Müharibə başlasa görün kimlər Azərbaycana qarşı döyüşəcək - BÖYÜK TƏHDİD

Müharibə başlasa görün kimlər Azərbaycana qarşı döyüşəcək - BÖYÜK TƏHDİDQərbin uzun illərdir Türkiyənin əsas probleminə çevrilmiş PKK və onun digər ölkələrdə olan qollarını silahlandırması, maliyyə yardımı göstərməsi bölgədə terror təhlükəsini artırıb. Yaxın Şərqdə, İranda və Türkiyənin bir sıra ərazilərində fəaliyyətdə olan terror qruplaşmaları birbaşa Türkiyəyə qarşı təzyiq rolunu oynayır. Siyasi analitiklər hesab edir ki, Qərb Türkiyə ilə maraqlarını təmin etmək üçün PKK kartından istifadə edirlər. Türkiyədə baş verən hadisələr isə deyilənlərin bariz nümunəsidir. Ötən gün Türkiyənin Tunceli vilayətində PKK terrorçularına qarşı keçirilən əməlliyyat zamanı bir türk əsgəri şəhid olub.

Terrorçularla toqquşma zamanı iki əsgər də yaralanıb. Hazırda Türkiyə hərbi gücləri bölgədə geniş çaplı əməliyyatlarını davam etdirir. Terrorçu təşkilat təkcə Türkiyəyə deyil, bölgə dövlətlərinə də təhlükə yaradır. Yayılan məlumatlara görə 1750 PKK terrorçusu Qarabağa yerləşdirilib.

BiG.AZ xəbər verir ki, regionda ciddi siyasi oyunların getdiyini diqqətə çatdıran siyasi şərhçi Natiq Miri "Cümhuriyət" qəzetinə açıqlamasında deyib ki, bütün bunlar Türkiyəyə qarşı çevrilib:
"Bu oyunları poza biləcək dövlət də məhz Türkiyədir. Bu gün Körfəz ölkələrini Tramp adminstirasiyası çox rahatlıqla idarə edə bilir. Əslində Qətər böhranı da məhz Trampın Səuduyyə Ərəbistanına səfəri zamanı ortalığa çıxdı. Hiss olundu ki, əslində Qətər adı altında hədəfdə həm Türkiyə, həm də İran var. Yəni, Qətərin üzərində bu prosesi aparırlar. Türkiyə isə Qətəri müdafiə edərək, həm də bu oyunu pozur. Türkiyə ordusunun məhz Qətərdə hərbi baza yerləşdirməsi də bu prosesi pozmağın tərkib hissəsi kimi dəyərləndirilməlidir. Ona görə də Türkiyəyə qarşı həm terror, həm də digər vasitələrdən istifadə olunacaq ki, Türkiyəni dayandıra bilsinlər. AKP hakimiyyətinə də hərbi-siyasi təzyiqlərin olacağı qətiyyən şübhə doğurmur. Diqqətdən qaçırmaq olmaz ki, bu gün bütövlükdə Qərb dünyasının oynadığı geosiyasi oyunları pozan yeganə ölkə məhz Türkiyədir. Ona görə də Türkiyəyə qarşı oynanılan oyunları təbii qarşılamaq lazımdır".

Terrorçuların Qarabağa yerləşdirilməsi məsələsinə gəlincə politoloq əlavə edib ki, PKK terror təşkilatıdır və sir deyil ki, Azərbaycan torpaqlarında onlara müəyyən qədər dəstək verilir:

"PKK terrorçuları işğal olunmuş Azərbaycan torpaqlarında təlim keçirlər. Nəzarətsiz bölgə həm narkotika, həm də silah satışı dəhlizinə çevrilib. Bu gün harada qeyri-qanuni işlər varsa, PKK və digər terror təşkilatlarının orada adı var. Bu baxımdan düşünürəm ki, PKK terrorçularının Qarabağa yerləşdirilməsi xəbəri qətiyyən şübhə doğurmur. Təbii ki, PKK terrorçularının Qarabağa yerləşdirilməsi Azərbaycan üçün də çox böyük təhlükə yaradır. Çünki bu terrorçulardan istifadə edərək Azərbaycan əleyhinə hərbi təxribatlar törətmək mümkündür. Əgər Azərbaycan ordusu tərəfindən öldürülən düşmən əsgərləri içərisində erməni hərbi formasında PKK əsgərləri də varsa bunun özü artıq göstərir ki, Azərbaycan üçün böyük təhlükələr var. Onu da nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan və Ermənistan savaş ərəfəsindədir. Əgər sabah hərbi əməliyyatlar başlayarsa həmin terrorçu quruplar Azərbaycan ordusuna qarşı savaşacaqlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5629   Tarix: 21 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

22:11 0
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

16:45 0
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

20:30 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

17:36 0
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

17:48 0
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

13:57 0
.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

12:53 0
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

12:44 0
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

21:45 0