Fazil Mustafa: "Rus kəşfiyyatı ən yaxşı komandirlərimizi aradan götürür" - FOTOLAR

Fazil Mustafa: "Rus kəşfiyyatı ən yaxşı komandirlərimizi aradan götürür" - FOTOLARMillət vəkili Fazil Mustafa şəhid komandir, polkovnik-leytenant Şirin Mirzəyevin 70 illik yubileyi ilə bağlı yazıb.

BiG.AZ xəbər verir ki, millət vəkilinin sosial şəbəkədə paylaşdığı yazıda Qarabağ savaşının ən ilginc məqamları öz əksini tapıb.

"MİRZƏYEVÇİLƏRİN 70-Cİ YAŞI..." başlıqlı yazını təqdim edirik:

…Səliqəsiz, oturacaqları dar, təmiri alababat durumda olan bir zala daxil oldum. Humanitar Kollecin zalı idi. Bir neçə dəqiqə gecikdiyimdən, əyləşməyə boş yer gözümə dəymirdi. Birtəhər, boş yerlərdən birini tapıb, yavaşca əyləşdim…

Səhnədə dəyərli qardaşımız Şəmistan Əlzamanlını gördüyümdə, artıq maraqlı bir təqdimatın olacağını dərhal hiss etdim: Azərbaycanın Milli Qəhrəmanı, şəhid komutanımız polkovnik-leytenant Şirin Mirzəyevin 70 illik yubileyi keçirilirdi.

Bu cür tədbirin harada, necə, kim tərəfindən keçirilməsi, həqiqətən, düşündürücüdür. Allah razı olsun, bir qrup Qarabağ qazisinin təşkilatçılıq işini öz üzərinə götürdüyü – qonaqları qarşılayıb yerləşdirdikləri, səhnə tərtibatı, texniki qurğuların tənzimlənməsi ilə məşğul olduqları dərhal nəzərə çarpırdı. Ancaq bütün hallarda bu, rəsmi dövlət tədbiri sayılmazdı. Həqiqətən milli və həqiqətən gerçək qəhrəmanın, həm də əvəzolunmaz bir komandirin 70 illik yubileyi və anım tədbiri bu qədər sıradan bir "oldu-bitdi" olmamalıydı axı…

Əlbəttə, hansısa böyük, ehtişamlı salonlarda keçirilən yubileylər kiçikləri böyüdə bilmədiyi kimi, dar və kiçik zallarda keçirilən yubileylər də böyükləri kiçiltmək iqtidarında ola bilməzdi.

Şirin Mirzəyevin xanımı, olduqca təvazökar və kübar bir insan kimi, xüsusi rəğbət bəslədiyim dəyərli millət vəkili həmkarım Flora xanımın gəlişimizə görə təşəkkür etməsindən isə, doğrusu, utandım. Qələbəliyin içində söyləyə bilmədim ki, axı biz buraya yalnız Şirin Mirzəyəvə dəyər verdiyimizə görə gəlməmişik, bir qəhrəman şəhid komutan qarşısında borcumuzu anlayaraq özümüzə dəyər qazandırmaq üçün gəlmişik.

Şəmistan Əlzamanlının sevimli qocaman və əzəmətli səsi ilə Şirin Mirzəyev haqqında filmin təqdimatı başladı. Bu, bir sənədli film olsa da, son illərdə izlədiyim təbii qəhrəmanlıq dastanı idi.

Film mənim üçün bir çox düşüncələrimi gözdən keçirməyimdə faydalı oldu. Şirin Mirzəyev əsgərə dəyər verən, əsgərin də dəyər verdiyi fərqli bir komandir obrazıdır. O, yüksək səviyyədə hərbi təhsil alıb, öz işinə ciddi, təmənnasız yanaşan və nə istədiyini bilən bir zabitdir. Əsgərə dəqiq tapşırıq verir, xəritə ilə idarəetməni bilir, kəşfiyyatçını dəqiq əmrlərlə hədəfləri müəyyən etməyə göndərir… Əsgərlərin üzlərindən savadlı bir komandirə inamlarını dərhal sezirsən. Onların içində xeyli hissəsi şəhid olub, dinc dövrdə dünyasını dəyişənlər var, ancaq hələ yaşayan bu qəhrəmanların özlərini "Mirzəyevçi" adlandırmaları təsadüfi sayila bilməz.

Düşündürücüdür ki, şəhadətindən 25 il keçib, ancaq hələ də bizlər Şirin Mirzəyev fenomenini anlaya bilməmişik. O əsgərlərin üzlərinə baxanda, Şirin Mirzəyevin əmrlərini dinləyəndə, tam əminlik yaranır: bizim məğlubiyyətimizin əsas səbəbi məhz bu obrazda savadlı və bu obrazda milli komandirlərimizin qıtlığı olub! Bu az sayda komandirləri də rus kəşfiyyatı müxtəlif vasitələrlə aradan götürə bilib. Eyni işi aprel döyüşlərində şəhid olan yüksək hazırlıqlı savadlı və milli hərbçilərimizin də başına gətirdilər.

