Deputat: "Rus dilini bilmək altı qulağın olmaq deməkdir"

Deputat: "Rus dilini bilmək altı qulağın olmaq deməkdir"Milli Məclisin İntizam komissiyasının sədri, deputat-professor Ağacan Abıyev deputat həmkarı Arif Rəhimzadənin son müsahibəsi zamanı rus dili ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
BiG.AZ-ın xəbərinə görə, A.Abıyev "Ölkə.Az"-a açıqlamasında deyib ki, rus dili Azərbaycanın dünyaya yox, Rusiyaya çıxışına imkanlar yaradır:
"Bu gün mən rus dilində gedib Fransada danışa bilmərəm. Rus dili ilə ancaq rusdilli ölkələrdə danışmaq olur. Dünyaya çıxış üçün ilk növbədə ingilis dilini bilmək lazımdır. Ümumiyyətlə, bacaran insan həm Azərbaycan, həm ingilis, həm rus, həm də digər dilləri bilsə daha yaxşı olar. Ancaq ilk növbədə öz doğma dilini bilmək əsas şərtdir. Sonra isə rus və ingilis dillərini bilmək lazımdır. Əgər bu gün övladlarımız ingilis dilini bilirsə, bu onların yüksək bacarığıdır. Bilirsiniz, biri var ki, adamın iki qulağı olsun, həmin qulaqlarla eşitsin. Biri də var ki, adamın altı qulağı olsun və həmin qulaqlarla daha çox ünsiyyət saxlayıb eşitsin. Rus, ingilis dilini bilmək altı qulağın olmaq deməkdir. Belə olanda, daha çox dünya görüşün, informasiya almaq bacarığın olacaq".

Rusiyanın təhsil və elm naziri Olqa Vasilyevanın MDB məkanında vahid kiril əlifbasına keçməklə bağlı çağırışına da toxunan A.Abıyev qeyd edib ki, Rusiya uzun illərdir kiril əlifbası ilə işləyir:

"Azərbaycan isə həm kiril, həm də latın əlifbasını bilir. Bu baxımdan da bizim imkanımız var ki, ruslarla kiril əlifbası ilə yazışaq. Ancaq hesab edirəm ki, indi Azərbaycanda mövcud əlifbanı dəyişməyə ehtiyac yoxdur. Mən kiril əlifbasının tətbiqinin əleyhinəyəm. Azərbaycan artıq 20 ildir ki, latın əlifbası ilə işləyir. Eyni zamanda biz kiril əlifbasında da yaza bilirik. Azərbaycan əhalisinin əksəriyyəti rus dilində də danışmağı bacarır. Ancaq bu o demək deyil ki, biz mövcud əlifbamızı dəyişməliyik. Xeyr, buna ehtiyac yoxdur. Hesab edirəm ki, Azərbaycan üçün latın əlifbası daha yaxşıdır. Çünki biz ingilis dilini də latın əlifbası ilə daha yaxşı öyrənirik".

Professor Azərbaycanda tez-tez əlifbanının dəyişdirilməsinə qarşı olduğunu söyləyib:

"Mənim qəti fikrim odur ki, bu camaatın üzərində eksperiment aparmaq daha bəs edər. Azərbaycan tarixində tez-tez əlifba dəyişdirilib. Hazırkı əlifbamız ən məqsədə uyğunudur. Ona görə də daha əlifba dəyişməyə ehtiyac yoxdur. Ümumiyyətlə, nəyisə dəyişdirəndə əvvəlcə onun modelini yaradıb dəyişmək lazımdır ki, görək uğurlu olur, yoxsa yox".

A.Abıyev vurğulayıb ki, rus dilli təbəqənin digər insanlardan daha çox savadlı olması barədə səsləndirilən bəzi fikirlər isə düzgün deyil:

"Əgər kim öz dilində savadlıdırsa, deməli o buna layiqdir. Yoxsa ki, savad dillə, irqlə olmur. Hər hansı bir bilikləri, məlumatları biz həm rus, həm Azərbaycan, həm də ingilis dillərində əldə edə bilirik. Burada dil amili rol oynamır. Əgər kimsə ağıllıdırsa, bunun onun dili ilə əlaqəsi yoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2128   Tarix: 17 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb

Mozambikdə əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb. xəbər verir ki, Mozambik Xəbər Agentliyinin məlumatına görə, ölkənin mərkəzi bölgəsindəki Zambezi çayında əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən bi

17.04.2024 334
.

İsrailin Qəzzanın şimalına hücumu nəticəsində 13 fələstinli həlak olub

İsrail ordusunun Qəzza zolağının şimalındakı Şeyx Rıdvan bölgəsinə təşkil etdiyi hücumda 13 fələstinli həyatını itirib. xəbər verir ki, şahidlərin sözlərinə görə, Şeyx Rıdvan körpüsü yaxınlığında insanların internetə qoşulmaq üçün istifadə etdikləri nöqtəyə İsrail döyüş təyyarəsi tərəfindən raket hücum

17.04.2024 181
.

Vəfat edən Hadı Rəcəblinin oğlu: "Hazırda aeroportdayam"

"Atamın heç bir xəstəliyi yox idi. Ölümü çox ani oldu". Bunu Bizim.Media-ya mərhum deputat Hadı Rəcəblinin oğlu Tural Rəcəbli bildirib. O qeyd edib ki, xəbəri eşidən kimi Moskvadan Bakıya uçub:. "Hazırda aeroportdayam. Atamla danışırdıq, çox yaxşı idi. Ölümü qəfildən oldu. Heç bir xəstəlikdə

17.04.2024 1084
.

Rusiya estoniyalı diplomatı deportasiya etmək qərarına gəlib

Rusiya Xarici İşlər Nazirliyi qarşılıqlılıq prinsipinə uyğun olaraq estoniyalı diplomatın deportasiya edilməsinə qərar verildiyini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə Estoniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Jana Vanamolder nazirliyə çağırılıb. Açıqlamad

17.04.2024 198
.

Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı QƏRAR verildi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun 30 milyonluq əmlakının yenidən müsadirədən azad edilməsi ilə bağlı kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda tərəflərin çıxışı dinlənilib. Çovdarovla birg

17.04.2024 836
.

Qəzzada ölənlərin sayı 33899 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 33899 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Açıqlamada İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində dah

17.04.2024 221
.

Hüseynbala Mirələmov: "Kürəkəni mənə ağlaya-ağlaya dedi ki, Hadı müəllim yıxılıb qalıb"

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli bu gün səhər saatlarında ürək çatışmazlığından vəfat edib. onun yaxın dostlarından olan sabiq deputat Hüseynbala Mirələmovla əlaqə saxlayıb. O, dostunun ölüm xəbərindən sarsıldığını söyləyib:. "Dünən gec

17.04.2024 863
.

"İstisna deyil ki, İsrail İrana cavab verəcək və beləcə, çoxdandır istədiyi bəzi düymələrə basacaq"

"Dünyada olduqca təhlükəli proseslər gedir. Son günlərdə baş verən İran-İsrail qarşıdurması bu hadisələrin pik nöqtəsidir. İran və İsrail arasında baş verənlər Yaxın Şərqdəki regional siyasətə bir qədər düzəlişlər edilməsilə nəticələcək". Bu sözləri BİG.AZ-a politoloq Zaur Məmmədov deyib.

17.04.2024 336
.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 187