Hərbçilər arasında kütləvi zəhərlənmə

Hərbçilər arasında kütləvi zəhərlənmə
Türkiyədə əsgərlər arasında kütləvi zəhərlənmə hadisəsi böyük təşviş yaradıb.
BiG.AZ Ölkə.Az-a istinadən xəbər verir ki, Manisada Piyada Təhsil Briqada Komandirliyinin hərbçiləri axşam yeməyindən sonra zəhərləniblər. Briqadanın rəhbəri Arif Seyhun bildirib ki, ümumilkdə 200-dən çox hərbçi zəhərlənib. Onun sözlərinə görə, ötən gün axşam yeməyindən sonra əsgərlərdə ardı-ardına qarın ağrısı və qusma halları baş verib.

“Ümumilikdə 200-dən çox hərbçi zəhərlənmə diaqnozu ilə xəstəxanalara aparılıb. Hərbçilərə ilkin yardım göstərilib və onları dövlət xəstəxanasına yerləşdiriblər. Hərbçilərin müalicəsi davam edir. Təəssüf ki, onlardan bəzilərinin vəziyyəti ağırdır”, - deyə Arif Seyhun vurğulayıb.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Qeyd edək ki, artıq neçənci dəfədir ki, Türkiyədə əsgərlərin zəhərlənmə halları baş verir. İyunun 12-də analoji hadisə Diyarbəkir əyalətində qeydə alınmışdı. Diyarbəkir əyalətinin 7-ci korpusuna bağlı nəzarət məntəqəsində 25 əsgər qida zəhərlənməsi dioqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1755 Tarix: 18.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Lissa
Lissa 18.06.2017
Vayy Allah wefa versinn


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər