DƏHŞƏT! Azərbaycan restoranında İFTARDAN kütləvi ZƏHƏRLƏNMƏ

DƏHŞƏT! Azərbaycan restoranında İFTARDAN kütləvi ZƏHƏRLƏNMƏ28 mall-da yerləşən restoranların birində zəhərlənmə faktı qeydə alınıb.

BiG.AZ-a daxil olan məlumata görə, 19 iyun tarixində iftar süfrəsində zəhərlənmə hadisəsi baş verib.

Belə ki, Nailə Əmrullayeva nəvəsi və gəlini ilə 28 mall-da yerləşən, "Pak Dad", "Manqal" şəbəkəsinə məxsus olan "Zirinc" restoranında iftar edərkən zəhərlənib. İftar süfrəsindən bir neçə saat sonra ailənin səhhəti pisləşib.

Nailə Əmrullayevanın verdiyi məlumata görə, iftar menyusuna daxil olan yeməklərin dadında turşluq hiss olunub:

"Axşam iftar etmək üçün 28 mall-ın 3-cü mərtəbəsində yerləşən "Zirinc" restoranına getdik. Gəlinim, nəvəm də yanımdaydı. Nəvəmin 3 yaşı var. Orada bizə dedilər ki, iftar menyumuz var, qiyməti də münasibdir. 8 manata olan iftar menyusu sifariş etdik. Qarabaşaq üstündə ət və rəngli bibərlə, mərci supu, toyuq salatı və paytaxt salatı gətirdilər. Yeyəndə qarabaşağın da bərkidiyini hiss etmək olurdu, paytaxt salatından da turş dad gəlirdi, yeməyi belə axıra qədər yeyə bilmədik. Artıq evə çatanda halımız pisləşdi. Gecə saat 3-ə qədər qaytarmışıq. Bu müqəddəs gündə istəmirik ki, bizim kimi inanclı insanlar iftar süfrəsindən zəhərlənsinlər".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BiG.AZ-a açıqlamasında bu kimi halları istehlakçılarının hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirib:

"Zirinc" restoranında, eləcə də digər restoranlarda müştərilərin zəhərlənməsi halları birbaşa olaraq istehlakçıların hüquqlarının pozulması hallarıdır və istehlakçılar belə olan təqdirdə istənilən kompensasiyanı tələb etmə haqqına malikdirlər. Lakin Səhiyyə Nazirliyi istehlakçıların hər hansısa bir məhsuldan zəhərlənməsi ilə bağlı rəy verməyəcək. Çünki Səhiyyə Nazirliyi əgər hər hansısa bir məhsuldan zəhərlənməni təsdiq etsə, həmin şirkət nazirliyin verdiyi sertifikatı götürüb qoyacaq nazirliyin masasına. Burada da bəzi maraqlar toqquşur. Lakin həmin ailə Azad İstehlakçılar Birliyinə müraciət etsə, biz onların hüquqlarının qorunması istiqamətində bəzi addımları ata bilərik. Ölkə başçısının bu ilin fevral ayında imzaladığı fərmanla "Qida Təhlükəsizlik Agentliyi"-nin yaradılması bu kimi neqativ halların qarşısını birdəfəlik alacaq. Nə qədər ki müstəqil ekspertiza yoxdur, bu kimi neqativ hallar baş alıb gedəcək. Əgər hər şey qanun çərçivəsində aparılsa, həmin şirkət onlara kompensasiya ödəməli və onların bütün müalicə və müayinə xərclərini qarşılamalıdır".

"Zirinc" restoranı və digər restoranlar şəbəkəsinin meneceri isə məsuliyyətdən boyun qaçırdaraq onların məhsullarından zəhərlənmə faktının olmasını mümkünsüz adlandırdı.

Rövşən Əsədov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 11587   Tarix: 20 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

14:20 0
.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

16:01 0
.

Bədbəxt hadisələr üst-üstə gəldi: baba və nəvə eyni gün dünyasını dəyişdi

Siyirmə dəyərək boynu qırılan 15 aylıq körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, həmin gün körpənin babası da dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib. Belə ki, Evrim-Mikayıl Şamlı cütlüyü ötən gün 15 aylıq oğullarını nənəsinin yanına qoyub. Nəvəsinə tək baxan, eyni zamand

12:26 0
.

Şəmkirdə 7-ci sinif şagirdini bıçaqlayan şəxs tutuldu

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il təvəllüdlü M.Qasımovu bıçaqlamaqda şübhəli bilinən Ü.Mehdiyev şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun ba

11:06 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

17:36 0
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

Bu məktəbdə yoxlama aparıldı - Direktor işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Qaynarinfo xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən

11:22 0
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

12:44 0
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

14:47 0