"Məni anlayan həm xoşbəxtdir, həm də bəxbəxt"

"Məni anlayan həm xoşbəxtdir, həm də bəxbəxt"

Lider TV-nin “Dostlar, bizi unutmayın” verilişinin növbəti buraxılışı yayımlanıb.

BiG.AZ-ın məlumatına görə, müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonaqları şairə Cığatel İsaqızı və gitara ifaçısı Elman Namazoğlu olub. Şairə şeirlərinin sevilməsindən danışıb:

“Məni dərk edən insan həm xoşbəxtdir, həm də bədbəxt. Ona görə xoşbəxtdir ki, daxilimdə nə varsa, onu görə bilir. Daxilimdə nə var? Şeir, musiqi var. Mən musiqini şeirdən çox sevirəm. Daxilimi hiss edən olanda çox sevinirəm. Çünki günlərin bir günü sənətkarlarımızın birinə dedim ki, Allah ürəyinizə görə versin. O da mənə söylədi ki, bu sözlərin mənə qarğış kimidir. Amma mən hər zaman özümə nəsə arzu edəndə deyirəm kİ, Allah ürəyimə görə versin. Bəzən də daxilimi insanların duymasını istəmirəm. Çünki dünyada ən dərin dərya insanın öz dəryasıdır. İnsan batanda bütün dərinliklərdən onu çıxartmaq olur. Amma insan öz dünyasında batanda onu oradan heç kim çıxara bilmir. Yalnız o quyudan özü özünü çıxara bilər”

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1750 Tarix: 20.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər