Maştağada bir ailə mal-qaradan XƏSTƏLİYƏ TUTULDU: "Bu bədbəxtlik qanundakı boşluqdan irəli gəlir..."

Maştağada bir ailə mal-qaradan XƏSTƏLİYƏ TUTULDU: "Bu bədbəxtlik qanundakı boşluqdan irəli gəlir..."Bakının Məştağa qəsəbəsi Leic bağlarında bir qonşunun mal-qara saxlaması digər qonşuların narazılığına səbəb olub.

Bu barədə BiG.AZ redaksiyasına şikayət ünvanlayan Leic bağlarının sakinləri Arif adlı qonşulaırnın 3-ildən artıqdır ki, mal-qara saxlamasından şikayətçi olduğunu bildirib:

"Mən Maştağa qəsəbəsi, Leic bağları 2252 ünvanda yaşayıram. Hasar qonşum Arif adlı şəxs 3 ildir ki, çoxlu sayda mal-qara saxlayır. Onun mal-qarasının səsindən, üfunət qoxusundan hara qaçacağımızı bilmirik. Heyvanlar yaşayış məntəqəsindən kənarda saxlanılmalı olduğu halda yaşayış məntəqəsində saxlanılır və saxlanma qaydalarına əməl edilmir. Natəmizlik, xəstəlik, qoxu baş alıb gedir. Qoxu o dərəcədədir ki, göz yaşarır, boğaz göynəyir, hətta özümüzdən də heyvan qoxusu gəlir. Biz burda körpə uşaq saxlayırıq, uşaqların iydən boğazı tutulub, gecələr yata bilmir. Xahiş edirik bizə kömək edin, bir ailə burada məhv olur".

Məsələ ilə bağlı BiG.AZ-a danışan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru Ağasəlim Həsənov şəhər mühitində heyvan saxlamağın ümumiyyətlə qadağan edilməli olduğunu, bu sahədə qanunlarımızda boşluq olduğunu bildirib:

"Ümumiyyətlə şəhər mühitində mal-qara saxlanılmasını məqsədəuyğun hesab etmirəm. Bu barədə qanunvericilikdə hansısa müddəalar varsa belə bu sahədə ciddi islahatlar aparılmalı və qadağan edilməlidir. Nəyə görə qadağan edilməlidir? Ona görə ki, böyük və sivil şəhərlərdə demoqrafik vəziyyət nəzərə alınmalıdır, sıxlıq və digər insanların diskomfort olmasını nəzərə almaq lazımdır. Hətta sallaqxanalara (qəssabxana) belə kəsilməsi üçün mal-qara gətirildikdə yolla keçən insanlar bundan narahat olur. Həm qoxusu, həm səsi digər insanların sərbəstliyini məhdudlaşdırır.

Ona görə də hesab edirəm ki, islahatlar edilməli, bu, birmənalı olaraq qadağan edilməlidir. Sizin qeyd etdiyiniz şikayət məktubunda qanunvericiliyin mövcud durumunda hər iki tərəfdə haqq var. Birinin sərbəst şəkildə mal-qara saxlamaq hüququ, digərinin isə təmiz hava almaq, rahat və sakit yaşamaq haqqı var. Burada qəti qərar qəbul etmək olduqca çətin məsələdir.

Bu da qanunvericiliyin boşluğudur. Əgər qanun qəbul edilsə ki, bu yasaqdır o zaman bu qədər də çətin durumlar yaşanmaz. Hazırda isə əgər bir insanın mal-qara saxlaması birdən artıq insanı və bir neçə qonşunu ciddi narahat edirsə o zaman qanun da çoxluğu nəzərə almalıdır.
Biz nəzər salsaq inkişafda olan, yaxud inkişaf etmiş ölkələrə siz orada demoqrafik sıxlıq olan ərazilərdə heç vaxt mal-qara saxlayan insanları görə bilməzsiniz. Ancaq xüsusi yerlərdə və yaxud fermalarda, saxlama şəraiti olan yerlərdə bu mümkündür. Biz ölkəmizə nəzər salsaq görərik ki, hətta sıxlıq olan yerlərdə belə insanlar heyvan saxlayır və kimlərinsə narahatlığına belə məhəl qoymurlar".

Vətəndaşların şikayəti ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəsi Cavadov Fərrux Əhməd oğlu isə qəsəbədə Leic bağları adlı ərazinin olmadığını bildirib.

Rövşən Əsədov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3148   Tarix: 19 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

12:53 0
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

14:39 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

17:36 0
.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

14:00 0
.

"Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq"

"Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti də koordinasiya olunur. Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatda olan 389

10:46 0
.

Bu məktəbdə yoxlama aparıldı - Direktor işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Qaynarinfo xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən

11:22 0
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

15:38 0
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

14:47 0