Aygün Bəylərin qardaşı meyiti necə basdırdığını danışdı - Qətl işi

Aygün Bəylərin qardaşı meyiti necə basdırdığını danışdı - Qətl işiBakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
BiG.AZ-ın APA-ya istinadən xəbərinə görə, hakim Cavid Hüseynovun sədrlik etdiyi prosesdə təqsirləndirilən Elmir Alxazov ifadə verərək bildirib ki, digər təqsirləndirilən Fuad Məmmədzadə ilə sinif yoldaşı olub. Onun sözlərinə görə, F. Məmmədzadə bir gün ona narkotik vasitə əkməyə yer lazım olduğunu deyib: "Ona dedim ki, Abbas və digər tanıdığım uşaqlar var, onların vasitəsi ilə yerlə maraqlanaram. Sonra Abbasla onun işlətdiyi internet klubda görüşdüm və ona Fuadın dediyi məsələni danışdım. Həmin vaxt mərhum Elnur Hümmətov da orada idi. Onlara Cavid Alxazovun Qala qəsəbəsində evi olduğunu, həmin evi kirayə götürməyi təklif etdim. Sonra Abbas və Elnurla birlikdə Fuadla görüşdük. Cavidin evini kirayə götürmək və orada narkotik becərmək barədə razılaşdıq".

Elmir Alxazov qeyd edib ki, kirayə götürdükləri evdə dibçəkdə marixuana əkiblər: "Cavidin bundan xəbəri olmayıb. Elnur və Abbas növbəli şəkildə marixuanalara nəzarət ediblər. Bütün bunlar 2013-cü ilin yaz aylarında olub. Sonradan Ramil əkdiyimiz narkotiklərlə bağlı problem olduğunu və təcili bağa gəlməyimizi bildirdi. Mən də bunu Abbasa dedim, Abbasın maşını ilə yolüstü Suraxanıdan Fuadı da götürərək bağa gəldik".

Onun sözlərinə görə, bağa gələndə E.Hümbətovun qətlə yetirildiyini görüb: "Ramilin ağladığını, ortalıqda meyit olduğunu gördük. Ramil dedi ki, Elnuru öldürüb. Meyiti görəndə hamımız şok keçirdik. Abbasla Fuadın vəziyyəti daha da pis idi. Abbas Fuadı maşını ilə apardı. Sonra mən və Ramil meyiti bağda basdırdıq".

Elmir Alxazov suallara cavab verərkən digər təqsirləndirilən Ramil Əsirovun Elnur Hümmətovu qətlə yetirməsini belə izah edib: "Ramillə Elnur arasında qız söhbəti olub. Elnur Ramilin tanış olduğu qızla telefonda danışıb. Buna görə də onların arasında söyüş olub. Ramil də onu vurub. Bağ evinin həyətində quyu var idi. Meyiti həmin quyuda basdırdıq. Bizim qətli əvvəlcədən planlaşdırmaq fikrimiz olmayıb".

Prokuror Eldar Həmzəyev isə bildirib ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaqa ifadəsi arasında kəskin ziddiyyət var. Prokuror onun ibtidai istintaqa verdiyi ifadəsinin elan edilməsi barədə vəsatət verib. Hakim vəsatəti təmin edib və Elmir Alxazovun ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan edilməsi barədə qərar qəbul edib.

Elmir Alxazov 28 iyul 2016-cı ildə şübhəli şəxs qismində verdiyi ifadəsində göstərib ki, narkotik vasitəni satış məqsədi ilə əkiblər. O istintaqda deyib ki, E.Hümbətovu narkotik vasitələr barədə başqa adama nəsə dediyindən şübhələndikləri üçün qətlə yetiriblər.

Proses iyunun 29-da davam edəcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin 2016-cı il avqustun 29-da yaydığı məlumatda bildirilir ki, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümbətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilərək basdırılması müəyyənləşdirilib. E.Hümbətovun meyiti eksqumasiya edilib. İstintaq orqanı tərəfindən Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil Əsirov və qardaşı Elnurun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi açılıb.

Cinayət hadisəsini törətməkdə təqsirləndirilən şəxslərdən Abbas Hümbətov müğənni Aygün Bəylərin qardaşı, qətlə yetirilənElnur Hümbətov isə əmisi nəvəsidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4554   Tarix: 17 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28.03.2024 455
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28.03.2024 662
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28.03.2024 298
.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

28.03.2024 238
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191