"Tvitter" tarixində bir ilk

"Tvitter" tarixində bir ilk
Amerikanın 32 yaşlı pop-ifaçısı Keti Perri "Twitter"dəki mikrobloqunda abunəçilərinin sayını 100 milyona çatdırıb.

BiG.AZ xəbər verir ki, sosial şəbəkə inzibatçılarının məlumatına görə, bu nəticə "Twitter" tarixində ilk dəfədir qeydə alınır.

Bildirilir ki, müğənni "tarixi nəticə"yə nail olmaq üçün bir müddət əvvəl canlı yayımda öz həyatından bəhs edən 96 saatlıq videoçəkiliş təşkil edib. Operator və rejissorlar canlı yayım zamanı 41 kamera ilə işləyiblər.

Bunun sayəsində müğənninin pərəstişkarları pop-ulduzun yoqa ilə necə məşğul olduğunu, yatdığını, qidalandığını, iti yemlədiyini, yanına qonaq gələn digər "ulduzlar"la necə ünsiyyət saxladığı öyrəniblər.
Müğənni bu göstəriciyə görə 23 yaşlı kanadalı ifaçı Castin Biberi qabaqlayıb.
Mənbə: Report

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1633 Tarix: 18.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Bushmeyster
Bushmeyster 18.06.2017
gozel qizdir,coox beyenirem.Gozleri ve gulushunu xususen


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər