Şəhidimiz üç əsgərin həyatını xilas edibmiş

Şəhidimiz üç əsgərin həyatını xilas edibmiş
Ötən gün düşmən təxribatının qarşısı alınarkən şəhid olan hərbi qulluqçumuz Sultan Şahvələdov bu il fevral ayının 9-da Murovdağda qar uçqununa düşən 3 əsgərin həyatını xilas edib.
BiG.AZ azvision.az-a istinadən bildirir ki, bu barədə Qusar Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, göstərdiyi şücaətə görə hərbi hissə rəhbərliyi S.Şahvələdovun mükafatlandırılmasına dair Müdafiə Nazirliyinə təqdimat göndərib.

"Təəssüf ki, medalı sağlığında ala bilmədi. Çünki, medal 26 iyun Azərbaycan Silahlı Qüvvəlləri günü ona təqdim ediləcəkdi. 23 yaşlı Sultan Şahvələdov Rusiyada ali təhsil alsa da, hərbi xidmətini vətəni Azərbaycanda keçməyi özünə borc bilib. Ailənin 3-cü övladı olub. Sultan vətənpərvər gənc idi. Vətənini canından çox sevirdi".

Qeyd edək ki, Şahvələdov Sultan Niyaz oğlu ötən gün Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olub.

Şəhd hərbçimiz Qusardakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 1994-cü il təvəllüdlü, şəhid Sultan Şahvələdovundəfn mərasimi baş tutduqdan sonra tabutuna bükülən üçrəngli bayraq ailə üzvlərinə təqdim olunub.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3265 Tarix: 17.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Edaletli
Edaletli 18.06.2017
Allah rehmet elesin.


 
Anaveten
Anaveten 17.06.2017
can can Allah səbr versin ailəsinə


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər