"Gənclik Mall" Ticarət Mərkəzində elektrik enerjisinin kəsilməsi ajiotajına RƏSMİ AÇIQLAMA

"Gənclik Mall" Ticarət Mərkəzində elektrik enerjisinin kəsilməsi ajiotajına RƏSMİ AÇIQLAMA
“Gənclik Mall” Ticarət Mərkəzində elektrik enerjisinin kəsilməsi ajiotaja səbəb olub.

Məsələ ilə bağlı BiG.AZ –a danışmaqdan imtina edən Ticarət Mərkəzinin əməkdaşları "Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevi özündən çıxarıb. O, bundan xəbərsiz olduğunu, əgər belə bir hadisə baş veribsə belə, bunun onların daxili problemləri olduğunu bildirib:

“Xahiş edirəm, bu məsələ ilə bağlı adını çəkdiyiniz müəssisənin özü ilə danışın. Müəssisə onlarındır, biz onların işlərinə qarışmırıq. Biz hər yerə işıq veririk, heç bir yerdə elektrik enerjisinin verilməsi dayandırılmayıb, yaxud da məhdudlaşdırılmayıb. Əgər nə isə problemləri varsa, zəng etsinlər, bizdən kömək istəsinlər. İndi sən nə bilə bilərsən ki, mənim evimdə elektrik enerjisi var, yoxsa yox? Mən haradan bilim ki, harada elektrik enerjisi var, haradasa yox.
Bu, onların daxili problemləridir”.

Xatırladaq ki, bir az öncə Gənclik Mall-da işıq təchizatı kəsilib. Bu səbəbdən molun daxilində olan insanlarda təşviş yaranıb.
TM-in operatorları ilə əlaqə saxlasa da, onlar bu haqda açıqlama verməkdən çəkiniblər.

Rövşən Əsədov

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2404 Tarix: 20.06.2017


Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol