Bacıoğlu qoca dayısını vəhşicəsinə döydü

Bacıoğlu qoca dayısını vəhşicəsinə döydü
Neftçalada xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
BiG.AZ report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Boyat kəndində qeydə alınıb.
İlkin məlumata görə, 67 yaşlı kənd sakini Zeynalov Qardaş Həsən oğlu mübahisə zəminində Rövşən adlı bacısı oğlu tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. Zərərçəkən Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona tibbi yardım göstərildikdən sonra Qardaş Zeynalov Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1400 Tarix: 19.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər