİ SAVAŞ: Müharibə indi BAŞLANIRBazar günü, iyunun 18-də ABŞ Hərbi-Dəniz Qüvvələrinin F-18 "Xornet" qırıcısı Suriya hərbi təyyarəsini vurdu. Bu, faktiki olaraq, bir ölkəyə qarşı ABŞ Konqresinin elan etmədiyi və icazə vermədiyi müharibə aktıdır.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) açıqladığı rəsmi bəyanata görə, Suriya hərbi təyyarəsi ABŞ-ın dəstəklədiyi müxalifət güclərinə zərbələr vururdu. Dəməşqin bəyanatına əsasən, təyyarə İŞİD terror təşkilatının mövqelərinə zərbələr endirirdi.

Və təbii ki, hadisəyə Moskvanın reaksiyası çox sərt oldu.
"BMT-yə üzv dövlətin qanuni silahlı qüvvələrinə qarşı "terrorizmlə mübarizə" adı altında ABŞ aviasiyasının döyüş hərəkətləri beynəlxalq hüququn kobud pozuntusudur və faktiki olaraq, Suriya Ərəb Respublikasına qarşı hərbi təcavüzdür", - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilirdi.
ABŞ-ın "The American Conservative" nəşrinə görə, ABC telekanalının reportajı da Moskvadan verilən bəyanatı təsdiq edir. Kanalın xəbərində deyilir ki, ABŞ son dörd həftə ərzində İran tərəfindən dəstəklənən və hökumətin lehinə döyüşən güclərə üç dəfə aviazərbələr endirib.
Rusiya Suriya hərbi təyyarəsinin vurulmasından dərhal sonra Suriya səmasında toqquşmaların qarşısının alınması üçün yaradılmış ABŞ-la əlaqə kanalının bağlandığını açıqladı. Eyni zamanda açıqladı ki, Fərat çayının qərbində aşkar edilən bütün hava obyektləri hədəf kimi qəbul olunacaq. Yəni, həmçinin Amerika hərbi təyyarələri və pilotsuz kəşfiyyat təyyarələri də hədəf hesab ediləcək.

"Moskva ciddidirsə, Suriyada bizi Rusiya və ABŞ-ın toqquşmasının real perspektivi gözləyir", - "The American Conservative" yazıb.
Bazar günü vurulmuş təyyarə bu ölkədə 6 illik müharibənin gedişatında Amerika hərbçiləri tərəfindən vurulan ilk Suriya hərbi təyyarəsi oldu. Aprel ayında isə prezident Donald Tramp Suriya ordusuna məxsus hərbi aerodromun qanadlı raketlərlə vurulması barədə göstəriş vermişdi. Amerika tərəfinin iddiasına görə, aerodromdan dinc insanlara qarşı kimyəvi silah tətbiq edən təyyarələr üçün baza kimi istifadə olunurdu.

Amerika nəşri hesab edir ki, hazırda baş verən proseslər Rakkanın azad edilməsindən və İŞİD-in məhvindən sonrakı hadisələrin birinci qaranquşu ola bilər. Söhbət azad edilmiş ərazilər və əhali üzərində nəzarət üçün döyüşlərdən gedir.

"Prezident Bəşər Əsədin ordusu mümkün qədər daha çox ərazini tutmağa çalışır. Əsəd Rusiya, İran hərbçiləri, İraq və Əfqanıstandan olan şiə dəstələri, həmçinin "Hizbullah"ın dəstəyindən istifadə edir.

Əsəd və onun müttəfiqləri indi Amerika tərəfindən dəstəklənən "Suriya Demokratik Gücləri"ilə üzə-üzə gəlirlər. Amma əgər Amerika üsyançılara hücum edən Suriya təyyarələrini vurmağa qərar veribsə, bu, Rusiya ilə qarşıdurmaya, nəticədə daha genişmiqyaslı və təhlükəli müharibəyə gətirib çıxara bilər. Rakkanın İŞİD-dən təmizlənməsindən sonra biz Suriya üsyançıları və kürdlərin mövqelərini möhkəmləndirmək üçün gücdən və ABŞ-ın təsirindən istifadə etməyə hazırlaşırıqsa, bu, Suriya, Rusiya, "Hizbullah", İran və hətta Türkiyə ilə münaqişəni provakasiya edə bilərik", - nəşr yazıb.

Qeyd edilir ki, ABŞ-ın müttəfiqləri olan PYD (PKK-nın Suriya qanadı - red.) Türkiyə tərəfindən terror təşkilatı hesab edilir.
Amerika nəşri xatırladır ki, Tramp seçkiqabağı kampaniyasının gedişatında ümumi düşmən (İŞİD nəzərdə tutulur –red.) üzərində qələbə üçün Rusiya ilə əməkdaşlıq edəcəyinə söz verib:
"Amma İŞİD-in Suriyadan gedişindən sonra Əsədlə münaqişədə maraqlı olsaq, biz regional münaqişəyə cəlb edilmiş olacağıq. ABŞ və İranın İraqda ümumi düşməni (İŞİD) və ümumi müttəfiqi (İraq hökuməti) var. Bizim Suriyada ümumi düşmənimiz var. Bu, İŞİD-dir. Amma Əsəd, Rusiya, İran və "Hizbullah" bizim müttəfiqlərimizə qarşı çıxış edirlər".

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1795   Tarix: 22 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304