Dənizkənarı Milli Parkın bağlanması sakinlərin HÜQUQLARINI POZUR - AÇIQLAMA

Dənizkənarı Milli Parkın bağlanması sakinlərin HÜQUQLARINI POZUR - AÇIQLAMA
“Dənizkənarı Milli Parka paytaxt sakinlərinin buraxılmaması onların konstitusion hüquqlarının kobud şəkildə pozulmasıdır, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi ciddi ölçü götürməlidir” - bunu BiG.AZ-a açıqlamasında hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.
O, həmçinin, onu da qeyd edib ki, “Formula 1” və digər beynəlxalq səviyyəli yarışmalar paytaxt ərazisindən kənarda təşkil edilməli, minlərlə paytaxt sakinin hüquqları ayaqlar altına atılmamalıdır:
“Hesab edirəm ki, bu cür beynəlxalq yarışmalar heç bir halda paytaxtın mərkəzi küçələrində həyata keçirilməməlidir. Dünya praktikasında belə təcrübə yoxdur ki - hansısa ölkə beynəlxalq yarışmanı şəhər mərkəzində həyata keçirtsin və hansısa yarışmaya görə öz ölkəsinin vətəndaşlarının hüquqlarını tapdalasın. Burada məsuliyyət daşıyan qurumlar, eləcə də Bakı Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi ölçü götürməlidir.
Çünki Azərbaycan müstəqil respublikadır və onun konstitusiyası var. Əgər vətəndaşlarının hüquqlarını tənzimləyən konstitutsion hüquqlar hər hansısa bir yarışmaya görə kimlərsə tərəfindən tapdanılırsa onlar mütləq şəkildə cavab verməlidir”.

Dənizkənarı Bulvar İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Anar Həsənov isə bunun heç də konstitusion hüquqlara zidd olmadığını, parkın bağlanılmasının isə zərurətdən meydana gələn bir vəziyyət olduğunu bildirdi:

“Bu cür yarışmaların paytaxtdan kənarda təşkil edilməsi üçün texniki imkanlar məhduddur. Ona görə də şəhər mərkəzində təşkil edilib. Paytaxt sakinlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə Dənizkənarı Milli Parkın bir hissəsinə, "Azneft" meydanından Dəniz Vağzalına qədər olan hissəyə giriş 21-26 iyun aralığında məhdudlaşdırılacaq. Bunun isə heç də insanların konstitusion hüquqlarına zidd olduğunu hesab eləmirəm. Digər məsələlərlə bağlı isə təəssüflər olsun ki, mənim danışmaq səlahiyyətlərim yoxdur. Əlavə suallaırnız varsa “Formula 1” yarışmasının oyun komitəsi ilə əlaqə saxlayın”.

Xatırladaq ki, “Formula 1” yarışması ilə əlaqədar olaraq paytaxtın bir çox yollarında hərəkətin məhdudlaşdırılması ilə yanaşı Dənizkənarı Milli Parka da giriş məhdudlaşdırılıb.

Dənizkənarı Milli Parkın bağlanması sakinlərin HÜQUQLARINI POZUR - AÇIQLAMA

Rövşən Əsədov

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1702 Tarix: 20.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
A_F_I_N_A
A_F_I_N_A 21.06.2017
Diqqət! Bu linki görmək üçün siz saytda üzv olmalısınız. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmək hüququnu qazanın.



 
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər