Dövlət Yol Polis İdarəsi sürücülərə XƏBƏRDARLIQ etdi

Dövlət Yol Polis İdarəsi sürücülərə XƏBƏRDARLIQ etdi
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi çimərlik mövsümünün başlanması ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

BiG.AZ xəbər verir ki, İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, çimərlik mövsümünün başlanması ilə əlaqədar yollarda nəqliyyat vasitələrinin hərəkəti intensivləşəcək: "Yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün sürücülərə sürət həddinin aşağı endirilməsini, ara məsafəsinin normadan artıq saxlanılmasını tövsiyə edirik".

Çəkələklə avtomobil idarə etmənin təhlükə yaratdığını diqqətə çatdıran V.Əsədov sürücülərə çəkələklə avtomobil idarə etməməyi tövsiyə edib. (Qafqazinfo)
Dövlət Yol Polis İdarəsi sürücülərə XƏBƏRDARLIQ etdi

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1056 Tarix: 19.06.2017


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol