"Balıq tutub evə gələndə gördüm ki, nəşəyə oxşayan nəsə var" - VİDEO

"Balıq tutub evə gələndə gördüm ki, nəşəyə oxşayan nəsə var" - VİDEO
Ötən gün Ucar Rayon Polis şöbəsi əməkdaşlarının rayonun Bərguşad kənd sakini Xanoğlan Abbasovu narkotik vasitə satarkən iş başında yaxaladıqları barədə məlumat vermişdik.

BiG.AZ ARB TV-yə istinadən xəbər verir ki, saxlanılan şəxs müsahibəsində narkotik vasitədən istifadə etmədiyini bildirib:

Xanoğlan Abbasov (saxlanılan şəxs): "Balıq tutub evə gələndə gördüm ki, nəşəyə oxşayan nəsə var. Fikləşdim ki, bundan yığıb bir az aparım. Qaldı çəkmək məsələsinə, qurutdum, amma çəkmədim. Satmağa aparanda bir nəfər tanımadığım şəxs dedi ki, mən alıram. Aparıb ona satanda polislər məni tutdular".


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Oxunub: 3759 Tarix: 17.06.2017
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər

0.034