Bu casus şəbəkəsinin alt qatlarda ifşası son vaxtlar mümkün olsa da, hərbi elitanın üst qatlarında gizlənməsi mümkün olan ünsürlərinin yekun olaraq zərərsizləşdirilməsi hələ gerçəkləşməyib. Bu, o deməkdir ki, həmin ehtimal olunan casuslar Şirin Mirzəyevləri, Raqubları, Muradları, Rasimləri… yenə də öldürmək imkanlarını qoruyurlar.

Savaş başlayanda orduya çağrılanlar içində insanlara iki kateqoriyadan yanaşmaq mümkündür: hərbi komissarlığın çağrışı ilə gələnlər və Vətənin çağrışı ilə gələnlər. Hər iki kateqoriyadan cəsur döyüşçülər çıxır, ancaq burada gözə görünməyən bir fərqi söyləmədən keçə bilmirəm. Bir var, arxanca kağız gəlir, tədarükünü görüb, konstitusion borc kimi orduya gedirsən. Bir də var, hansısa duyğuların səni titrədir ki, Vətənin çağrışına cavab verərək, savaşa qatılasan…

Mən bu filmdə Şirin Mirzəyevin, eləcə də onun əsgərlərinin gözlərində ikincini, yəni Vətənin çağırışına cavabı oxudum. Əslində dünyanın ən ağır səhnəsi Vətən savaşında məğlub olmuş bir millətin yaşayan nəslinin şəhid olanların filmlərdən işaran gözlərinin içinə necə baxmasında üzə çıxır. Biz niyəsə onların videoçarxlardan üzümüzə dikilən baxışlarına utanmadan baxırıq, biganə baxırıq, bizim üçün şəhid olduqlarını unudaraq baxırıq… İstər-istəməz, "Bu qədər atəşli, fədakar insanların potensialını niyə doğru dəyərləndirə bilmədik?" deyə, özünüittiham suallından da yan keçə bilmirsən.

Əsgərlərin hamısı deyirdi ki, kaş, bütün batalyon qırılaydı, təki Şirin Mirzəyev sağ qalaydı. Bu, təkcə komandirə olan sevgidən doğan bir ifadə deyildi, həm də savadlı, dürüst və milli bir komandirin, şəxsiyyətin savaşda dəyərinin nə olduğunu bilən əsgərin reallığı dilə gətirməsi idi!

Bu film Vətəni insana anladan, tanıdan və sevdirən bir əsərdir. Ən başlıcası isə tarixin dərinliklərində saxta qəhrəmanların mücərrəd obrazlarına tapınan insanlarımıza daha real və yeni obrazların təqdimatıdır. İnanıram ki, bu gün insanımıza Şirin Mirzəyev obrazını olduğu kimi tanıtsanız, təbliğ etsəniz, bilgili, cəsur, təmkinli və milli komandirin necə olduğu təsəvvürünü yaratsanız, düşüncələrdə çox şeyləri müsbət yöndə dəyişə bilərsiniz.

Mən ad çəkmədən, bütün şəhid olan gerçək qəhrəmanlarımıza böyük dəyər verirəm, ancaq ən böyük qıtlığın məhz yüksək savadlı, təmənnasız Vətən sevgisi daşıyan, məsuliyyətli komandırlərlə bağlı olduğunu görürəm, sezirəm!

Qarabağ savaşında məğlubiyyətimizin kökündə bəlkə də yüksək hazırlıqlı, hərb elmini lazımi səviyyədə bilən komandirlərin azlığı faktoru dururdu. Sabahkı savaşımızda da bu amil yenə də qarşımıza dikiləcəkdir. Bu xalqın içindən Şirin Mirzəyevlərin yetişməsini istəyiriksə, uşaqdan böyüyünədək bu obrazı doğru-dürüst tanıtmamız lazım. İlk öncə bu qəhrəmanın yubileyini öz səviyyəmizə deyil, onun səviyyəsinə uyğun keçirməliyik.

…Mən dünən Onu daha dərindən tanıdım, anladım. Demək, bundan sonra daha sıx-sıx təbliğ edəcəyəm, tanıdacağam. Həm də onun adını övladlarının üzərində qürurla yaşadan Flora xanımı daha yaxından tanıdım. Eyni zamanda, bu vəfalı, qəhrəman "Mirzəyevçilər"i tanıdım. Nuri Paşadan sonra sevdiyim böyük komutan obrazı Şirin Mirzəyev oldu…

70-in mübarək, Komutan!

Fazil Mustafa: "Rus kəşfiyyatı ən yaxşı komandirlərimizi aradan götürür" - FOTOLARFazil Mustafa: "Rus kəşfiyyatı ən yaxşı komandirlərimizi aradan götürür" - FOTOLARFazil Mustafa: "Rus kəşfiyyatı ən yaxşı komandirlərimizi aradan götürür" - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1360   Tarix: 21 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Qadınların təqaüdə çıxmaq yaşı irəli çəkilsin"

"Ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur. Uşaqpullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib

14:03 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

15:52 0
.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış ali

14:15 0
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

13:47 0
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0
.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

10:07 0
.

Kart hesablarınız bu yolla OĞURLANIR - Əhalinin DİQQƏTİNƏ!

Smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, bu qurğular kiberhücumların və zərərli proqramların hədəf nöqtəsi olub. Kiberhücumçular və zərərli proqramlar tez-tez Android əməliyyat sisteminə üstünlük verirlər. Çünki bu smartfonlardan məlumatları oğurlamaq daha asandır. Lakin so

14:42 0
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207