"Yaxşı ana olsaydın, oğlun içməzdi..." - Övladları 75 yaşlı qadını küçəyə atdı/FOTOLAR

"Yaxşı ana olsaydın, oğlun içməzdi..." - Övladları 75 yaşlı qadını küçəyə atdı/FOTOLARBöyük oğlum öləndən sonra gəlin evi əlimdən aldı, məni küçəyə atdı. Digər oğlum həbsdədir, biri isə içki düşkünüdür. Evdən qovulandan sonra bir həftə küçələrdə qaldım. Sonra kirayə ev tutdum, bu dəfə də bütün pulumu kirayəyə ödədim, təqaüdüm çörək almağa belə yetmədi....

BiG.AZ xəbər verir ki, bunu virtualaz.org-a Şəmkir rayon sakini, 75 yaşlı Nəsibə Əliyeva deyir. Hazırda "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağında yaşayan N.Əliyeva qonşuların tövsiyəsi ilə son pulunu avtobusa verib, Bakıya gəlib. Ona verilişlərin birinə çıxıb dərdini danışmaq təklif olunub. "Dedilər ki, dərdini danışandan sonra səni Qocalar evinə yerləşdirəcəyik. Amma veriliş bitdi, küçədə qaldım. Mənə dedilər ki, hələ uzun müddət gözləməlisən",-Nəsibə Əliyeva deyir.

Həyat yoldaşı öləndən sonra kənddə təsərrüfatda çalışan 75 yaşlı qadın 4 övlad böyüdüb. Övladının biri dünyasını dəyişib. "Həyat yoldaşım öləndən sonra təsərrüfatda çalışdım, övladlarımı böyütdüm. Amma oğlanlarım içki düşkünü oldu, mənə sahib çıxmadılar. Şəmkirdə yaşayan oğlum ailəsinə, uşaqlarına belə sahib çıxmır. Təsəvvür edin ki, təqaüdümü alıb içkiyə xərcləyirdi, dərman almağa imkanım olmurdu",- N.Əliyeva başına gələnləri söyləyir.

"Yaxşı ana olsaydın, oğlun içməzdi..." - Övladları 75 yaşlı qadını küçəyə atdı/FOTOLARQızı anasının Qocalar evinə yerləşdirilməsinə razıdır, amma Nəsibə Əliyeva onun günahsız olduğunu deyir. "Qızımın iki övladı var, qaynata-qaynana ilə birgə yaşayır. Onların maddi imkanı yaxşı deyil. Mənə dedi ki, imkanım olsaydı sənə baxardım, amma maddi sıxıntımız var. Yəqin ki, Qocalar evində darıxmayacağam, orada məni heç kim incitməyəcək. Heç olmasa qarındolusu yemək verəcəklər. Bəzən gəlinim oğlumla dalaşırdı, həmin gün mənə yemək vermirdilər. Deyirdi ki, "yaxşı ana olsaydın, oğlun içməzdi, ailəsinə baxardı". Bilirəm ki, düz deyir, artıq kimsəyə möhtac olmaz istəmirəm",-N.Əliyeva söyləyir.

Qonşuların yemək, geyim təklifinə razılaşmayıb. Deyir ki, oğlanlarını əzdirmək istəməyib. Qonşular hər dəfə oğlanlarını söyəndə içi göynəyib: "Qonşular mənə bir qab yemək verirdilər, amma heç kimə möhtac olmaq istəmirdim. Küçədə gecələyəndən sonra vəziyyətim pisləşib, hər gün dərman qəbul edirəm. Hər gün birindən yardım gözləyərək yaşamaq çətindir, ölmək istəyirəm, ölüm də məndən yan qaçır".
"Yaxşı ana olsaydın, oğlun içməzdi..." - Övladları 75 yaşlı qadını küçəyə atdı/FOTOLARQadın sığınacaqda yeməklə, yataqla təmin edilib. Amma uşaqlarla birgə qalmağın çətin olduğunu deyir. "Uşaqlarla eyni otaqda qalıram, bəzən gündə iki dəfə təcili yardım çağırırlar. Uşaqları da narahat edirəm. Küçədə kimsəsiz ölmək istəmirəm, tək istəyim Qocalar evinə getməkdir. ",-qadın kömək istəyir.

N.Əliyevanın övladları ilə əlaqə saxlanılıb, onun sığınacaqda yerləşdirildiyini deyiblər. Lakin qadının gətirildiyi 20 gün ərzində bir dəfə də olsun zəng vurub maraqlanan olmayıb. "Mənim onlardan gözləntim yoxdur, dövlətin verdiyi təqaüdlə belə qarşıma bir qab yemək, su qoymayan övladları istəmirəm" desə də, hər qapı açılanda ayağa qalxıb, "gəldilərmi" soruşur...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1940   Tarix: 19 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 395
.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

28.03.2024 238
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

28.03.2024 136
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

28.03.2024 124