Bakı Avtovağzalının yeni SAHİBİ məlum oldu - FOTOLAR

Bakı Avtovağzalının yeni SAHİBİ məlum oldu - FOTOLARBundan əvvəl keçmiş nazir Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun mülkiyyətində olan Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin yeni mülkiyyətçisinin adı açıqlanıb.

Avtovağzal kompleksinin fəaliyyətini kurasiya edən Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin "Azadlıq" radiosunun informasiya sorğusuna verdiyi rəsmi cavaba əsasən bu mülkiyyətçi "Azerbaijan Graund Services" MMC şirkətidir. Başqa sözlə, avtovağzal kompleksi özəl mülkiyyətdir və həmin MMC-yə məxsusdur.

Nazirliyin cavab məktubunda deyilir ki, Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin nazirliyin tərkibinə daxil olan təsərrüfat hesablı müəssisələr siyahısına daxil edilməsi istiqamətində iş aparılmır. "Amma Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəqliyyat sahəsində dövlət siyasətini gerçəkləşdirən tənzimləyici mərkəzi icra hakimiyyəti orqanı olaraq, ölkənin sərnişindaşımada vacib strukturu olan Bakı Beynəlxalq Avtovağzalının fəaliyyətini diqqət mərkəzində saxlayır», – nazirliyin məktubunda belə yazılıb.

Bakı Avtovağzalının yeni SAHİBİ məlum oldu - FOTOLARAvtovağzal kompleksinin Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin nəzarətinə verilməsi haqda virtualaz.org bundan əvvəl məlumat yaymışdı. Daha əvvəl isə obyekt Prezidentin İşlər İdarəsinin müvəqqəti nəzarətinə verilmişdi. Lakin kompleksin yeni mülkiyyətçisi açıqlanmamışdı.

Xatırladaq ki, tikintisi 80 milyon dollara başa gəlmiş Bakı Beynəlxalq Avtovağzalı Kompleksi Britaniya Virgin adalarında qeydiyyatda olan «Trans European Leasing Group» tərəfindən 2004-cü ildə təsis edilən "Baku XXI Centry" LLC şirkətinə məxsusluğu bir neçə il əvvəl üzə çıxmışdı. Məlum olmuşdu ki, həmin şirkətin təsisçisi və sahibi o vaxt deputat mandatı daşıyan Elton Məmmədovdur. Elton Məmmədov özü bu məlumatı təsdiq etmişdi.

Lakin məmmədovlar klanının vurulmasından sonra onlara məxsus digər biznes aktivləri kimi avtovağzalın da mülkiyyətçisinin dəyişdiyi haqda xəbərlər dolaşmağa başladı. Bəs yeni mülkiyyətçi kim idi?

İndi avtovağzalı kurasiya edən nazirlik bu mülkiyyətçinin adını açıqlayır. Lakin "Azerbaijan Graund Services" şirkətinin özünün mülkiyyətçisi kimdir, bu məlum deyil.

Bu şirkətin internet saytında göstərilir ki, "Azerbajan Graund Services" 2016-cı ildə Vergilər Nazirliyində qeydiyyatdan keçib. Şirkətin saytında deyilir: "Azerbaijan Ground Services" MMC-nin fəaliyyətinin əsas istiqamətini Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən "Avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün" verilmiş lisenziyalar əsasında şəhərlərarası və beynəlxalq sərnişin daşınmaları təşkil edir.
Bakı Avtovağzalının yeni SAHİBİ məlum oldu - FOTOLAR"Azerbaijan Ground Services" MMC Bakı Beynəlxalq Avtovağzal Kompleksində şəhərlərarası və beynəlxalq sərnişindaşıma üzrə avtovağzal xidməti göstərərək, bu sahədə xidmət səviyyəsini yüksəldir və fəaliyyət dairəsini genişləndirir. Hal-hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Respublikanın bütün bölgələrinə, həmçinin Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri fəaliyyət göstərir. Bundan başqa "Azerbaijan Ground Services" MMC beynəlxalq sərnişindaşıma üzrə bir ilkə imza atarq "Bakı-Batumi" reysini həyata keçirməyə başlayıb".

Bakı Avtovağzalının yeni SAHİBİ məlum oldu - FOTOLARŞirkət özünün internet saytında Bakı Beynəlxalq Avtovağzal Kompleksindən başqa, Yevlax, Ağsu, Quba və Ucar avtovağzalları haqda da məlumat verir. Bu avtovağzalların bir çoxunun «ZQAN Konstrakşn» MMC və «Azərinşaatservis» MMC tərəfindən tikildiyi bildirilir. Məsələn, hər biri 4 milyon 800 min dollara başa gəldiyi iddia olunan Yevlax və Quba avtovağzalları «Garant Holding» MMC-yə daxil olan «M-Trans» MMC-nin sifarişi ilə inşa olunub. İndi isə belə görünür ki, Bakı Beynəlxalq Avtovağzalı ilə yanaşı həmin avtovağzallar da məmmədovlardan alınıb, yeni mülkiyyətçiyə keçib.

«Azerbaijan Ground Services» MMC-nin direktoru Seymur Aslanovdur. Mətbuat onun 2015-ci ildə Bakı Beynəlxalq Avtovağzalının direktoru təyin olunduğunu yazır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8805   Tarix: 20 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 32623 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı artıb. Bu barədə Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra məlumat yayıb. Kudra bildirib ki, son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağın

13:26 133
.

Siyam əkizlərindən biri evləndi

Siyam əkizləri Abbi və Britani adlı siyam əkizlərindən sol tərəfdə olan Abbi evlənib. xəbər verir ki, o, hərbçi Coş Bovlinq ilə ailə qurub. Cütlük 2017-ci ildə kilsədə tanış olublar. Coş digər əkizin də razılığını alandan sonra Abbiyə evlənmə təklif edib. Əkizlərin beldən aşağı orqanları və qan axın

16:22 326
.

Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

15:52 206
.

İsmayıl Tamoyev Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır

15:21 246
.

Azərbaycanda "Prius"un qiyməti kəskin ucuzlaşdı (FOTO)

Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius"ların kütləvi satışına başlanılıb. BİG.AZ -a istinadən xəbər xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub. Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərl

13:15 421
.

Yeni qanun hansı taksi sürücülərinə şamil olunacaq ?

Azərbaycanda bundan sonra taksi minik avtomobilləri ağ və yaxud qırmızı rənglərdə olacaq. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"d

13:30 13
.

Almaniyada yanğın nəticəsində ölənlərin xatirəsi yad edilib - VİDEO

Almaniyanın Solingen şəhərində yerləşən 4 mərtəbəli binada yanğın baş verən yanğınla bağlı mərasim keçirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində eyni ailədən olan 4 nəfər ölüb. Onların Türk mənşəli Bolqarıstan vətəndaşları olduğu bildirilib. 1993-cü il mayın 29-da Solingen şəhərində evlərini

12:26 92
.

AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi. Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqd

12:54 238
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

13:19 244