İlanlarla yaşayan məcburi köçkünlər: "Beşikdəki körpəmin başının üstündə idi" – VİDEO

İlanlarla yaşayan məcburi köçkünlər: "Beşikdəki körpəmin başının üstündə idi" – VİDEO

Mingəçevirdəki məcburi köçkünlərin məskunlaşdığı ərazi ilanların hücumuna məruz qalıb.

BiG.AZ xəbər verir ki, ilanlar həmin ərazini mühasirəyə alıb. Səmərqənd Əhmədova deyir ki, iki gün öncə qonşulardan biri beşikdə yatan körpəsinin başı üzərində ilan görüb. Həmin vaxt körpənin valideyni əlindəki dəyənəklə ilanı öldürüb.

Sakin: "Yemək yedik, boşqabları götürüb qapıdan çıxanda mənimlə qarşılaşdı. Boşqabları vurdum yerə qaçdım,qışqıranda qonşu gəlib öldürdü. Hər yandan çıxırlar".

Ərazidə yaşayanlar bildirir ki, bu il ilan və əqrəblər daha çox aktivləşib.

Sakin: "60 sm uzunluğunda olur. Baş barmaq boyda".

Mingəçevir şəhər Dezinfeksiya idarəsinin şöbə müdiri Zahid Məmmədov bildirir ki, həmin ərazilər 3 il öncə həmin ərazidə dezinfeksiya işləri görülüb. Hazırda isə dezinfeksiya işləri idarə ilə bağlanan müqaviləyə əsasən aparılır. O, bildirir ki, həmin ərazilərdə ilan yayılmasından xəbərsizdirlər.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1461 Tarix: 20.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
fevral_sevgisi
fevral_sevgisi 20.06.2017
oyyy Allah uzaq elesin tesekkurler


 
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər